“Geç Gelen Ağıtlar” dilin sərhəddində yazılmış, yasın klassik formasını dağıdan, səssizlik və boşluqla danışmağa cəhd edən poetik bir parçalanmadır. Hər oxucuya yox, amma itirdiklərini sözlə yox, sözlərin susduğu yerdə anlamaq istəyənlərə….
Səhifələrə səpələnmiş sözlər, boşluqlar, kəsilmiş cümlələr… Sanki kimsə danışmaq istəyir, amma səsi çıxmır – ya da səsini qəsdən udur.
Aruoba mənim üçün şair deyil, bir növ səssizliyin memarıdır. Bu kitabda o, itirilmiş bir varlığa – sevgiliyə, dosta, bəlkə də öz keçmişinə – bir ağıt qoşur. Amma ağıt gec gəlir. Niyə? Çünki ağrını tam zamanında yaşaya bilməmisən. O an donub qalmısan, indi isə geriyə baxıb “yetə bilmədim, yetişə bilmədim” deyirsən.
Mənə ən çox maraqlı gələn şey kitabdakı dilin parçalanmış olmasıdır. Adi şeirlərdə qafiyə, ritm, ahəng axtarırsan – burda yox. Bunun əvəzində:
· boşluqlarla ayrılmış hecalar (son ra: git tin),
· sözün ortasında nöqtələr,
· bəzən bircə söz bir səhifəyə yayılır.
Bu, məncə, şairin içindəki dağıntının əksidir. Ağıt deyəndə ağlayan, düşünən bir kəs düşünürük. Aruoba isə ağıtını elə qurur ki, səs boğazında qalır. Oxuyursan – və birdən hiss edirsən ki, bu boşluqlar, bu səssizlik əslində qışqırıqdan da güclüdür.
Kitabın bir yerində deyir: “Təpə qaranlıqda. Quşlar yüksəkdə. Kolluq yorğun. Yarpaq quru” – sadəcə təbiət təsviri kimi görünür, amma altında tərk edilmişlik hissi var. Hər şey insanlarsız, hər şey bitmiş.
Fəlsəfi baxımdan bu kitab mənə Vitgenşteyni xatırladır: dilin hüdudları var, bəzi şeyləri sözlə ifadə etmək mümkün deyil. Aruoba da sözü qırmaqla, onu susdurmaqla bəlkə də daha çox şey söyləyir. O, ağıtını mənasızlıq həddinə qədər aparır ki, orada ağrı öz təmiz formasına çatsın.
Ancaq etiraf edim ki, bəzi şeirlərdə bu qırıqlıq mənə bir az süni gəldi. Sanki hər şey qəsdən çox