Əziz və dəyərli dostlar, yoldaşlar!
Hardasa bir ildən çoxdur üzərində işlədiyim, fəqət müxtəlif səbəblərdən ləngiyən kitabımızın çapına az alıb. Ədəbi sahədəki ilk addımım olan bu kitabda Azərbaycanın siyasi-ictimai həyatında son illər baş verən və gələcəkdə baş verəcək hadisələr barədə hekayələr yer alır.
Ümumilikdə 84 kitabın pulu ödənilib. Hələ ki davam edirik. Kitab özü özünü maliyyələşdirir və hər kəs də öz kitabının pulunu ödəyir deyə sonrakı sifarişlər ikinci dövrəyə qalacaq. Odur ki, tələsməyinizi tövsiyə edirəm.
Sifariş və ödəniş etmək üçün inboxa yazmağınız kifayətdir. Kitabı əldə etməyiniz, statusu paylaşmağınız, təkcə xoş arzularınız belə mənim üçün çox böyük dəstək və yaradıcılığımdakı növbəti addımlar üçün stimuldur.
Kitabın qiyməti 5 AZN-dir.