Puan vermedi·928 syf.··
2025 6. kitabı
·
5 günde okudu
·
Okunma: 06 Şubat 2025 00:00
"Beyaz leke" bir alıntı ilə məni özünə çəkdi. Dünyadan yorulanda kitablara qaçmağı sevirəm, çünki kitablarda real dünyada az rastlana biləcək dostluqlar, sevdalar, ailələr var. Axtardığım şeyin dahasını tapdım əlbət. Yazıçının şeir kimi qələmi varsa da, gözlərinizi torbaya çevirə biləcək dram sevgisi vardı. Kitabda azadlığı mövzu alan bir çox kitabların adı çəkilmiş, mütaliəsiz, sənətsiz, azadlıq olmayan dünyanın portreti ortaya qoyulmuşdu. Aslı Arslan diktaturanın günü-gündən hansı həddə necə qalxa biləcəyini ilmək-ilmək işləməklə yanaşı, azadlığın fədakarlıq olmadan qazanıla bilməyəcəyini də göstərdi. Qaranlığı təmizləmək üçün onunla savaşmalısan və bu zaman əlbəttə ki də sən də qaranlığa bulaşacaqsan, ruhunun böyük bir parçasını itirəcəksən. Müharibədən çıxanlar fiziksəl zədə almamış olsalar da ruhsal olaraq böyük hasar alırlar. Tuqay, Eftalya, Giray, Sinan, Marco, Gamze, Red, Javier -hamısı bir savaş üçün bir araya gəlmələrinə, (yazıçının hər gözəl, sevincli anları onların boğazlarında qoymasına rəğmən) gözəl yoldaş oldular. Eftalya və Tuqay məncə bizə məktəblərdə öyrədilən Leyli və Məcnundan daha cəsur aşiqlər. Onların adları, hekayələri məncə heş unudulmamalıdır. Bir çox oxuyucu kimi mən də kitabın sonu ilə razılaşa bilmirəm. Bəziləri deyir ki xoşbəxt son ola bilməzdi. Gəncliklərini ölkələrinin parlaq gələcəyi üçün qaraldan insanların xoşbəxt bir sona layuq olmamasına baxmayaraq:))) Eftalyamız da bu cür ölümə layiq deyildi. Məni və əminəm ki bir çox oxuyucunu kitaba bağlayan bu ikilinin bir-birlərinə olan düşkünlüyü , qıya bilməməsi idi. Və yazar hər göz yaşı üçün bir yanğın çıxaran, sevdiyi qadının saçının telinə zərər gəlməsinə tab gətirməyən adamın gözləri önündə sevdiyi qadını öldürdü:) Ölüm normal həyatda qaçınılmazdır, onların ölümünü də hardasa qəbul edə
Beyaz Leke - 2Aslı Arslan · İndigo Kitap · 20252,833 okunma
10/10
·250 syf.··
2024 51. kitabı
·
7 günde okudu
·
Okunma: 06 Ekim 2024 08:24
Spas ji bo Mehmet yildirimçakar, Roşan Lezgîn û weşanxana nûbihar ê berhemek giran biha gihaştine ber destê me. Cihê mela Ehmedê Palo bihuşt be. Bi rastî helbestê Palo gav bi gav ez li Kurdistanê gerandim. Dibê hemû helbestên Palo bê weşandin teqez vê pirtûkê li pirtûkxaneya xwe zêdê bikin bixwînin
Dewr Û Gera KurdıstanêMela Ehmede Palo · Nubihar Yayınları · 20186 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Puan vermedi·296 syf.··
2024 7. kitabı
·
266 günde okudu
·
Okunma: 18 Eylül 2024 20:09
