Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Aceso

480 syf.
10/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Kitab çox mükəmməl idi. Hər şeyini bəyəndim. Yazıçının təsviri, yazım şəkli, mövzusu super idi. Kitab Peter Pani sanki pis tərəflərini göstərir. Bu kitabla başa düşdüm ki, Peter Pan bildiyimiz qədər düzgün bir obraz deyil. Uşaqları öz dünyasından ayırıb, özünün maraqları üçün fəda edir. Kitabda Sekeu, Abraham, Kızılkemik, Nick, Cricket, Danny kimi
Çocuk Hırsızı
Çocuk HırsızıBrom · İthaki Yayınları · 2021127 okunma
Reklam
284 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Ən sevdiyim kitablardan
Yolun Sonundaki Okyanus
Yolun Sonundaki Okyanus
müəllifinin bir kitabını da oxudum. Sevdim, çox özdə. Bilmirəm, son zamanlar çox duyğusal olmuşam ya da çox kitablardan ayrı qalmışam. Bu kitabın sonunda da çox kədərləndim. Əvvəllərdə, sıxıcı gəlirdi, çünki diqqətimi verəmirdim, sonra başladım yolda oxumağa, onda gördüm mövzusu çox maraqlıdır, bunla yanaşı, yazım dili də gözəldir. Neil Gaiman digər iki kitabı kimi gözəl, maraqlı bir dünya yaradıb, Nobody Owens da bu dünyanın baş obrazıdır. Nobody ailəsi bir nəfər tərəfindən qətl edilir, bu zaman da baş obrazımız körpə olduğu üçün iməkləyərək gedir qəbirstanlığa, nəticədə onu ruhlar övladlığa götürür. Bir qoruyucusu da olur, Silas. Bu kitabda əsas iki obraza bağlandım, biri Silas, biri də Lisa. Kitab elədir ki, oxuyanda adamı özünə cəlb edir, axıcı kitabdır. Birdən baxırsınız ki, 20-30 səhifə oxumusunuz. Hər kəsə tövsiyə edirəm.
Mezarlık Kitabı
Mezarlık KitabıNeil Gaiman · İthaki Yayınları · 20111,324 okunma
80 syf.
10/10 puan verdi
·
6 saatte okudu
2023-cü il üçün 2-ci kitab, Aytmatovdan oxuduğum yeni, başqa bir kitab... Kitaba bayıldım, mükəmməldir. Aytmatovun qələmi çox gözəldir, insanın ürəyinə toxunur yazdığı əsərlər və kitablar. Mən hər kitabını oxuyanda və bitirdikdən sonra ağlamaq istəyirəm, sanki sarsıdır insanı. Bu kitab da çox toxundu mənə, povest olsa belə, səhifə sayısının azlığı da fərq etmir. Kitabın sanki hər cümləsi bir alıntıdır. Əsas xarakter Altanaydır, kitab onun həyatından bəhs edir. Onla yanaşı, onun ilk müəllimi və sevgisi olan Düyşen. Kitab Sovet dövrünün vaxtlarındandır, 1924-cü il danışılır, Düyşen də Lenin tərəfdarı və kommunistdir, ancaq bu faktorlara baxmayaraq çox sevdim bu obrazı. Mənim fikrimcə, digər oxuyucular da bəyənə bilər. Düyşen bir kəndə gəlir məktəb açsın, ancaq kəndlilər dəstək durmur, öz çabası ilə açır, Altanay da burda təhsil almağa çalışır. Davamını danışmayacam, sizin oxumağınız daha məsləhətlidir. Belə də kitabı tövsiyə edirəm, düşünürəm ki, bu kitab il sonu 2023 ən sevdiyim onluq sırasında olacaq.
İlk Öğretmenim
İlk ÖğretmenimCengiz Aytmatov · Nora Kitap · 20187,3bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
222 syf.
