Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Seymur Baycan

Seymur BaycanHəyatımın Ən Xoşbəxt Günü yazarı
Yazar
4.5/10
14 Kişi
104
Okunma
15
Beğeni
2.733
Görüntülenme

Seymur Baycan Sözleri ve Alıntıları

Seymur Baycan sözleri ve alıntılarını, Seymur Baycan kitap alıntılarını, Seymur Baycan en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Taxta evin arxasında qoyun mələdi. Kişi ayağa qalxıb evin arxasına keçdi. Bir neçə dəqiqədən sonra buynuzundan tutduğu qoçla taxta evin arxasından çıxdı. Kişi qoçu iplə cavan ağaclardan birinə bağladı. Stula əyləşmədən stəkanlara çaxır süzdü. - Bu qoyuna ot vermək lazımdır. Deyəsən acdır - mən dedim. - Ac deyil. Axşam kəsəcəklər. Ovcuma duz töküb qoça yaxınlaşdım. Ağaca iplə bağlanmış qoç ovcumdakı duzu isti dili ilə yaladı...
Sayfa 145
Bakı ermənilərini burada sevmirlər. Bizə deyirlər ki, sizin qanınız təmiz erməni qanı deyil, türklərin qanı ilə qarışıb.
Sayfa 141
Reklam
İnsana ən böyük cəsarəti verəcək bir şey varsa, o da heç bir şey itirməyəcəyini anlamasıdır.
- Evdə çaxır çoxdu. Nə qədər istəsək, içə bilərik. Onsuz da 2012 - ci ildə dünya dağılacaq. O vaxta qədər çoxlu içmək lazımdır. Kişi bu sözləri deyib masanın üstündə gəzişən bir qarışqanı sağ əlinin baş barmağı ilə qeyri - ixtiyarı götürüb ağzına atdı. Onun bu hərəkəti daxili gərginlikdən xəbər verirdi.
Sayfa 145
Bakı ermənisi ilə söhbətdən.
- Bütün bunlar çox dəhşətlidir. Mən səni başa düşürəm. - Bu, dəhşət deyil, sadəcə, həyatdır. Dənizin iyi hələ də burnumdadır. Bircə dəfə Xəzərin sahilində ayaqyalın gəzsəydim, rahat ölərdim.
Sayfa 144
Esrlerle adamlar bele yaşayıblar. Sevmeden. Sadece, cütleşerek. Belke de buna göre şerqin sevgi dastanları, sevgi efsaneleri, sevgi poemaları hemişe mene süni, saxta görünüb. Bu poemalarda heç bir konkretlik yoxdur. Bunları sevgi poemaları adlandırmaq böyük sehvdir, şerqin sevgi poemaları sadece poetik masturbasiyadır.
Reklam
Bu dünyada xoşbəxt adam yoxdur. Mən buna qəti əmin olmuşam. Sadəcə bəzi insanlar zahiri uğurla daxili aləmin böhranını bir araya sığışdırmağı bacarırlar.
İllərdir müxtəlif sülhməramlı konfranslarda, seminar və tədbirlərdə iştirak edirəm. Xalqlar dostluğu, sülh, müharibənin dəhşətləri haqqında söhbətlər məni bezdirmişdi. Deyəsən, xarici fondlar da pullarını boş yerə xərclədiklərini artıq anlamışdılar. Qafqazda sülhün olmayacağını duyan xaricilər belə tədbirlərə getdikcə daha az maraq göstərir, tədbirlər, konfranslar azalırdı.
Sayfa 23
Keçmişdə adamların həyatı sadə idi. Adamlar az düşünürdülər, ona görə də hər bir məsələni sürətlə həll edirdilər. Biz çox düşünürük. Adı bir məsələnin üstündə illərlə baş sındırırıq. İnsan nə qədər düşünsə, bir o qədər də cəsarətsiz, qorxaq olur. Çox düşünmək bizim evimizi yıxıb.
Heç bir yazıçı özünü axıra qədər yazmayıb. Hətta Jan Jak Russo belə. Onsuz da bizim hər birimiz bu dünyadan özümüzlə bir qucaq sirr aparırıq...
Sayfa 98 - Alatoran YayınlarıKitabı okudu
Reklam
İnsana həmişəlik rahatlıq üçün iki metr torpaq lazımdır.
Sayfa 223 - Apostrof çap eviKitabı okudu
Çinlilərin bir yaxşı atalar sözü var:Eyni yastığa baş qoymaq o demək deyil ki, eyni yuxunu görəcəksən.
İnsana həmişəlik rahatlıq üçün iki metr torpaq lazmıdır.
Sayfa 216Kitabı okudu
Keşişlərin çoxu dələduzdur. Keşişlərin işi öz dələduzluqları ilə İsa peyğəmbərin adını ləkələməkdir. Mən Dostoyevskinin "Karamazov qardaşları" əsərini oxudum. Orada yazılanların hamısı düzdür. Əgər İsa peyğəmbər bir gün zühur etsə, İsa peyğəmbəri hamıdan əvvəl keşişlər daşa basacaq. Mən kilsədəki nəzir qutularına heç vaxt pul atmıram. Çünki həmin pullar kimsəsizlərə, yetimlərə, kasıblara verilmir. Keşişlər arasında bölüşdürülür. Ona görə bizim keşişlər kökdür. Hamısı bahalı maşınlarda gəzirlər. Ümumiyyətlə, mən kilsədəki nəzir qutularına pul atmağın əleyhinəyəm, tanışlarıma nəzir qutularına pul atmamağı təbliğ edirəm. Çünkü harada pul varsa orada tanrı yoxdur.
İnsanın göz yaşlarını görməyənlər Allahın səsini eşidə bilməzlər.
121 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.