Dinlərlə bağlı daha bir kitab və yenə də uzunmüddətli şəkildə cavablarını tapa bilmədiyim suallar. Dini inancımı sorğulamağa başladığım gündən bu yana demək olar ki 1 il keçib və o sorğulamadan sonra cavabsız qalan, məni narahat edən çox suallar oldu. Bir yerdən sonra da təbii ki, narahat edir cavabsız suallar insanı. Və başladım araşdırmalara amma bu kitabda kömək olmadı.)
Kitabın özünə gəlsək, qədimdən günümüzə olan dinlər, inanclar, fəlsəfi ideyaların toplamından ibarətdir. Və diqqətimi əsas cəlb edən bir şey oldu ki, kitabda olan məlumatların hansı mənbələrdən olduğu öz təsdiqini tapmayıb. Bəlkə də mən çox düşünüb çox yoruram özümü, biraz fərqli janrlara keçmək vaxtı gəlib.)