9/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Carlos Ruis Zafondan oxuduğum ilk kitab oldu və bəyəndim, kitabın alıntıları, mövzusu, təhkiyəsi çox gözəl idi, tövsiyə edəcəyim kitablardandır, sadəcə kitabdan 1 xal qırdım, kitab həm axıcı idi, həm də yox, fikrimi kitaba verə bilmirdim, onla yanaşı kitabın adı Marinadır, adı əsas obrazlardan birinin adıdır, ancaq biz Marinanı əsas hadisələrdə çox görə bilmirik, onun əvəzinə Oskarı görürük, Marina sadəcə bir səbəbə görə sanki kitabda varmış kimidir, burda qeyd etməyəcəm, çünki böyük spoilerdir. :D Kitab həm fantastika, həm də qorxu janrına aid edilə bilər, bəzi səhnələri insana qorxu hissini yaşadırdı, kitab Oskar və Marinanın bir-biri ilə tanışması ilə başlayır və hadisələr davam edir, başqa qeyd edəcəyim bir şey yoxdur kitab haqqında, çünki spoiler olacağını düşünürəm, onun üçün özünüz oxuyun, yəni tövsiyə edirəm. Hər kəsə xoş mütaliələr. :)
Marina
MarinaCarlos Ruiz Zafon · Köhlən Nəşriyyatı · 2021183 okunma
220 syf.
9/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
@flower_0000 ilə 5 kitab seçmişik, o kitablardan birini oxudum, həm də Coelhodan oxuduğum ilk kitab oldu, kitabda Veronikanın intihar qərarı verməsi ilə başlayır və edir, ancaq uğursuzluqla nəticələnir, gözünü Vilet xəstəxanası hansı ki psixoloji xəstəxana olan yerdə açır, həkimlər ona isə bədbəxt bir xəbər verir ki, ürəyinin 2 mədəciyi İşləmir, bir neçə həftəlik ömrü qalıb. Ölümü arzulayan Veronika bu xəbərdən sarsılır, sanki ölmək istəmir, ancaq bilir ki, heç bir şeyi dəyişə bilməyəcək, öləcəyi günü gözləyir, lakin sonra elə insanlarla qarşılaşır ki, ona həyatı öyrədirlər, aralarından biri Eduard əsas da. Kitabdan xal qırdım səbəbi isə kitabın mənim fikrimcə, tam xala layiq olmaması idi. Ancaq kitab o qədər axıcıdır, bu yay isǝ elə axıcı kitablar çox az oxudum. Kitabdan əsas başa düşdüyüm o oldu ki, insan hər hansı bir xəstəliyə tutulanda və ya bir qəza baş verəndə ölümdən uzaqlaşmağa, qaçmağa, həyatda qalmağa çalışır, ancaq intiharı isə özü arzulayır, ona cəhd atır, Veronika da bu hissləri yaşadı. Kitabı tövsiyə edirəm, hər kəsə xoş mütaliələr. :)
Veronika Ölməyə Qərar Verir
Veronika Ölməyə Qərar VerirPaulo Coelho · Qanun Nəşriyyatı · 201377,7bin okunma
Reklam
128 syf.
10/10 puan verdi
·
Beğendi
·
24 saatte okudu
Kitab həqiqətən mükəmməldir, insana niyə varolduğunu, vaxtını düzgün gözəl keçirməyini, sevdiyin şeylərə daha çox vaxt ayırıb, sevmədiklərin üçün özünü yormamağın vacib olduğunu öyrədir və yazıçı çox gözəl izah edir, ifadə edir. Bu kitabı tövsiyə etdiyi üçün
admiral914
admiral914
təşəkkür edirəm. Sadəcə kitabı oxuyarkən sürətli oxumayın, yavaş-yavaş, başa düşərək, zövq alaraq oxuyun.
Dünyanın Kıyısındaki Kafe
Dünyanın Kıyısındaki KafeJohn Strelecky · Pegasus Yayınları · 2021478 okunma
176 syf.
