Yusif Nərimanov

Sleepers filmindən
“Sen yanındakine ne yaparsan, aslında bunu kendine yaparsın.” Bu cümlənin mənim üçün dərin mənası var. Əgər birini sevməsən də, onunla eyni ortamı paylaşmağa məcbursansa, nə olursa olsun, həmin şəxsə yaxşı davranmalısan. Təsəvvür et ki, qohumlarından biri ilə aranı pozmusan və onu görməyə üzün yoxdur. Amma bir şadlıqda və ya yasda bir araya gəlməli, eyni masada əyləşməlisiniz. Əvvəlcə narahatlıq hiss edəcəksən, bəlkə də kiçik bir anlaşılmazlıqdan yaranan bu inciklik zamanla böyük kinə çevriləcək. Sonra başlayacaqsan yanındakı insanlara da o şəxsdən ehtiyat etməyi məsləhət görməyə. Bəs bu nəyə lazımdır? Boş ver, gül, gülümsə! Artıq özünə problem yaratma. Bilirsən ki, istəsən də, istəməsən də bu insanla üzləşəcəksən. Bunu hərbi xidmətdə olanlar daha yaxşı anlayar, çünki 7/24 yanındakı insanlarla ünsiyyət qurmağa və yoldaşlıq etməyə məcburdurlar – istəsələr də, istəməsələr də. Əsas mesaj budur ki, kin və inciklik daşımaq insana yalnız əlavə yük gətirir. Həyatda qarşılaşacağımız insanlardan qaça bilmərik, amma münasibətimizi seçə bilərik.
Film
Reklam
bəzən
Çox yaxın dostum olan Ə. artıq mənə fərqli gəlir((( Onun məni və mənim onu nə qədər çox istəməyimizə baxmayaraq, onun çox dəyişməsi və dəyişikliyin heç də yaxşı olmadığını görmək mənə sadəcə onunla bir masada oturarkən əzab verir. Hə elədi sadəcə bu fərqi mən masa arxasında əyləşdiyimizdə açıq-aşkar görə bilirəm. Bunun səbəbi onun işi və iş həyatındakı insanların ona təsiridir. Nə edəcəyimi bilmirəm ona sadəcə sevgi barədə köməklik edə bildim hansı ki, bir vaxtlar buna mənim çox ama çox ehtiyacım vardı. Axmaq bir düşüncəyə qapılmışdı. Sevgilisinin (həm də 6 illik) ona qarşı günahsız yerə yarğı və şiddətindən danışdı mənə. Gələcək qayğısı onun əsas düşüncəsi idi. O sadəcə düşünürdü ki, indi edirsə bir daha da edə bilər bu dəfə daha da şiddətli daha böyük qərəzdən dolayı. Əslində bu düşüncənin yanlış olmadığını hətta bunun baş verəcəyinə 99% əmin olduğumu dedim və əlavə etdim. Bul halın yaranmasının səbəbini özündə görməli olduğunu dedim.O yanlış etdikdə belə ‘‘görəsən onun yanlışını necə düzəldə bilərəm’’düşünsən. Hər şeyin yaxşıya doğru getdiyini addımbəaddım görəcəksən. Hər ikisi İtaliyada Təshil üçün vizanın təsdiqini gözləyirdi mənimlə olan söhbətin səhərisi bu barədə qərar bilinəcəkdi. Dostuma İmtina sevdiyinə isə Təsdiq gəlmişdi. Amma dediyimi edib barışmışdılar. Dostumla görüşdük mənə sən olmasa idin biz ayrılmışdıq dedi. Daha sonra İtaliyada xərclərin çoxluğundan dolayı sevdiyinin geri qayıdacağını dedi. Mən onun üçün mühüm olan bir şeyi etmişdim ona ‘’mənə bunu deyən olmamışdı’’ deyib dəfələrlə xatırlatdım. Təbii ki , Onu Sevirsən? sualına Hə… cavabı aldıqdan sonra.
Farkındalık
Unutmaq istərəm
Səhər də,axşam da düşünürəm ki, Gərək düşünməyim heç zaman səni. Unudar fikirdə,xəyalada,təkcə Unutmaz ürəkdə.sevən-sevəni. Mən özüm-özümə unut dedikcə, Özümü unudub tapiram səni... “Unudum. -deyirəm,ancaq nə fayda!.. Yadimdan çıxmamış düşürsən yada. Eşqimin odunu söndürə bilmir, Qəzəbim sel kimi aşıb daşsa da. Bahtiyar Vahapzade
Edebiyat
Yaxşı insan özündən daha çox başqalarının xoşbəxtliyini düşünər və bunun üçün də ən çox əzabı o çəkər. Tanrı yaxşı insanları bizdən tez alır deyirik axı) Əslində yaxşı insanları biz öldürürük.