Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Şəmil Sadiq

Şəmil SadiqGeneral Polad Həşimov Xatirələrdə yazarı
Yazar
Editör
9.2/10
67 Kişi
190
Okunma
10
Beğeni
1.333
Görüntülenme

Şəmil Sadiq Sözleri ve Alıntıları

Şəmil Sadiq sözleri ve alıntılarını, Şəmil Sadiq kitap alıntılarını, Şəmil Sadiq en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Polad Həşimov insanların bir-birlərinə verdiyi "haralısan?" sualını sevmirdi. Onun dilinin əzbəri olan bir söz vardı: " Elin o başı, bu başı olmaz. Vətənimizin hər yeri mənimdir, mənə doğmadır və əzizdir".
Tarixdə elə adamlar olur ki, onların itkisi yalnız öz sahələrinin yox, bütün cəmiyyətin itkisi olur.
Reklam
“Mənim intiharım sadəcə ümidlərimin ölməsi zamanı baş verəcəkdi. Bu isə hələ də baş vermirdi..”
Çox hörmətli, mehriban, qayğıkeş, mərd, cəsur insandı. Hər zaman görüşərkən nəsə yaxşılıq etmək üçün çalışırdı. Sonra özünü elə aparırdı, sanki o bizə yox, biz ona yaxşılıq etmişik.
Sayfa 126Kitabı okudu
Mərziyyə Nəcəfova (Filologiya üzrə fəlsəfə doktoru)
Bir Şəhidə "Məkanın cənnət olsun" deməzlər, çünki desən də, deməsən də Şəhidin məkanı cənnətdir. Amma ruhunun şad olmasını daha çox istəyirik. Vətənimizin ruhu da torpaqlarımız azad olanda şad olacaq. Arzularımız çin olsun, generalım!
Bəli, yaşadığımız həyat hərdən adama tərs üzünü göstərə-göstərə, ağlına gəlməyənləri başına gətirir.
Reklam
Allah şəhidlərimizə rəhmət etsin! Onlar bu ölkənin azadlığını qorumaq üçün canlarını, qanlarını bu torpağa fəda etdilər.
“Nənəm həmişə deyərdi ki, insanı ümidlər yaşadır. O zaman ki, ümidlər öldü, demək, insan da öldü.”
Generalın ön cəbhədə əsgərləri ilə döyüşüb şəhid olması, bu millətin içindəki səsi ucaltdı. O səsi ki qısa zamanda dünyaya yayıldı, 50 milyonluq Azərbaycan xalqını dövlətinin ətrafında birləşdirdi. 14 iyul 2020-ci il...Sanki 1990-cı il idi...Əsrlərdir azadlığımızı zəbt edən ruslara , Sovet imperiyasına qarşı azadlıq savaşına qalxmışdıq. 10 minlərlə insanın heç bir təşkilatçı olmadan, qisas hissi ilə birləşməsi , " Ali baş komandan , əmr et, Qarabağa gedək!" şüarları dünyaya bir daha sübut etdi ki, bu qisası yerdə qoymayacağıq!
Nə olaydı ki, Tanrı bizə bu lütfü də verəydi. Necə ki bəyənmədiyimiz hər şeyi ata, unuda bilirik, kaş ki özümüzdə də xoşagəlməz, xatırlamaq istəmədiyimiz hisləri kəsib ata biləydik...
Reklam
İnsan özünü tanıyanda, həqiqəti üzünə özü çırpanda sarsılır, sonra da yenə təsəlli üçün “nə edim, məni də Tanrı belə yaradıb” deyərək bir daha özünü aldadır. Məqsəd isə yaşamaqdır. Bu yaşamağın hikməti nədirsə, nə qədər o dünyada cənnət vəd etsələr də, heç kim getmək istəmir. Bu, qonaq getdiyimiz bir yerdə balaca uşağın ev sahibinin hər hansı bir əşyasını, oyuncağını götürdüyü zaman, onu uşağın əlindən almaq üçün “Evdə daha yaxşı oyuncaq var” və ya “Sənə daha yaxşı oyuncaq alacağıq” deməyə bənzəyir.
Niyaməddin Şahmarov (Riyaziyyat və İnformatika müəllimi)
İyul ayı idi. İki əsgər yanmışdı və onlara 2+ qan lazım idi. Bütün hərbi hissə Həşimovun əmri ilə düzüldü və 2+ qan daşıyıcıları qabağa çıxarıldı. Mən əsgərlikdə balacaboy, zəif əsgər idim. O, əsgərlərə baxa-baxa gəlib mənə çatanda: - Sən də 2+ qan daşıyırsan? - deyə soruşdu. - Bəli, cənab mayor! Gülə-gülə dedi: - Özünün qana ehtiyacın var. Qayıt sıraya, əsgər!
Bu, şərəfli ölümdür. Vətənpərvər hərbçilər xidmətə gedəndə kəfənini boynuna alıb gedirlər.
Polad Həşimov insanların bir-birlərinə verdiyi “ haralısan” sualını sevmirdi. Onun dilinin əzbəri olan bir söz vardı :” Elin o başı, bu başı olmaz. Vətənimin hər yeri mənimdir , mənə doğmadır və əzizdir”.
Cənab general, niyə hər kəsin bilməli olduğu əziyyət və yaxşılıqlarının üzə çıxmasına maneə oldun? Xalqının sənin haqqında bilmədiyi çox şey var..
320 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.