Yorum

Rahib Eyvazov Θεόδωρος isimli okurun asıl gönderisini gör
Gülü Məmmədova okurunun profil resmi
Necə ki, uşaqlar valideynlərini izləyir, təkrarlayır və zamanla onlara bənzəyir eləcə də insanlar yaradıcını təkrarlamağa çalışır. Hadisələr arasındakı qanunauyğunluğu tapıb o ardıcıllıqla "yaratmağa" həvəslənirlər. Hər kəs öz yaradıcısına bənzəməyə çalışır. Və bir də hər kəs özündən əvvəlkiləri (onun bura qədər gəlməsində qatqısı olan hər kəsi) qabaqlamağa çalışır. Bir addım önə çıxıb alqışlanmağı arzulayır. İnsan övladı təqdirlə qidalanır və buna çatmaq üçün bir xeyli təqlid edir :). Oysa ki, sadəcə zövq almağı bacarsa.. sonu bir yerə bağlanmayacaq rəy oldu :D🌿
Rahib Eyvazov Θεόδωρος okurunun profil resmi
Ancaq səmimi, dürüst insan olsan, özün olmağa inad etsən, hamı tərəfindən lənətlənərsən. Hamı tərəfindən lənətlənmiş biri olmaq üçün gərək böyük cəsarətin ola. Təkcə ayaqüstdə durub Hamı kimi olmayacağam? yaxşı yaxud pis, qəbul ediləcək yaxud əksinə, hörmətli yaxud hörmətsiz, necə olsam da, özüm olacağam, başqa kimsə olmayacağam məsələsidir. -deyə bilmək üçün gərək skeleti dəmirdən olan bir insan olasan. Bu, həyata qarşı son dərəcə üsyankar yanaşmadır. Bu, səfalət bataqlığından çıxmaq istəyən hər bir fərdin ehtiyac duyduğu əsas üsyandır.
Gülü Məmmədova okurunun profil resmi
Audaces fortuna juvat!🌿 "Özün olmaq"- əslində hər insan öz'ünün yaradıcısı deyilmi? Müəyyən bir vaxta qədər gərək cəmiyyət, gərək ailə tərəfindən formalaşdırılan "öz" bir gün artıq o dediyiniz üsyanın nəticəsi olaraq insanın axtarışa çıxıb, təcrübələri əsasında yaratdığı mövhumdur, məncə. Və ,əlbəttə, haqlısınız. Bütün təzyiqlərə və "cilalama" cəhdlərinə qarşı durub "öz"ü qorumaq həqiqətən iradə və mənəvi güc tələb edir. Hər bir halda bunu bacaranlar xoşbəxt öləcək. Çünki onlar öz doğru və yalnışlarının bədəlini ödəyir, yeridilənlərin deyil...
Rahib Eyvazov Θεόδωρος okurunun profil resmi
Cəmiyyət hər bir fərdə təzyiq göstərir. Səni şərtləndimək üçün əlindən gələni edir. Beləcə, sən özünün şərtləndirilməli olduğuna, beləcə yaşamalı olduğuna inanmağa başlyırsan.
Yorum yapabilmek için giriş yapmanız gerekmektedir.