Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Seymur Baycan

Seymur BaycanHəyatımın Ən Xoşbəxt Günü yazarı
Yazar
4.5/10
14 Kişi
103
Okunma
15
Beğeni
2.692
Görüntülenme

Seymur Baycan Sözleri ve Alıntıları

Seymur Baycan sözleri ve alıntılarını, Seymur Baycan kitap alıntılarını, Seymur Baycan en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Onsuz da çox vaxt belə olur. Bir qadınla alınmayanda başqa qadından heyifini alırsan.
Bu gün küçələrin doğmalığı, Tanış üzlərin çoxluğu ilə ölçüləcək.
Reklam
Kitabla, filmlə bəşəriyyətin bütün problemlərini həll edəcəyimizə, insanları dəyişəcəyimizə inanırdıq. Ağır, filtirsiz siqaretlər çəkirdik. Aramızda iki nəfər intihara cəhd etmişdi. Hər birimiz insanların bizi başa düşməməsindən şikayətlər edirdik.
Əziyyət və müsibətlər çəkməyə məcbur edən hadisələr, adətən, yaxşı insanları bir-birlərinə daha da yaxınlaşdırır.
Sayfa 57 - Alatoran YayınlarıKitabı okudu
Özümü Qız Qalasından aşağı atsaydım, çox romantik ölüm alınacaqdı.
Adamlar azadlıq və xaos sözünün sərhədini müəyyən edə bilmirdilər. Onlara elə gəlirdi ki, azadlıq elə xaos deməkdir.
Sayfa 56 - Alatoran YayınlarıKitabı okudu
Reklam
"Can şirin şeydir" ifadəsinin həqiqi mənasını yalnız həqiqətən ölümlə üz-üzə gələn adamlar anlaya bilərlər.
Sayfa 41 - Alatoran YayınlarıKitabı okudu
Əgər adam yaxşılıq etmək istəsə, buna həmişə imkan tapa bilər.
Sayfa 141
Lövhələrdən birinə Dantenin "Çörəkdən sonra xalq üçün ən vacib şey məktəbdir", o birisinə isə Nəriman Nərimanovun "Məktəb, məktəb, bizi ancaq məktəb nadanlıqdan xilas edə bilər" sözləri yazılmışdı.
Sayfa 24 - Alatoran YayınlarıKitabı okudu
Yol yoldaşım qurşağa qədər lüt soyundu. Çantasından toyuq qızartması, pomidor, xiyar, yarım litrlik "Xlebnaya Doroqa" arağı çıxarıb masanın üstünə düzdü. Toyuğu bir neçə yerə parçaladı. Qəfildən nəsə xatırlayan adam kimi çantadan iki plastik stəkan çıxardı. Stəkanlara araq süzüb üzünü mənə tutdu: - Gəl vuraq. İstidən qorxma. Gəl, gəl. Mən tək çörək yemirəm. Adam tapmayanda güzgüyə baxıb yeyirəm.
Sayfa 12
Reklam
Azadlıq carçıları ağacın budaqları, yarpaqları ilə mübarizə aparırdılar. Köklər isə dərinliklərdə dayanaraq təzədən qol-budaq atmaq üçün münbit şəraiti gözləyirdilər.
Mən onun adını eşitdim - Anuş. Universitetdə rus dili və ədəbiyyatı fakultəsində oxuyur. Sadə geyinmişdi. Görkəmində kasıblıq vardı. Danışanda totuq, ağ əllərini saçlarına çəkdi. Orta boylu, ağ dərili, utancaq, həyacanlı, mülayim səsli bu qız mənim gözlərimə soyulmuş yumurta kimi göründü. O vaxtdan bəri soyutma yumurta yeyəndə Anuşu xatırlayıram.
Sayfa 26
Hamıya sərf edən yalanların üstünün açılması bəzən təhlükəli olur. İnsanlar həqiqəti bilmək istəmirlər. Hamı əlbir olub həqiqəti torpağa gömməyə çalışır.
Sayfa 35 - Alatoran YayınlarıKitabı okudu
"Təkcə igidliklə iş görmək olmaz. Bilik də lazımdır. Ötən əsrin cəngavərliyi bizim əsrdə gülməli görünə bilər"
Taxta evin arxasında qoyun mələdi. Kişi ayağa qalxıb evin arxasına keçdi. Bir neçə dəqiqədən sonra buynuzundan tutduğu qoçla taxta evin arxasından çıxdı. Kişi qoçu iplə cavan ağaclardan birinə bağladı. Stula əyləşmədən stəkanlara çaxır süzdü. - Bu qoyuna ot vermək lazımdır. Deyəsən acdır - mən dedim. - Ac deyil. Axşam kəsəcəklər. Ovcuma duz töküb qoça yaxınlaşdım. Ağaca iplə bağlanmış qoç ovcumdakı duzu isti dili ilə yaladı...
Sayfa 145
120 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.