Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Fidan

542 syf.
9/10 puan verdi
·
Beğendi
☆ Uzun müddətdən sonra məni həvəsləndirən və sonuna qədər oxutdura bilən bir kitab ilə qarşınızdayam. Kitabımız Alice Harikalar diyarında hekayəsindən ilhamlanıb. Yazar qəddar qadın obrazının hekayədən əvvəlki həyatı və bununla paralel əlbəttə bizə həmin hekayədən tanış olan bəzi obrazların da bu hekayəyə necə daxil olduğunu göstərir. 》Türklərdə
Kalpsiz
KalpsizMarissa Meyer · Artemis Yayınları · 20171,100 okunma
Reklam
60 syf.
10/10 puan verdi
·
Beğendi
Stephen King 22.11.63 romanı sağolsun bu kitabı səsli bir şəkildə dinlədim. Kitabda tez-tez adı gedən "Kelebek etkisi" məsələsinin açıqlamasını burda daha aydın bir şəkildə görə bilərik. Balaca bir kəpənəyin illər sonrakı həyata vurduğu ziyan və dəyişiklik.
Gök Gürültüsünün Sesi
Gök Gürültüsünün SesiRay Bradbury · 030 okunma
816 syf.
10/10 puan verdi
·
Beğendi
·
72 günde okudu
Keçən il başladığım bu gözəl kitabı bu il bitirmək nəsib oldu. Açığı heç tələsmədən, zövq ala ala oxudum və belə etdiyim üçün də çox məmnunam. Çünki bütün səyahətlərimdə mənə yoldaşlıq edən bu kitabı heç vaxt unutmayacam. Son səhnəsi ilə gözlərimi dolduran özü də əvvəlcədən mini serialını izlədiyim halda məni hər səhnəsində həyacanlandıran, baş rolumuzun etdiyi bütün qərarların səbəbini anladığımız və onun yerində olsaydıq bəli mən də bunu edərdim dediyim bir kitab oldu. Mini serialında qat-qat daha yaxşı idi deyə bilərəm. Çünki burda əlavə rollara ehtiyac duyulmamışdı. Ancaq əsas məsələyə fokuslanıb bir də baş rolumuzun yaşadığı gözəl sevgi hekayəsini gördüyümüz bir kitab idi. Nə deyim bilmirəm çünki bu qədər ətraflı düşünülüb, araşdırma edilərək yazılan kitaba nə desəm az qalacaq. Yazar Stephen Kingin yaddaşımda artıq sadəcə qorxu yazarı kimi qalmayacağını isə əminliklə deyə bilərəm. Oxuyun, oxutdurun.
22/11/63
22/11/63Stephen King · Altın Kitaplar · 20213,039 okunma

Okur Takip Önerileri

Tümünü Gör
133 syf.
6/10 puan verdi
·
3 günde okudu
Açığı kitabda heç bir problem yox idi. Problem mənim bu kateqoriyada olan kitabları sevməməyim idi ki, bu da verdiyim xala yansıdı. Amma açığı 5 üzərindən 3 xaldan aşağı vermək də bu kitaba böyük haqsızlıq olarmış kimi gəldi. Həm də illərdir bildiyim məşhur cümlələrin əsil mənbəyinin bu kitab olmasını öyrənmək və onları yenidən oxumaq da xoş oldu. Gələcək də isə yazarın başqa kitablarını da oxuyacam mütləq. Ta ki, həqiqətən bu tip kitabları sevənə qədər :)
Romeo ve Juliet
Romeo ve JulietWilliam Shakespeare · Türkiye İş Bankası Kültür Yayınları · 202260,5bin okunma
448 syf.
·
Puan vermedi
·
Beğendi
·
5 günde okudu
Kitab o qədər axıcı amma oxumaq bəzən o qədər çətin idi ki, xüsusilə də nə baş verəcəyini əvvəlcədən biləndə. Kitablardan əvvəl filmlərə baxmağımın pis tərəfi odur ki, oxuyanda hər səhnə gözümün qarşısına gəlir və təbii ki, mən də pis olurdum. Bu dəfə kitaba daxil olan rollara daha çox bağlanır onların gedişinə daha çox kədərlənirdim. Yəqin ki, digər kitab üçün də eyni hissləri yaşayacam. Amma bu kitabda bir daha əmin oldum ki, Katnissin bu qarşıdurmanı davam elətdirməsinə ən böyük kömək elə Peetadır. Onu zəif saymaq isə məncə ən böyük axmaqlığın özüdü. Bəzən sözlərin gücünü unuduruq amma bu kitabda bir daha bizə xatırladıldı ki, Peeta Snowun qarşısında, ilk andan bəri sözləri ilə dayanıb.
