Əsərin baş qəhrəmanı, sənət uğruna öz mənliyindən qurban verən Oktaydır. O xalqına çox bağlıdır. Bütün etdikləri xalqının ziyalanması, və onların yalanlarla əhatə olunmuş dünyada biraz da olsun həqiqəti görmələri üçündür. Bu səbəbdən o Elin oğludur, yəni ki, Oktay Eloğlu.
Əsər tək kəlimə ilə möhtəşəm idi. Bir gəncin teatr sənəti uğrunda apardığı mübarizə və cahil kəsimin bütün inadlarına rəğmən hədəfindən dönməməsi. İnsan belə əsərlər oxuyanda, bəzi məqamları günümüz ilə müqayisə edəndə ona gülünc gəlir, məsələn Xanımların səhnədə çıxışına, teatra getməsinə, başıaçıq gəzməsinə icazə verilməməsi kimi şeyler. Amma bir tərəfdən də, vaxtilə belə şeylərin həqiqətən olduğunu bilmək insanı incidir. Çünki bu diyar, neçə dahilərin, sənətkarların və ədiblərin yuvası olmuşdur. Belə bir xalqa ancaq inkişaf və tərəqqi yaraşır. Vaxtilə ədiblərimiz bu uğurda daima mübarizə aparıb, hətta bəziləri bunun uğrunda öz canından keçiblər. Lakin çevrilib günümüzə baxanda, belə cahilliklərin hələ də davam etməsi insanı məyus edir. Amma ki, bəzən də düşünürsən ki, hərkəs özünün layiq olduğu həyatı yaşayır, Ömər Xəyyam demişkən;
Cəlladına aşiq olmuşsa bir millət,
İstər əzan, istər zəng dinlət.
Etiraz etmirsə sürü kimi illət.
Layiqdir ona hər cür zillət...
Bir zamanlar maarifliyə aşiq olan xalq, indi cəlladı olan cəhalətə aşiqdir çox təəssüf ki...