RUSS HARRIS - ÖZGÜVƏN BOŞLUĞU (The Confidence Gap) Dil- türk dili. Janr- şəxsi inkişaf. Yəqin ki, hər kəs sosial mediada tez-tez rast gəlinən və anlıq olaraq insanın həyata baxışını dəyişdirən, hər şeyi edə biləcəyimiz qənaətinə gətirən motivasiya tipli sözlərlə qarşılaşıb. Zaman-zaman bu tip videolar, kitablar mənim də qarşıma çıxıb və o an vəssalam, artıq hər şeyi bacara bilərəm hissinə bürünmüşəm. Ancaq nədənsə bu hisslər bir neçə dəqiqəlik ya da bir anlıq yaranıb, həmin "dırnaqarası özgüvən" hissini nə zaman unutduğumu belə xatırlamamışam. Bu xoşbəxtlik dolu hisslərin yerini isə tezliklə əsəb, stress, qorxu və narahatlıq hissləri alıb. Sanki bir addım atsan həyatın dəyişəcək və o addımı atmağın üçün önündə "səndən" başqa heç bir əngəl yoxdur. Ancaq o addımı atmamaq üçün zehnin sənə yüzlərlə bəhanələr gətirir: “Bir az da yat”, “Bir az da fasilə ver”, “Hələ tam motivasiyalı hiss etmirsən” və buna bənzər düşüncələr gələcək ağlına. Əgər nə vaxtsa o motivasiyanın gələcəyini düşünürsənsə çox gözləyəcəksən. Hər səfərində bu hisslərdən qurtulmaq üçün ondan qaçmağın həll yolu olacağını düşünürdüm. Bu hisslərlə mübarizə aparmağa çalışarkən, Russ Harrisin "Özgüvən Boşluğu" kitabı ilə qarşılaşdım və heç bir nəticəyə inanmayaraq sadəcə oxumağa başladım. Kitabı oxumağa başlayarkən əvvəllər ötəri tanış olduğum konseptlərlə daha yaxından tanış olmağa başladım və özgüvən anlayışına dair fikirlərimdə dərin dəyişikliklər baş verdi. Maraqlıdır bəs niyə bu hissləri yaşayırıq? Niyə beynimiz bizə oyun oynayır? Niyə bir anın içində bu qədər hiss və duyğu dəyişimi yaşayırıq? Kitabı qısaca olaraq ümumiləşdirsək, Russ Harris tərəfindən yazılmış bu kitab ilk dəfə 2010-ci ildə nəşr edilmişdir. Bu kitabda müəllif həyatda daha çox uğur qazanmaq və daha xoşbəxt olmaq üçün praktiki məsləhətlər
1000k
Özgüven BoşluğuRuss Harris · Diyojen Yayıncılık · 2023293 okunma
Puan vermedi·400 syf.··
2024 4. kitabı
·
4 günde okudu
·
Okunma: 21 Mart 2024 00:51
Hər kəsə salam. Bu platformun yüksək faizini türklər təşkil etsə də öz dilimizdə yazmaq istəyirəm :). Həm də “Şantaj” kitabı haqqında. Elxan Elatlının son kitabını digərlərindən fərqli olaraq bəyənmədim, hətta sonlarını nalə çəkərək oxudum desəm yalan olmaz. Bir qıza(qadına) qarşı çirkin bir şəkildə yönələn şantaj, bu şantajın doğurduğu nəticələr, oğurluqlar, yalanlar, böhtanlar, xəyanətlər, dostluqların zədə görməsi, qohumluq əlaqələrinin ən kiçik sarsıntıda necə parçalandığını görmək məni özümdən çıxardı. Bu şantaj ən sonda da 2 insanın ölümünə və gənc qızın həbsinə səbəb olur. Oxunmasını 70% tövsiyə etməzdim. Bu kitab hər nə qədər bəzi yanlışların bir daha təkrar olunmamasına örnək olsa da, eyni şəkildə saf insanların bu yanlışları təkrar etməsinə yol açır. Sevgilərimlə..