Ateşi Yakalamak
Ateşi YakalamakSuzanne Collins · Dex Kitap · 202020,8bin okunma
Reklam
384 syf.
·
Puan vermedi
·
Beğendi
·
28 saatte okudu
Uzun müddətdən sonra ilk dəfə idi ki, heç bir zaman məhdudiyyəti olmadan öz istəyimlə bir kitabı çox tez bir zamanda bitirdim. Əslində bu özü özünə baş vedi. Səbəb isə filmlərini dəfələrlə izlədiyim bu kitabın oxunması zamanı yaranan o tanış hislər idi. Açığı bəlkə də indiki zamanda bu kitab bir çoxuna sadə gələ bilər. Amma mənə hələ də nə baş verəcəyini bilsəm də çox həyacanlı və maraqlı gəlir. Ümumi seriya barəsində fikirlərimi kitabları bitirdikdən sonra ətraflı yazmaq istəyirəm. Amma bu kitab baxımında fantastika və distopiya janrında olan kitablardan oxuması ən rahat olan kitab və ya seriya olduğunu deyə bilərəm. Yazar çox axıcı yazır həmçinin biz hadisələri baş rolun gözündən oxuyuruq deyə bütün gərginliyi də onunla birgə hiss edirik. Həmçinin Katnissin və Peetanın yeri məndə həqiqətən ayrı idi. Mənim kimi ad yaddaşı zəif olan bir şəxs belə illərdir bu obrazların adını unutmur. Bu kitab həm o klişe güclü oğlan və onun köməyinə ehtiyacı olan qız profilinə də təmamilə ziddir. Açığı Katnissi çox ağıllı və bu ağlı düzgün istifadə edib qalib gələ biləcək bir şəxs kimi düşünmək olar amma bunu da unutmamaq lazımdır ki, onun hər mental cəhətdən çətinə düşdüyü anda Peeta var idi. Yəni bu qalibiyyət birgə qazanılıb. Nəysə yazsam çox yazacam amma məncə ardını ikinci kitaba saxlamaq daha yaxşıdı :)
Açlık Oyunları
Açlık OyunlarıSuzanne Collins · Pegasus Yayınları · 200928,8bin okunma
328 syf.
7/10 puan verdi
Wulf Dorndan əvvəllər Hain yüreğim kitabı oxumuş və sevmişdim. Amma bu kitab mənə görə gerilim kitabından çox qorxu kitabı kateqoriyasında idi və buna görə də Travma kitabı bəyəndiklərim siyahısına daxil ola bilmədi. Əvvəldə qeyd olunan yazıda kitabda baş verənlərin bəzi gerçək hadisələrə əsaslandığı bildirilirdi. Bu isə həm qorxuducu həm də qəzəbləndiricidir. Çünki hadisələrin əsas rolları uşaqlardı və onlar üzərində danışalan məsələlər acı olsa da əslində bir çoxumuzun görməzdən gəldiyi gerçəklərdi. Bu kitabda mənim üçün başlıca problem əsas rollara bağlana bilməməyim və sonluğun mənim üçün tamamlanmamasıdır. Əvvəldə qeyd etdiyim kimi bir də kitabın qorxu janrında olması məni bu kitabdan təmamilə uzaqlaşdırdı.
Travma
TravmaWulf Dorn · Pegasus Yayınları · 20172,137 okunma
192 syf.
8/10 puan verdi
·
Beğendi
·
38 günde okudu
Pinokya hamımızın bildiyi o məşhur uşaq kitabı. Kitabda oxuduğum hadisələr hər dəfə fərqli formatda izlədiyim filmləri ilə bənzər idi. Amma sonda yazar ilə bağlı olan məlumatları oxumaq kitaba daha fərqli gözlə baxmağa imkan verdi. Yazar kitabda yaşadığı dövrdə vətənində hökm sürən qüvvələrə öz fikrini alt mətn kimi olsa da qeyd eləyibmiş. Bu kitab isə ona yeni bir başlanğıc və böyük uğur gətiribmiş. Yəqin ki, əslində yazılma hekayəsini bilmədiyimiz daha neçə belə kitab var hansı ki, əslində haqqında oxumasaq daim olaraq da bilməyəcəyik.
