Əgər biz hamımız bütün sirlərimizi açıb söyləsəydik (bu qətiyyən insan təbiətinə xas olan şey deyil), bəli açıb söyləsəydik, nəinki başqasına, hətta ən yaxın dostlarımıza deməyə, hətta bəzən öz-özümüzə etiraf etməyə qorxduğumuz sirlərimizi söyləməkdən qorxmasaydıq, yer üzünü elə bir üfunət bürüyərdi ki, biz hamımız bu üfunətdən boğulub ölərdik.
Qoca acı-acı gülümsəyərək dedi:
— Yazıq qız təhqir olundu; İvan, inan ki, onun da öz dərdi var; mən də başladım ona öz dərdimdən danışmağa... Mən onun yarasını qanatdım. Deyirlər ki, toxun acdan xəbəri olmaz. Vanya, mən də bunu əlavə edim ki, ac da acı hər vaxt başa düşməz. Di, sağ ol!
— Hə, mən gedib küçələri gəzib dilənəcəyəm, burda qalmayacağam. Mənim anam da dilənirdi; öləndə mənə dedi ki, kasıb ol, get dilən, amma gedib ... Dilənmək ayıb deyil: dilənəndə mən bir adamdan pul istəmirəm, hamıdan istəyirəm, hamı bir adam deyil; bir adamdan dilənmək ayıbdır, hamıdan dilənmək ayıb deyil, — bir dilənçi arvad bunu mənə dedi. Mən axı balacayam, pulu hardan tapım. Ona görə də hamıdan dilənərəm.