ŞantajElhan Elatlı · Teas Press · 0492 okunma
9/10
·557 syf.··
2022 36. kitabı
·
48 günde okudu
·
Okunma: 21 Temmuz 2022 00:00
"Paris Notr Dam Kilsəsi" Hiss və düşüncələrimi çatdırmağa kömək duymadığı üçün əsər şərhlərindən uzaq dururam uzun müddətdir. Amma bu kitabla 1 aya yaxın vaxt keçirtdim, yarı oxuyub yarı səsli dinlədim, bitirdikdən sonra məşhur musiqili tamaşasını izlədim. Onunla qurduğum bağa qarşılıq daha sayğılı bir vidayı borc bilirəm özümə. İlk növbədə, kitabın beynəlxalq adına - "Notr Damın Qozbeli" / "The Hunchback of Notre-Dame" çox qıcıqlandığımı deməliyəm Viktor Hüqo qeydlərinin birində əsərin bir baş qəhrəmanı olmadığını, əgər bir əsas obraz varsa da, bunun məhz Notr Dam kilsəsinin özü olduğunu qeyd edirdi. Kitabın həm yazılma tarixi, həm də gedişatı deyilən fikri təsdiqləyir. Tarixçə çoxlarımıza məlumdur, ( deyilsə, qısaca baxa bilərsiniz : t.me/cinciva/8417 ) Gedişat isə... Adam 5 səhifə deyil, 10 səhifə deyil, 30-40 səhifə sadəcə Notr Dam kilsəsindən, memari üslubundan tarixdən günümüzə aparılan dəyişikliklərdən və Parisin başqa belə abidələrindən danışır. Yazıçının tarixi bilgisinə əslində heyran olmamaq əldə deyil, ancaq tarixə, memarlığa professional səviyyədə marağı olmayan birisi üçün olduqca yorucudur bu hissələr. Nəzərə alsaq ki, əsərin yazılmasının üstünə Kilsə bir neçə dəfə yandırılıb, ağır zədə alıb, təkrar-təkrar təmir edilib və hər yeni dövrü ilə Hüqonun təsvirlərindən büsbütün uzaq bir görkəm alıb. O cümlədən, Parisin özü də. Əsərdə həqiqətən də, konkret bir əsas personaj yoxdur. Rahib Frollo. Kilsə zəngçisi Quasimodo. Qaraçı qızı Esmeralda. Onların hamısı hekayənin başından sonuna qədər mövcud olan, taleləri bir-birinə qarışmış insanlardır. Hər genişhəcmli klassika kimi "Notr Dam Kilsəsi" də personaj zənginliyinə sahibdir. Klassikaların bəlkə də, ən sevdiyim tərəfidir bu. Adətən baş obrazlar toksik romantiklər olur, hövsələm daralır.:d Amma
1000Kitap Gerçek Okurlar
Notre Dame'ın KamburuVictor Hugo · Türkiye İş Bankası Kültür Yayınları · 202242,1bin okunma
Puan vermedi·480 syf.··
Beğendi
·
2022 4. kitabı
·
27 günde okudu
·
Okunma: 13 Mayıs 2022 12:41
Bu yolun ucu, kötüsü gelirse, belki de ölene kadar sürecek Fizan, Taif, Yemen sürgünlerine bağlıydı. O zd- man bu yola girenler Padişah damatlıklarını, en büyük başkentlerdeki ataşemiliterlikleri, müşir paşalıkları peşin peşin tepmiş sayılıyordu. Kazanırlarsa hürriyete kavuşa- caklardı. Neydi bu hürriyet? Herkesin dilediğini yapma- SI... Nasıl uyuşur askerliğin sıkı düzeniyle, peki?... Bunu bile düşünmeye vakit kalmadan, akıl almayacak kadar kısa zamanda, iki yıl sonra, akıl almayacak kadar ko- laylıkla, birkaç telgraf çekilerek, kazanıldı hürriyet.. . -Cemil duvardaki resme daldı bir zaman...- Tuna'dan Bas- ra'ya, Sinop'tan Trablus'a uzanan koca Imparatorluğun gerçekten sahibi oluverdiklerini anlayamadan öldü Naz- mi, yirmi altı yaşında, çevrilmiş Edirne şehrini savunur- ken. .. Aç, hasta, umutsuz...* 13 . Cemil. şişenin mantarını disleriyle çekerken. yaşama denilen didinmeyi, umutlari umutsuzlukları, güvenleri gü- vensizlikleri, övünmeleri utanclarıyla, bir anda bitiren mi- nimini bir kurşunun akıl almaz gücüne, ömründe belki ellinci dela gercekten şaşıordu. 17 -Savaş, yalnız yürek işi değil de ondan galiba... Biz, Kanal'a suyu tulumlarla develerin sırtında götürdük! Topları, elli adımda bir, geriden alıp ileriye koyduğumuz kalasların üstünde sürükledik. Onlar Gazze önüne kadar su borulari doşediler belim kalınlığında... Toplarını tren- lere koyup getirdi. Gazze'de bizi, ne topcu yendi, ne atlı birlikler, ne sayı üstünlüğ... Bizim cepheyl. su borusuy- la tren yolu çökertti, boğa yılanları gibi kafalarını vura vura... Geçmişe yanmayı birakalım da, bundan sonra- sını düşünelim! 57 Biz mi? İIngilizlere Hinli. İtalyanlara Habeş, Fran- sızlara Cezayirli, Japoniara Çinli gibi görünürmüşüz... Bir - Alman subayı arkadaş söylemişti. Ya Amerikalılara, Almanlara...
Yorgun SavaşçıKemal Tahir · Tekin Yayınevi · 19834,295 okunma