Pinokyo
PinokyoCarlo Collodi · Türkiye İş Bankası Kültür Yayınları · 20218,4bin okunma
424 syf.
7/10 puan verdi
·
Beğendi
Bu kitab yazıldığı dövrdə çox vacib yerə malik kitab olub, Jane Austenin ən sevilən kitabıdı. Bunu bilərək və əslində çox böyük inacla sevəcəyimə düşünərək bu kitabı oxudum. Amma çox təəssüf hissi ilə yazıram ki, kitab sevimlilərim arasına daxil olmadı həmçinin bəzi yerlər çox sıxıcı gəldi. Ancaq yazar qürurun bir çox zaman insana faydasından çox zərərinin dəydiyini və əgər baş verən hadisələri qəbullanmağı bacarmasaz sonun daim pis olacağı fikrini çox yaxşı verib. Qısaca bu kitab mənim kimi romantik və bir qədər klassik sayılan əsərləri sevməyənlər üçün tövsiyyə edilməsə də oxunmayacaq qədər də pis bir kitab da deyildi.
Gurur ve Önyargı
Gurur ve ÖnyargıJane Austen · Türkiye İş Bankası Kültür Yayınları · 202376bin okunma
200 syf.
8/10 puan verdi
·
Beğendi
Mənim kimi köhnə nağılları sevənlər bu kitabı çox sevəcək. Amma Tuhaf masallar kitabının içində adından da bəlli olduğu kimi bizə tanış nağıllardan fərqli olaraq baş rollarında tuhafların yer aldığı nağıllar var. Bu kitab həmçinin Bayan peregrine'in tuhaf çoçukları seriyasının yan kitabı kimi də gedir və bu nağılları toplayan şəxs də
Tuhaf Masallar
Tuhaf MasallarRansom Riggs · İthaki Yayınları · 2017508 okunma
Reklam
241 syf.
5/10 puan verdi
Bu kitabı qətiyyən bəyənmədim. Seriya içərisində ən soyuq və uzaq olduğum kitab olması ilə bərabər sanki yazar da yazdığı rollardan soyumuşdu. Əvvəlki kitablardakı kimi əsas rollarımız da yox idi. Aslan artıq uşaqlardan çox uzaqlaşıb onun inancı davam etsə də, özü bu kitabda çox az göstərildi . Bununla kitabın əsas rolları olan Eustace və Pole bu dünyanın o çox sevdiyimiz cəsurluğu və zəkaları ilə parıldamır yanlızca Suratsız adlı rol Narnianı və o dünyanın vədaşlarına xas xüsusiyyətlərini göstərirdi. Onsuz da nənim gözümdə seriya əvvəlki kitablarında uşaq kitabı olmaqdan çıxmışdı amma bu kitabda bu bir daha təsdiqləndi ( uşaqların nəhənglər dünyasında danışan bir ceyran balasını yeməsini qeyd etməsi ). Mənim sevdiyim tək nöqtə, torpaq halkının olduğu hissələr idi. Mən oradakı yaşayan insanları müharibə dövründə vuruşan xalqlara oxşatdım və yazarın da o dövrdəki müharibədən ilhamlanaraq yazdığına inanıram.
Gümüş Sandalye
Gümüş SandalyeC. S. Lewis · Doğan Egmont Yayıncılık · 20121,044 okunma
432 syf.
7/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Gölge ve kemik seriyası bitirdim və bu seriya ilə Grisha aləmini keçid etdim. Ümumi seriya ilə bağlı fikirlərimi son kitab üzərindən, bütün seriyanı qiymətləndirərək yazacam. Amma əvvəla "spoiler"li hissəyə keçid etməmiş oxumaq istəyənlər üçün də ümumi fikrimi bildirəcəm. 》Kitabın baş rolları olan Alina və Malyen uşaq evində böyüyən
Çöküş ve Yükseliş
Çöküş ve YükselişLeigh Bardugo · Martı Yayınları · 20154,039 okunma
516 syf.
