Sultan Məcid Qənizadə

Gəlinlər Həmayili yazarı
Yazar
6.5/10
2 Kişi
33
Okunma
0
Beğeni
693
Görüntülenme

En Beğenilen Sultan Məcid Qənizadə Sözleri ve Alıntıları

En Beğenilen Sultan Məcid Qənizadə sözleri ve alıntılarını, en beğenilen Sultan Məcid Qənizadə kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Hədis vardır: "Əl-vələd sirrü əbihi, vəl-bint sirrü ümmihi", yəni oğul öz atasının və qız öz anasının şəbihidir. Sibyan göz açıb ibtida öz ata-anasından ibrət götürərkən əksər övqat onlar əxlaqda olurlar.
Hər kəs öz mal və dövlətindən zəkat verər, əhli-maarif zümrəsinə hesab olunan müəllimin hədiyyəsi kitabdan səvay əlahiddə şey ola bilməz. Müəllimin ağ və qızılı bəyaz üstündə qələm qarasıdır...
Reklam
Müəllimin evi məktəbxanadır, müəllimin nökəri məktəb mülazimidir, müəllimin təvabe və ətbari çocuq-şagirdlərdir, müəllimin müxəlləfatı qara-qura məktəb mizləridir, müəllimin sazı, nəğməsi məktəb şagirdlərinin sədasıdır, müəllimin istirahəti dəftərlər təshihidir. Müəllimin mal və mətaı dərs və təlimdir, müəllimin kəsb və icrəti öz millətinin məhəbbət və iradətidir...
Xəyalatın ariz olması və olanda rəf edilməsi insanın ixtiyarında olmamağa görə ürəyimizdə büruz edən nişat və ya qüssənin rəf olunması həm özümüzlə deyil.
"Bəli, dünyada dövlət təkcə mal və qızıl varlığı ilə deyil, bəlkə hər bir övsafi-həsənə dövlət hesab olunur: səxavət, şücaət, dəyanət və hakəza qeyri sifəti-məmduhə və əxlaqi-həsənə hamısı Allah-təalanın nemət və ətalari olduqda insan üçün zatən böyük dövlət və bəlkə dövləti-əslidirlər... Aləmi-cismanidə kəsb olunan filizat hərçənd dövlət hesab olunurlarsa, lakin arizi olduqlarına görə dövləti-ariyə adlanırlar, çünki şəxs dünya mülkünə sahib olmaqlığı müvəqqətən fani şərtlərə bağlı olduğuna görə, ağalıq ixtiyarı müdavimətlə baqi ola bilməz, amma ruh dövləti, yəni din qüvvələri zati-insanidə təbii olduqlarına görə dövləti-əbədi və ya dövləti-əsli adlanırlar, çünki ruh kəsb edən qüvvələrə şəxsin özündən savay əlahiddə bir məxluq malik ola bilməz və olmağa təsəllütü yoxdur. Ruha məxsus dövlət xudadadi gözəllik misalındadır ki, şürutə ehtiyacı yoxdur..."
İmdiyəcən kəsb etdiyi bilikləri mütaliə yolu ilə təkmilə çatdırıb, əql və ruhin günbəgün mərifət zivəri ilə sərvətləndirir.
Reklam
26 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.