Sultan Məcid Qənizadə

Gəlinlər Həmayili yazarı
Yazar
6.5/10
2 Kişi
33
Okunma
0
Beğeni
694
Görüntülenme

En Beğenilen Sultan Məcid Qənizadə Sözleri ve Alıntıları

En Beğenilen Sultan Məcid Qənizadə sözleri ve alıntılarını, en beğenilen Sultan Məcid Qənizadə kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Məşhur adamlardan birisi deyibdir ki, bikarçılıq hər bir fitnə-fəsadın anasıdır.
- Xanım əfəndi, səhv edirsiniz. Sizin kibi gözəlin bir telin Katerina kibi min madmazelə dəyişməzəm. - Bəsdir, Allah xatirinə!.. Sizlər kompliment söyləməyi adət edibsiniz, amma komplimentə mənim hərgiz ehtiyacım yoxdur. - Kompliment deyil, xanım... ürəyimin əsil mətləbidir ki, izhar edirəm. - Doğru? - Bəli, doğru.
Reklam
Varlıqda rəzilləri əziz edən, yoxluqda əzizləri rəzil edən, verməkdə düşməni dost edən, almaqda dostu düşmən edən yenə həmin özüdür!.. Qıpçaqda qırğız, Həbəşdə qara, Hicazda ərəb, İraqda əcəm, Rumda türk, Turanda türkmən, Qumuqda ləzgi, Krımda tatar hamısı pula səcdəçi olduqlarında millət, məzhəb, insaf, mürvət, irz və namus hamısı həmin pula qurbandır!.. Ax, üzüqara pul!
Dünyada hər bir mərəzə əlac varsa, cəhl mərəzi üçün hərgiz müalicə yoxdur. Hərçənd buyurmuşlar ki, cəhalət zəhərinin müslihi mərifət tiryəkidir, amma mənim rəyimlə cəhl edən kişi istifraqçı bir mərizə bənzər ki, məzacı heç bir davanı qəbul etməz... Cəhl ruhun cünunluğudur ki, mərifət təvizi onu qaytarmaz. Qəsavət ruhun korluğudur ki, hidayət təcəllası onu sağaltmaz. Elm və mədəniyyətdən məhrum qalmış yazıcaq qardaşlarımız özləri üçün cəhli adət etmişlər ikən, qəsavət olar üçün təbiət olmuş. Hala köhnə mərəzlər qoca cəsəddən çıxmayan kibi olar üçün daha nicat yoxdur...
İnsafən müəllimlik təklifi ağır təklifdirsə, müəllimlik şəni həm uca şəndir. Müəllimlik hər bir əsrdə ağır olubsa, bu əsrimizdə dahaca ağırraqdır ! Əsrimiz bir əsrdir ki, gündüzlər qiraət, gecələr kitabət müəllimlər üçün din borcudur.
"Məktubati-Şeyda bəy Şirvani"Kitabı okudu
Hünərli ustad xam dəmirdən səbirlə misri qılınc yapa bilərsə, yaxşı müəllim kəctəb millətdən xoşəxlaq cəmiyyət hazırlaya bilər !
Sayfa 33 - " Məktubati- Şeyda bəy Şirvani"Kitabı okudu
26 öğeden 31 ile 26 arasındakiler gösteriliyor.