9/10 puan verdi
·
16 günde okudu
☆ Jo Nesbonun yazdığı Harry Hole seriyasının dördüncü kitabı olan Nemesis kitabını bitirdim. Seriya davam etdikcə daha da yaxşılaşır və qatili və ya günahkarı tapmaq get-gedə çətinləşir. 》Bu dəfə dedektivimiz həll etməyə çalışdığı məsələ bir bank soyğunçuluğudur. Amma deyə bilərsiz cinayət şöbəsinin oğurluq məsələsi ilə nə əlaqəsi var. Elə ən
Nemesis
NemesisJo Nesbo · Doğan Kitap · 2022791 okunma
96 syf.
8/10 puan verdi
·
Beğendi
• Kitabda 6 ədəd hekayəyə yer verilib. Hekayələr ümumi olaraq məzmunca qısa olsa da bəziləri nisbətən daha uzun idi. Kitab ümumi olaraq doğru yolda irəliləməyi, kin güdmədən yaşamağı, acgözlü olmamaq kimi bəzi əxlaqi mövzulara toxunur. Hekayə oxumağı çox sevmədiyim(qısalığı səbəbi ilə) və açıq aydın şəkildə məsləhət verilməyə çalışan kitablar da
İnsan Neyle Yaşar?
İnsan Neyle Yaşar?Lev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 2019192bin okunma
532 syf.
8/10 puan verdi
·
Beğendi
·
33 günde okudu
Jo Nesbonun yazdığı Harry Hole kitablarını seriya şəklində səsli kitab kimi dinləməyə davam edirəm. (Hazırda kitab haqqında ümumi məlumat yazdıqdan sonra "spoiler"li fikirlərimi yazacam. Təbii ki, yenə əvvəlcədən bunu sizə bildirəcəm.) • Kızılgerdan bu seriyanın üçüncü kitabıdır. Bu kitabda Harry Hole ilk 2 kitabdan fərqli olaraq öz
Kızılgerdan
KızılgerdanJo Nesbo · Koridor Yayınları · 2010712 okunma
74 syf.
7/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Zweigdan oxuduğum bir başqa kitab daha. Artıq yazarın dili o qədər tanış gəlir ki, mənə. İnsan kitabı oxuduqca daim o kədərli və məyus havanı hiss edir. Sonluqları isə onun imzasına çevrilib. İçərisində 5 hekayə olan bu kitabda hekayələr çox qısa olsa da xeyli mənalıdır. Mənə isə ən çox təsir edən hekayə "Leporella" oldu. Bu hekayədə insanın yaşamaq üçün olan, qalan tək məqsədinin necə məhv olub getməsinə şahid oluruq. Bəzən bəzi hekayələri kaş daha uzun olsaydı deyirəm. Amma hər hekayənin ani sonluğu əlbəttə insanı bir anlıq durub düşünməyə vadar edir.
Ay Işığı Sokağı
Ay Işığı SokağıStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 202167,4bin okunma
Reklam
400 syf.
9/10 puan verdi
·
Beğendi
Mən bir az əvvəl nə oxudum necə oxudum bilmirəm. Bir kitabın əvvəlindən sonuna qədər insan ağlıyarmı. Mən ağladım. Hər dəfəsində yazarın bu kitabı yazıb niyə biz oxuculara bunu etdiyini düşündüm. Niyə bu seriya ağlımızda, ürəyimizdə oxunulan sadə, güldürən romanlardan olmadı deyə düşünüb pis oldum. Həqiqətən pis oldum. Hər bir rolu sanki həyatda tanıyırdım. Hər birinin uşaqlığı, gəncliyi, yaşlılığı hamısına şahid olmuşdum. İndi bu rolların bu kitabda yaşadığı şeylər. Nə bilim, bilmirəm nə deyim. Amma yaxşı ki, oxumuşam. Yaxşı ki, bu seriyaya başlamışam. Həqiqətən son kitab sizi çox yaralıya bilər. Amma bu həyatın özü kimidi. Həmişə gülmürük, gülə bilmirik. Bu hissəni oxumaq istəməyən ola bilər. Spoiler gedə bilər deyə əvvəlcədən qeyd etmək istədim. Eh Walter. Əslində nə olacağını bilirdim. Əslində bunu mənim kimi sən də bilirdin. Çox ağladım. Sənə, düşüncələrinə, gedişinə. Fareli köyün Kavalcısının ardından həqiqətən getməli idin? Yəqin ki, hə. Amma bunu oxumaq çətin idi. Anne, Gilbert və sizin övladlarınızın hər biri çox doğma olduz. Jem, Walter, Nan, Di, Shirley, Rilla hər birinizi oxumaq çox xoş oldu. Eyniyle keçən kitabda daxil olmasına baxmıyaraq rahib və ailəsi. Təbii ki, evin sevimli yardımcısı, ikinci annesi Susan da həmçinin. Bu kitabda isə ən çox bizə ümid olan Dog Monday. Heyvanların sevgisi gerçəkdi. Bu nə qədər bir kitab olsa da bu gerçəkdi.
