Balzakreader

72 syf.
8/10 puan verdi
Stefan Zweig "Kızıl"
Stefan Zweigin qələmi mənim üçün çox dəyərlidir. Təkcə mənim üçün deyil , ədəbiyyata aşiq olan , insan psixologiyasını , emosiyalarını heyranlıqla oxumağı sevən hər kəs üçün Zweig qələmi bir başqadır. "Kızıl" əsərini oxumağa başladığım ilk dəqiqələrdən kitaba olan gözləntim böyük idi. Biz bu əsərdə çevrənin insan psixalogiyası və ruh halına olan təsiri və bu təsirdən yarana bilən hadisələrin şahidi oluruq. Özünü isbat etmə ehtiyyacı hiss edən gəncimiz Berger zamanla bu ehtiyyacın qurbanı olur və mənəviyyatını daha da çöküşə sürükləyir. Bədənsəl zəiflikdən yaranan mənəvi zəifliyin altında əzilən obrazımızda , həyata qarşı dik dayanmaq istərkən , dünyəvi və mənəvi problemlərin altında məhv olan və geriyə qayıtmaq istəyən yazıq varlığı görürük. Burada ruhumuzun beynimizə təsiri görünür.Çöküş halında olan ruh batmağa davam edirsə hər şey məhv olur.Məntiqli olan ruhu qidalandırmırsa , deməli varlığı mənasız bir hala çevrilir. Lakin insan ruhuna yaxından bələd olan Zweig uçurumdan yuvarlanarkən son ümidlə tutduğu qayadan möhkəm yapışan insanın ona necə bağlandığını da göstərir. Saf sevgi ilə bağlanan Berger ümidlə yaşama bağlanır... Yaşamağı sevir və onun üçün çalışır... Bəzi təhlillərdə Bergerin 13 yaşlı qızı öpməsi pedofili kimi qiymətləndirilib şəxsən mən gənc adamın əzilən və sonra yenidən canlanan ruhunu o qədər heyranlıqla oxuyurdum ki bu cür qiymətləndirə bilmədim. Ruhumuz iztirablar çəksədə yaşam , Allah ona məlhəm tapır. Həyatın bilinməzliyindən isə qaçmaq mümkün deyil.... Dəyərli əsərdir.Oxunulmalıdır.
Kızıl
KızılStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 202229,4bin okunma
Reklam
136 syf.
10/10 puan verdi
Çingiz Aytmatov "Toprak ana"
Çingiz Aytmatov " Toprak ana " Çingiz Aytmatovun qələmi ilə uzun müddətdir tanış olsam da , kitablarını indi oxuya bilirəm. Sovet dövründə yaşayıb , yaratmış yazıçıların qələminə anlamlandırmaqda çətinlik çəkdiyim məsafəni Aytmatovun "Toprak ana" (Torpaq ana) əsəri ilə yox etdiyim üçün sevinir və kitabın təhıilinə keçmək
Toprak Ana
Toprak AnaCengiz Aytmatov · Ötüken Neşriyat · 202262bin okunma
211 syf.
7/10 puan verdi
Orhan Pamuk "Kırmızı saçlı kadın"
Orhan Pamukun qələmi ilə ilk tanışlığım "Kırmızı saçlı kadın" əsəri ilə oldu. Universitetdə dərsin imtahanı üçün bu kitabı oxumalı olduğumdan oxudum. Kitab haqqında isə nisbətən qarışıq fikirlərdə olduğumu deyə bilərəm. Hər şeydən əvvəl əsərdəki iki mifolojik hekayə - yəni qərb mifologiyasından Sophoklesin "Kral Oudipius"
Kırmızı Saçlı Kadın
Kırmızı Saçlı KadınOrhan Pamuk · Yapı Kredi Yayınları · 201950,8bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
216 syf.
8/10 puan verdi
Əli Şəriəti "Əbu Zərr"
"Dinə qarşı din" əsəri ilə tanıdığım və heyranlıqla həyatını oxuduğum Əbu Zərr Əl Gıffarini Əli Şəriəti qələmi ilə tanıyıb yenə Əli Şəriəti qələmi ilə onun bir bütöv həyatını , yaşadıqlarını , dərindən hiss edərək oxumaq şansı əldə etdiyim üçün rəbbimə şükürlər olsun. Kitab Əbu Zərri bizə təkcə peyğəmbərin dostu , səhabəsi kimi deyil eyni zamanda başda həqiqi İslam uğrunda , yoxsullarla zənginlərin arasında təbəqələşmə olmaması uğrunda , peyğəmbərdən qalan mirasa layiqli bir şəkildə baxılması uğrunda şəhid olan , Allahdan gələn hər bəlaya şükür oxuyan , həqiqi evimizin bu dünyada olmadığını dərindən dərk edən və nümunə alınacaq bir şəxs kimi tanıdılır və daima xatırladılır. Rəbbim hər birimizə peyğəmbərimizin əziz dostu , səhabəsi Əbu Zərr kimi iman nəsib etsin. Allah ona rəhmət eləsin , ruhu şad olsun...
Ebuzer
EbuzerAli Şeriati · Fecr Yayınevi · 20091,951 okunma
102 syf.
7/10 puan verdi
Andre Maurois "Şişkolarla Sıskalar"
Yazardan oxuduğum ilk kitab "Gombullarla Cılızlar" (Şişkolarla Sıskalar) oldu. Müəllif bu kitabında mövzu baxımından hər kəsin anlaması lazım olan bir məsələyə toxunur ki , bu da kitabın ciddiyyətini daha da artırır. Barışın xoşbəxtlik və yaşam üçün olan mahiyyətini , eyni zamanda savaşın gətirdiyi fəsadları sadə üslub və fantastik bir dünyada anladan Maurois obrazların xüsusiyyət və adları ilə də üzümüzdə gülüş yaradır. Oxumağa dəyər :)
Şişkolarla Sıskalar
Şişkolarla SıskalarAndre Maurois · Can Çocuk Yayınları · 2019599 okunma
Reklam
Geri13
53 öğeden 46 ile 53 arasındakiler gösteriliyor.