7/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Təsəvvür edin ki, qarşınıza sizə bir keçmiş düzəldəcək, sizə yeni keçmişinizi satacaq insanla qarşılaşmısınız, necə hiss edərdiniz? Mən yəqin ki heç nə söz tapamazdım. Kitab da bu haqdadır, Feliks Ventura insanlara onların istədiyi kimi keçmiş hazırlayır, sadə və ya nəcabətli ailə yaradır insanlar üçün, ona müraciət edən şəxslərdən biri də Joze Buxmandır, ancaq kitabda bir fərqlilik də bizə hadisələri təhkiyə edən gekkon (kərtənkələ növü) Eliliyadır. Kitabı ümumiyyətlə alıntıları, fərqli mövzusuna görə çox bəyəndim, sadəcə kitabda olan qisa hekayələr, tez-tez fərqlənməsi, axıcılığının olmaması və bir fikrinə görə xal qırdım. #177612955 Mənim fikrimcə, burda ərəbləri, ya da yaponları bu qədər təsvir etməsi heç lazım deyildi, bu fikrində təsvir etməkdən çox sanki bu millətlərə rişxənd edirmiş kimi hiss etdirdi mənə. Onla yanaşı kitabı da tövsiyə etmək isə, öz seçiminizdi, oxusanız da, oxumasanız da bir şey itirməyəcəksiniz, hər kəsə xoş mütaliələr. :)
Keçmiş Satan Adam
Keçmiş Satan AdamJose Eduardo Agualusa · Bədii ədəbiyyat · 202224 okunma
32 syf.
10/10 puan verdi
·
Beğendi
Kitab sadəcə, bir sözlə, mükəmməldi, həcmi balaca olan atası tərəfindən yazılmış qısa məktubdu. Zövq alaraq oxuyacağınız kitabdır, hər kəsə tövsiyə edirəm. :)
Zilif
ZilifOruç Aruoba · Sel Yayıncılık · 20171,677 okunma
712 syf.
10/10 puan verdi
·
Beğendi
·
15 günde okudu
Ay Bahçeleri 10 kitabdan ibarət olan Malazan serisinin 1-ci kitabdır, bu kitabla Kayıp Rıhtım vasitəsi ilə tanış olmuşdum, ondan sonra siyahıma daxil olmuş kitablardan biri oldu. Ay Bahçeleri obrazların, yer adların, təsvirin çoxluğu ilə seçilən kitablardandır, mənim fikrimcə, kitabın ilk səhifələrində də obrazların adları qeyd olunmuşdur, kitaba
Ay Bahçeleri
Ay BahçeleriSteven Erikson · İthaki Yayınları · 2022171 okunma
488 syf.
8/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Belə kitabları sevirəm, ağır kitablardan sonra oxumaq üçün yaxşıdılar, insanı güldürürlər, mənfi düşüncələrdən uzaq tuturlar, belə kitablar nə qədər klişe olsalar da hər kəsə tövsiyə edirəm. Sadəcə bunun bəzi klişe kitablardan fərqliliyi odur ki, qızın zəif göstərilib, oğlanın güclü, qadına zərər verməsinin normal göstərildiyi kitablardan deyil.
İspanyol Aşk Aldatmacası
İspanyol Aşk AldatmacasıElena Armas · Yabancı Yayınları · 20222,154 okunma
Reklam
208 syf.
9/10 puan verdi
·
Beğendi
·
9 saatte okudu
Con Boynenin ikinci kitabını oxudum, bu kitab da Faşizm, 2-ci Dünya müharibəsi, almanların digər millətlərə qarşı olan münasibəti, sadəcə istisna olaraq 1-ci Dünya müharibəsindən də bəhs edir. Mövzu Kitabın əsas obrazı Pyero ata tərəfdən alman, ana tərəfdən isə fransızdır. O, valideynləri ilə birgə Orlean şəhərində yaşayır, ancaq həyatında
Dağın Zirvəsindəki Oğlan
Dağın Zirvəsindəki OğlanJohn Boyne · Fabula · 2020959 okunma
122 syf.