Yeşilin Kızı Anne 8
Yeşilin Kızı Anne 8L. M. Montgomery · Ephesus Yayınları · 2021786 okunma
384 syf.
9/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Bəli qaldı son 1 kitab. Bu kitab da digər kitablar kimi insana bir çox hissi eyni vaxtda yaşadırdı. Bəzən üzünüzdə gülüş yaranırdı, amma bir dəqiqə sonra kədərlənirdi insan. Gəlin ümumi olaraq bu kitabdan danışım. Deməli, bu kitab digərlərindən fərqli olaraq Anne və ailəsi barəsində deyil də daha çox yeni gələn rahib və onun uşaqları ətrafında dönürdü. Amma bu kitabı qətiyyən pis etmir. Həqiqətən uşaqların o saf, təmiz düşüncələrini oxuduqca adam davam eləmək istəyirdi. Kitabı uzun müddətdə bitirməyimə səbəb isə mənim oxumağa vaxt tapmamağım idi. Yoxsa kitab yetəri qədər axıcıdır. Bəli, Anne və ailəsi az qeyd olunsa da Annenin uşaqlarına verinlən səhnələr var idi. Bu da keçən kitabdan onların nə qədər böyüdüyünə şahidlik etməyimizə kömək edirdi. Bütün kitab boyu gələn kitabda yazarın bizi çox ağladacağının mesajını hiss edirdim. Son kitabı oxumağa həm həvəslənirəm, həm də qorxuram. Görək nə zaman başlaya biləcəm.
Yeşilin Kızı Anne 7
Yeşilin Kızı Anne 7L. M. Montgomery · Ephesus Yayınları · 2021938 okunma
416 syf.
7/10 puan verdi
·
34 saatte okudu
Gəldik seriyanın altıncı kitabına. Bu kitab sizin kitabdan gözləntinizə görə dəyişəcək. Əgər əvvəlki kimi çılğın, qərarlarını ani verən Anne və Gilbertin səhnələrini çox görmək istəyirsizsə biraz xəyal qırıqlığı yaşıya bilərsin. Amma bu kitabda bunlar çox olmasa da Anne və Gilbertin böyük ailəsi var idi. Onların uşaqları və təbii ki, evin ən gözdəsi olan Susan. Bu kitabda hər bir uşağın necə bir xarakterinin olduğunu, onların ana və atalarına necə bənzədiyinə şahid oluruq. Hər bir uşaq bizə biraz Anneni xatırladırdı əslində. Hamısının içində saf və xəyalpərəst biri var idi. Təbii ki, hadisələr bununla bitmir. Bəzən biz keçmişdən gözəl xatirələrlə qarşılaşır bəzənsə əsəbləşdiyim hallarla üzləşməli oluruq. Ümumi olaraq kitabı nə çox bəyəndim nə də pis idi. Uşaqların o saf, təmiz düşüncə və xəyallarını yaşantılarını oxumaq xoş idi. Amma əvvəlki kitablar qədər də deyildi. Bəzi bölümlərin yersiz olduğunu da düşünürdüm. Ona görə bu kitab mənim üçün ortalama idi
Yeşilin Kızı Anne 6
Yeşilin Kızı Anne 6L. M. Montgomery · Ephesus Yayınları · 20211,347 okunma
384 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Seriyanın dördüncü kitabında yaşadığım məyusluqdan sonra çox çox gözəl bir kitab oxudum. Həqiqətən o qədər duyğu yüklü bir kitab idi ki, insan bitirməyinə kədərlənmədən dura bilmir. Ümumdünya bu kitab digər kitablardan fərqli idi. Sanki yazar da bu dəfə təmamilə başqa cür yazmışdı. Kitabın hər bölümünü maraq içində oxusam da xüsusi ilə yarıdan sonra araya heç vaxt salmadan bitirdim. Bu kitabda Anne ve Gilbertin yeni həyatlarına addım atmağını