Nüsret Kesemenli

Seçilmiş Eserleri yazarı
Yazar
9.2/10
66 Kişi
136
Okunma
112
Beğeni
7,6bin
Görüntülenme

Nüsret Kesemenli İletileri

Nüsret Kesemenli iletilerini, Nüsret Kesemenli okur görüşlerini 1000Kitap'ta bulabilirsiniz.
Bir ümid yoxdur ki, onəlli tutam, Yuxum da gəlmir ki, doyunca yatam, Hardasan, ay anam, Hardasan, atam?! - Alın bu kədərin əlindən məni... Laldı bu kədərim ağlamır, gülmür, Dərd verir, verdiyi dərd nədi bilmir, Niyə gecələrin səhəri gəlmir?! - Alın bu kədərin əlindən məni...
Nüsret Kesemenli
Nüsret Kesemenli
Nə biləydik...
Nə biləydik bu sevginin sonu yox, Nə biləydik dünya belə dönəcək. Nə biləydik sevgi adlı bu qonaq İkimizin aramızda öləcək... Yuxu gördük... gah qorxulu, gah da şən, Boğdu bizi tərəddüdlər axarı. Yuxularda əllər gördük birləşən, Nə yozduqsa hicran oldu axırı... Nə biləydik bu sevginin sonu yox, Nə biləydik dünya belə dönəcək. Nə biləydik sevgi adlı bu qonaq Üzümüzə baxa-baxa öləcək...
Nüsret Kesemenli
Nüsret Kesemenli
🤍🍂
Reklam
Mən səni unuda bilmirəm, axı Unutsam nələri unudam gərək Göylərə baxmışıq aylı gecədə Unutsam, göyləri unudam gərək! Dənizi unudum, ya dalğaları? Xatirən yadımdan çıxaydı barı Payızda xəzanı, qışdasa qarı Baharda gülləri unudam gərək! De, necə unudum mən səni, necə? Sevgi durna deyil payızda köçə Yuxuma gəlirsən mənim hər gecə… Ayları, illəri unudam gərək! Sənin xəyalındır həsrətlə baxan Adındır hər saat qarşıma çıxan Qarışıb şəklinə gözümdən axan Yağışı, selləri unudam gərək! Sinəmdə peşiman ürəyim qaldı, Uçdun əllərimdə lələyin qaldı… Nələri itirib, bax nəyim qaldı Nələri, nələri unudam gərək!
Nüsret Kesemenli
Nüsret Kesemenli
Oxunmamış bir roman, Yazılmamış əsərsən. Nə qədər çox sevərsən, O qədər tez küsərsən. Küsməyini sevirəm, Bir də utanmağını. Gözünün qarasını, Yanağının ağını. Başını çiynimə qoy, Saçlarına toxunum. Ətrinlə bihuş elə, Mənim kitab qoxulum..
Nüsret Kesemenli
Nüsret Kesemenli
Sevə bilməzsən
Hələ qəlbimizdə xatirə izi, Hələ ayrılığın nəmlidir gözü, Hələ ki sevirik bir-birimizi, Başqa birisini sevə bilməzsən. Gör neçə nəğmənin bəstəsi qalıb, Bu ocaq sönübsə, tüstüsü qalıb, Əlində əlimin istisi qalıb, Başqa birisini sevə bilməzsən. İncidib, qəlbimə dəyə bilmirsən, Yolunu bir yolluq əyə bilmirsən, Mənə "yox" sözünü deyə bilmirsən, Başqa birisini sevə bilməzsən. İl keçir, ömürdə xatirə qalır, Bahar güllərimiz qönçədə solur, Hələ ki gözlərin məni axtarır, Başqa birisini sevə bilməzsən. Axar gözümüzün yaşı qurumaz, Deyirdik bu ilqar, peyman pozulmaz, Belə sevə-sevə ayrılıq olmaz, Başqa birisini sevə bilməzsən.
Nüsret Kesemenli
Nüsret Kesemenli
Yasəmən♡
💜🪻 Dayansaydı, əllərim gül açardı, Gül dediyin məhəbbətə açardı, İstəsəydi qanad açıb uçardım, Qoşulardım işığa mən, səsə mən, İstəmədi, istəmədi, yasəmən.
Nüsret Kesemenli
Nüsret Kesemenli
Reklam
90 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.