0.0/10
0 Kişi
1
Okunma
0
Beğeni
67
Görüntülenme

En Eski Taci Şentürk Gönderileri

En Eski Taci Şentürk kitaplarını, en eski Taci Şentürk sözleri ve alıntılarını, en eski Taci Şentürk yazarlarını, en eski Taci Şentürk yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
"Bir il sonranı düşünürsənsə, toxum səp. Planın on il gələcəyə aiddirsə, ağac ək. Yüz il sonra haqqında fikirləşirsənsə, o zaman xalqa təhsil ver. Bir dəfə toxum səpsən, bir dəfə məhsul götürərsən. Bir kərə ağac əksən, on dəfə meyvə dərərsən. Xalqa təhsil versən, yüz dəfə bəhrə alarsan" söyləyən çinli Kuan Tsi də eyni həqiqəti - nəsil yetişdirmək gerçəyini vurğulamışlar!
Əsas məsələ uşaqlara və gənclərə vaxtı çatmamış alınan bahalı əşyaların, göz yumulan bir çox davranışların onların əxlaqına və cəmiyyətə ziyan vurmasıdır.
Reklam
Kiçik yaşlarından bir dediyi iki edilməyən, əziyyət çəkmədən, tər tökmədən əldə etdiklərinə özünü layiq bilən və bu düşüncə ilə böyüyən uşağın məsuliyyətin, zəhmətkeşliyin nə olduğunu qavramasını gözləmək mümkündürmü?
"Uşaqlarına baxmırlar, övladlarını yay aylarında işləməyə göndərirlər" deyib avropalı və amerikalı ailələri qınayanların öz fikirlərini yenidən gözdən keçirməsi, saf-çürük eləməsi faydalı olardı.
Hər uşağın öz dünyası var. Düşüncələri, zövqləri, meyilləri fərqlidir. Buna görə də valideynlərin apardığı müqayisələr onların təhsilinə və çalışmasına mənfi təsir göstərir.
Yer üzünə qonan milyardlarla qar dənəsi bir-birinə bənzəsə də, bir-biri ilə eyni deyil. Uşaqlar da belədir. Hər biri bir dünyadır.
Reklam