10/10 puan verdi
·
Beğendi
·
16 saatte okudu
Kitab fantastik janrına aiddir. Həm balaca olması, həm axıcılığı kitabı oxumağı asanlaşdırır. Mövzu cəhətdən də çox bəyəndim, mövzusu sadə olsa da, dili və yazı tərzi çox gözəldir. Kitab həm də qeyd etdiyim ölüm haqqında alıntılarla zəngindir. İnsana hər anımızın dəyərli olduğunu və ölümün həyatımın bir hissəsi olduğunu söyləyir. Əgər ölüm olmasaydı, dünya nə vəziyyətdə olardı o haqda nümunələr də çəkir. Onla yanaşı yazıçı təbiətin gözəl təsvirlərinə, təbiətin gözəlliyinə də toxunmuşdur. Mövzu Kitab Foster ailəsinin əlində olan meşənin təsviri ilə başlayır. Sonra kitab Foster ailəsinin uşağı Vinni haqqında danışmağa başlayır. Vinni bir gün öküz qurbağasına qarşı gəlir ki, evdən qaçacaq və yola düşür. O zaman bir ağacın altında durmuş Cess ilə qarşılaşır və ona aşiq olur. Ancaq kitab eşqdən danışmır. Vinni ilə Cess tanış olur, Vinni istəyir bulaqdan su içsin, amma Cess qoymur. Sonra Cessin qardaşı Maylz və anası Mey də gəlir. Vinnini qaçırdırlar. Pis məqsədlə olmur, ona bir şeyi danışmaq istəyirlər. Sonra kitab daha da maraqlı olur. Kitabı hər kəsə tövsiyə edirəm.
Ölümsüz Ailə
Ölümsüz AiləNatalie Babbitt · İz nəşriyyatı · 03,342 okunma
348 syf.
7/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Bu kitabı kitab müzakirəsi vasitəsi ilə oxudum. Kitab üz qabığında yazıldığı kimi Altsheymer xəstələri haqqında yazılmış romandır. Kitabda Layza Cenova ilə söhbət hissəsindən deyildiyi kimi yazıçı bu kitabı nənəsi 80 yaşında bu xəstəliklə qarşılaşdığı zaman yazmışdır. Ancaq kitabda oxuyanda bilinir ki, yazıçı bu kitabı yazanda bu xəstəlik haqqında
Elə Həmin Elis
Elə Həmin ElisLisa Genova · Yay Kitab · 2019128 okunma
592 syf.
10/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
200-cü kitab :)
Kitab qabığından bilindiyi kimi Qara Ölüm haqqındadır. 1331 ya da kitabda oxuduğum kimi 1333-cü ildə vəba xəstəliyi Çində yaranmışdır. Sonra isə dünyaya yayılmışdır. Əsas da Avropada əhalinin 30-40 faizini öldürmüşdür. 1347-ci ildə İtaliyanın Messina şəhərinə ticarət gəmiləri yanaşır. Bu gəmilərdə nə qədər insan ölü tapılır, bəziləri də
Kıyamet Kitabı
Kıyamet KitabıConnie Willis · İthaki Yayınları · 2013159 okunma
384 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Amerikada quldarlıq Şimal ştatlarında 1814-cü ildə, Cənub ştatlarında isə 1861-1865-ci illər vətəndaş müharibəsi ərzində 1863-cü ildə ləğv olunmuşdur. 1866-cı ildə ümumi olaraq qaradərili və ağdərililərə bərabərlik hüququ verilmişdir. Amma indi də ABŞ-da irqçilik davam edir. Mövzu Kitabda olan hadisələr Maryland ştatında baş verir. Kitab birinci
Yakın
YakınOctavia E. Butler · İthaki Yayınları · 2023337 okunma
57 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.