görürük. Onların əslində necə böyüdüyünə şahid olub, yaşadığı bu yeni dövrə onlara yoldaş oluruq. Kitabda Annenin də dediyi kimi onun çox can dostu olsa da ilk dəfə həyatın çox fərqli bir dost daxil olur. Onunla birgə Anne daha fərqli baxmağı öyrənir. Təkcə Leslie deyil eyni zamanda bu kitabın unudulmaz rolu məncə Kaptan Jim idi. Eh təkcə duyğusallıq yox eyni zamanda insanın üzündə gülüş də yaradan bir kitab idi. Xüsusiylə də Bayan Cornelia. Onun bitməz bilməz "erkek düşmanlığı" . Hər dəfə "Tam da erkeklere özgü bir davranış." deyişində adamı gülmək tuturdu. Əslində danışılacaq o qədər önəmli yerlər var ki, amma spoiler vermək istəmirəm deyə qeyd etmirəm. Sadəcə bir sözlə onu deyim ki, kitabı çox bəyəndim və deyəsən seriyada ən bəyəndiyim kitab oldu
Yeşilin Kızı Anne 5
Yeşilin Kızı Anne 5L. M. Montgomery · Ephesus Yayınları · 20202,206 okunma
416 syf.
6/10 puan verdi
·
60 günde okudu
Sonunda seriyanın dördüncü kitabını bitirə bildim. Nə yalan deyim seriyada indiyə qədər oxuduğum digər kitablara nəzərən ən zəif kitab bu idi. Əslində oxuma günü və verdiyim xal da buna sübutdur. Dili çox bəsit olsa da oxumaq xeyli çətin idi. Çünki kitabın yarısından çoxu Annenin Gilbertə yazdığı məktublardan ibarət idi. Bu məktublar tək tərəfli olub sadəcə Annenin 3 il ərzində müəllimlik etdiyi yerdə yaşadıqların bəhs edirdi. Ümumi olaraq fərqli hekayələr var idi və bunlar demək olar heç bir biri ilə bağlanmırdı. Hər məsələdə Anne qurtarıcı rol kimi çıxış edirdi. Bu da bir yerdən sonra sıxdı açığı. Ümumi olaraq oxunmayacaq bir kitab deil. Bəzi gözəl nöqtələri var idi. Amma məncə oxunmadığı müddətcə də seriyadan bir şey itirilməz. Təbii ki, bunu bütün kitabları oxuduqdan sonra daha dəqiq deyə biləcəm.
Yeşilin Kızı Anne 4
Yeşilin Kızı Anne 4L. M. Montgomery · Ephesus Yayınları · 20203,117 okunma
384 syf.
9/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
Mən kitabların təkcə bizə bir şeylər versin deyə oxunulmasına düzgün baxmıram. Düzdü hər kitab oxuyan oxucuda bir iz qoyur. Amma məncə oxumaqdakı məqsəd bu olmamalıdır. Eyniylə bu kitab kimi bəzən sadəcə ruhunun dincəldiyi, xoş saatlar keçirdiyin kitablar da oxumalıyıq. Beləliklə bu seriyada üçüncü kitabını da oxuyub bitirdim. Artıq bütün rollar çox doğmadır. Sanki bir dostunun başına gələnləri oxuyurmuşsan kimi gəlir adama. Kitab boyu Annenin qərarsızlığını hiss edirik. Buna çox zaman əsəbləşsəm də sonda özü də nə istədiyini anladığı üçün çox sevindim açığı. Digər yeni rollar onların həyatları, seçimləri də çox gözəl idi. Digər iki kitabında olduğu kimi bu kitabda da kədərləndiyim yerlər oldu. Seriyada oxuduğum qədəri ilə bəyəndiyim kitabı hələ də tam olaraq seçə bilməsəm də bu kitabı çox bəyəndiyimi rahatlıqla deyə bilərəm.
Yeşilin Kızı Anne 3
Yeşilin Kızı Anne 3L. M. Montgomery · Ephesus Yayınları · 20204,565 okunma