Zinyət

Zinyət
@zinyet_nuri
“Kalbimde sen olduğun müddetce her şeye dayanabilirim”dedi (Romeo and Juliet)
10/10
·210 syf.··
Beğendi
·
2023 2. kitabı
·
11 günde okudu
·
Okunma: 19 Haziran 2023 07:46
Yu Hua -Yaşamak… İlk öncə onu deyim ki, kitab hədsiz acıxı və dramatikdir. İlk səhifədən sizi aparacaq bir kitabır “Yaşamak”. Bəzi kitablar var ki, onların haqqında uzun-uzun danışmaq istəyərsən ki, hər kəsin oxumağına həvəs yaradasan. Yaşamak da,elə kitablardandır ki, hansı ki, təsirindən hələm-hələm çıxa bilməyəcəm…Bu il oxuduğum ən təsir edici ən kövrək roman deyərdim. Bacardığım qədər qısa yazacam bu kitabdan. Kitabın harasından başlayım bilmirəm... Xu ailəsindən olan Fugui bir zamanlar imkanlı olsa da, qumar sayəsində bütün zənginliyini itirib, etdiyi böyük xətalara görə ailəsinə çox çətinliklər yaşadıb müflisləşmələrinə səbəb olmasından mı ,oğlu Youqing’in boş yerə ölməsindən mi? Qızı Fengxia’nın doğum sırasında ölməsindən mi? Ardından həyat yoldaşı, qızının yoldaşı və sonunda nəvəsinin ölməsindən mi? “Yaşamak” kitabı əsl həyat dərsi öyrətdi! Doğumlar, ölümlər, xoşbəxtliklər, ümidsizliklər..Yaşamağa davam etmək. ”Yaşanan herşey anlamsız, yaşanacak herşey hayal kırıklığı olarak kaldı ..Yaşamın her şeyi kapsaması gibi, yaşamak da hayatı olduğu gibi kucaklar. Doğumları ve ölümleri, mutsuzlukları ve umutlarıyla.”
Hayat ve İnsan
YaşamakYu Hua · Jaguar Kitap · 202670,7bin okunma
“Yeterince kitabın var” diyenlere cevabımız hazır.
10/10
·320 syf.··
Beğendi
·
2023 1. kitabı
·
22 günde okudu
·
Okunma: 11 Ocak 2023 19:46
Bir kitab düşünün. Zaman səyahəti edə biləcəyiniz bir kitab. Hansı ki, oxuduqca 30 il əvvəlki özünüzlə qarşılaşsanız nələri edərdiniz kimi suallarla dolu olur beyniniz. Kitab hədsiz axıcı və ən ən həssas hisslərə qapılacağınız bir mövzunu əhatə edir. Yəqin ki, uzun müddət bu hisslərin təsirində olacağam. Musso sevgi-drama mövzulu bu kitabı ilə məni digər kitablarını oxumağa həvəsləndirdi deyə bilərəm
Aşk
Orada Olacaqsanmı?Guillaume Musso · Qanun Nəşriyyatı · 201857 okunma
10/10
·160 syf.··
Beğendi
·
2022 20. kitabı
Holaa Deməli, Əsl adı Charles Lutwidge Dodgson olan məşhur ingilis yazıçısı bütün dünyada Lewis Carroll adı ilə tanınır. Oksford Universitetinin pofessoru olan Carroll, 40 ilə yaxın riyaziyyat müəllimi işləyib. Bir gün o, dostunun Alisa adlı qızını əyləndirmək üçün qoşduğu əhvalatları kitab halında toplamaq qərarına gəlir və nəticədə dünya oxucusu ədəbiyyat tarixinin ən maraqlı uşaq romanını tanıyır. Düşünürəm hər kəs filminə dəfələrlə baxıb mənim kimi) Hadisələr Alisanın bağda ürəyi sıxılaraq gəzməyindən başlayır. Macəra dolu əhvalatlarla oxucunu özünə cəlb edən Alisa, uşaqdan böyüyə hər kəsin diqqətini cəlb edir deyə düşünürəm Çox yazmayacam çünki hər kəs mövzunu bilir.
Alisa Möcüzələr AləmindəLewis Carroll · 3 Alma Nəşriyyatı · 202228,6bin okunma
10/10
·68 syf.··
Beğendi
·
2022 17. kitabı
Kitab kiçik həcmli,lakin içində cəmiyyətin autizmli bir insanla necə davranmaq lazım olmağının qaydalarını öyrədir.Tilli adlı autizmli qız dünyaya gəlir,zaman keçdikcə onun fərqli olduğunu görən valideynləri psixoloq köməyi ilə Tillinin autizm xəstəsi olduğunu öyrənirlər.Onunla necə davranmaq olmağın yollarını araşdırıb,Tilliylə maraqlı günlər keçirirlər
Tilli Kimi Bir QızHelen Beyts · 3 alma nəşriyyatı · 20226 okunma
7/10
·336 syf.··
Beğendi
·
2022 15. kitabı
·
55 günde okudu
·
Okunma: 25 Temmuz 2022 14:39
Əsər 2 ci dünya müharibəsi dövrünü əhatə edir. Hansı ki,insanların gözlərinin diri-diri çıxarıldığı, qadınların kütləvi zorakılığa məruz qalması, qadınların heyvanlar ilə cinsi əlaqəyə girməsi, kütləvi insan ölümü, özbaşınalıq, nasistlərin əhalinin başına gətirdiyi iyrənc və dözülməz hərəkətlər, irqçiyilin hökm sürməsi və bütün bunlara şahidlik edən müharibənin qurbanı az yaşlı oğlan. Dərisinin rənginin qara olması, əhali tərəfindən qaraçı, zənci kimi tanınmasına baxmayaraq əslində onlarla əlaqəsi belə olmayan,valideyinləri tərəfindən başqa kəndə göndərilən bu uşaqın başına gəlməyən qalmır. Yaşına uyğun olmayan hadisələrlə qarşılaşan, hər dəfə kiminsə əsarəti altına düşüb min bir əziyyət çəkən bu oğlanın timsalında müharibənin törətdiyi dəhşətlər əks olunub. Kitab mənə görə axıcı deyildi və sevmədim.Müharibə mövzulu əsərləri sevmədiyimdən də ola bilər bu).Kitab həddən artıq həssas və tükürpədici olduğu üçün hər kəs oxuya bilməz deyə düşünürəm və 18+ yaş üstüdür. Kitabın nəşr olunması üçün Koşinski çox cəhd göstərib. Hətda bir neçə dəfə bu kitaba görə ölümlə də hədələnib.
Savaş
Boyalı QuşJerzy Kosinski · Teas Press Nəşriyyatı · 20205,6bin okunma