Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

şəhanə

şəhanə
@belle_ame
Juste comme je suis (sadəcə olduğum kimi) Belle âme
59 syf.
9/10 puan verdi
Qadın azadlığı...
Sevil pyesi barədə orta məktəbdən bəri məlumatım olsa da, oxumaq heç ağlıma gəlməmişdi. Çox rahat, sadə dildə yazılmış əsərdir. Qadın azadlığı haqqında yazılmış bu əsərdə sovet dövrünün ideologiyasının təsiri kitabda hiss edilsə də, əsərin əsas məğzi hələ də öz aktuallığını itirməmişdir. 21-ci əsr də yaşasaq da hələ də bir çox ailələr də qadın
Sevil
SevilCafer Cabbarlı · ŞƏRQ-QƏRB · 1928337 okunma
Reklam
112 syf.
8/10 puan verdi
'Hər ay bir kitab'ın bu aya olan kitabı:) Məncə hər kitaba adaptasiya olmalı və elə oxumalısan, bu kitab isə biraz daha çox adaptasiya istəyir:) Kitabın səhifə sayı az olsa belə obrazların sayı hədsiz çox idi. Bütün beynim yandı demək olar ki. Ahh Marquez... İlk səhifədən də əsas orbazın öldürüləcəyini də deyərlər heç? Kitabın mövzusu "namus cinayəti"ndən bəhs edir. 20li yaşlarında olan Santiago Nasar'a atılan böhtana görə öldürülür( bəlkə də böhtan deyildi kitabda tam açıqlanmır yaxud mən anlamadım beynim yandı). Vicario qardaşları bacısının ağzından Santiago Nasar adını eşidən kimi, sorğusuz sualsız sözdə "namuslarını" təmizləməyə çalışırlar. İşin əsli nədi nə deyil bilmədən, önyargı ilə...Kitab da deyildiyi kimi "Bana bir ön yargı verin, dünyayı yerinden oynatayım." Bizdə olduğu kimi onlarda da bakirəliyin önəmi çox böyükdür. Nə yazıq ki hətta namus uğruna gözünü qırpmadan, acımadan cinayət belə işlənə bilər bu səbəbdən. Kitab cinayət romanı olmağına rəğmən, cinayəti kimin törətdiyi çoxda kimsənin vecinə değil. Cinayətin işlənmə vaxtı, cinayət öncəsi və sonrası daha çox önə sürülüb kitabda. Kitabı oxuduqca ordakı obrazlara qıcıq oldum, insanlar hər şeyi bilibdə heçbir şey bilmirmişlər kimi davranmağı çox acı idi. Bəzən kitabın içinə özüm giribdə Santiago'nu qolundan tutub onu qaçırtmaq istəyirdim. İlk başlarda çox sıxıcı gəlirdi kitab, buda obrazların çox olmasından irəli gəlirdi, amma sevdim kitabı.
Qəmər_
Qəmər_
https://1000kitap.com/Vafa_PirMurad @Nubaryeva :)
bookss
bookss
Xoş gəldin:D
Kırmızı Pazartesi
Kırmızı PazartesiGabriel Garcia Marquez · Can Yayınları · 202177,9bin okunma
704 syf.
9/10 puan verdi
Ahh İlya...
704 səhifəlik kitab boyunca əsəb etdin məni. Amma bütün bunlara dəyərdi deyə düşünürəm. Kitabın əsas obrazı Oblomov: tərtəmiz bir ruha sahib, saf, həyacanlı, dürüst, fədakar, vecsiz, tənbəl, duyğusal özəlliklərə malik bir insan. Oblomov o qədər tənbəl bir adam ki 704 səhifəlik kitabın ilk 237 səhifəsini yatağından, otağından çıxmasını gözlədim.
Oblomov
Oblomovİvan Gonçarov · Qanun Nəşriyyatı · 201439,3bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
104 syf.
8/10 puan verdi
İlk dəfədir ki, Dostoyevski kitablarına başladım. Yazarın kitablarına başlamaq üçün doğru seçim məncə. Kitabda iki obrazımız var, xəyalpərəst və Nastenka. Əsas obraz olan xəyalpərəstin yaşadığı 4 gündən bəhs edilir. Kitabın adı olan "bəyaz gecələr" isə xəyalpərəstin Nastenka ilə birlik də keçirdiyi günlərə verdiyi addır. Xəyalpərəst 20li yaşlarında sevgiyə möhtac, özünəqapanıq, yalnız və hüzünlü biridir. Hekayədə obrazlar bir axşam təsadüfən qarşılaşırlar və xəyalpərəst bir neçə dəqiqə içərisində qıza aşiq olur. Nastenkanın isə 1 ildir gözlədiyi başqa bir adam var hekayədə. Keçirdikləri bu 4 gündə xəyalpərəstin tapdığı sevgisiylə dəyişən yaşamı, bunun qarşısında da sevgilisini gözləyən saf bir qızın sonda öz eşqinə qovuşmasından bəhs edilir. Kitabın mövzusu çox sadə görünsə də yazar obrazları içimizə işləyəcək qədər özənlə yazmışdır. Həm yalnızlığı, həm aşiq olan bir adamı, həm də ayrılığı fərqli bir baxış açısı ilə görə bilərsiniz. "Tam bir xoşbəxtlik dəqiqəsi! Məgər bu bircə dəqiqə, bütün bir insan ömrü üçün olsa belə, azdırmı?!" (səh.103)
Bəyaz Gecələr
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201974,4bin okunma
224 syf.
8/10 puan verdi
İlk dəfə idi ki bir kitabı bir neçə nəfərlə birlik də oxudum. "Hər ay bir kitab" üçün bu ilin ilk kitabı. Ümid edirəm ki gələn aydan digərləri də qoşulacaq. Kitaba gələcək olarsaq, Bukowski'nin avtobioqrafik romanı. Bir çox insan 'özünü yaxşı hiss etmədiyin bir zaman da Bukowski oxumağa çalışma, oxusan əgər daha da depressiyaya girəcəksən' kimi fikirlər bildirirdi. Yanvar ayına seçdiğimiz kitab bu olduğu üçün özümü ruhən yaxşı hiss etməsəm də oxumağa çalışdım. Və dediklərinin əksinə kitab mənə çox yaxşı təsir etdi. Kitab da Bukowskinin uşaqlığına, gəncliyinə, yaşadığı sıxıntılara, travmalara şahid oluruq. Bukowski çox çətin bir uşaqlıq keçirmiş, lakin bunu kitab da anladan zaman özünü yazıqlaşdırmadan (acındırmadan) izah edir. Sadə bir dillə, əsəbi bir ruh halı ilə o an yaşadığı, keçirdiyi hissləri sizə sezdirir. Əyyaş bir adam, çox içir, çox kobud ifadələr işlədir. Amma o kobud ifadələr ilə çox incə durumları, incə detalları sizə izah edir. Bukowskinin bu tərzi, düşüncələri bəzilərinə görə məntiqsiz gələ bilər. Amma ki mən yazarın dilini çox sevdim, dürüst bir yazar. Yazarın tək sevmədiyim cəhəti qadınları 'cinsəl obje' kimi görməsi, onların düşüncələrini önəmsəməməsi oldu. Digər kitablarını da mütləq oxuyacam. Sevdim səni əyyaş kişi :D
Qəmər_
Qəmər_
https://1000kitap.com/Vafa_PirMurad gələcək ay kitabımızı indidən seçməliyik) Lakin bu dəfə digərlərinin də qoşulacağı kitab olsun:) Əsasən də sənin oxuya biləcəyin bir kitab @WeltschmerzN
Ekmek Arası
Ekmek ArasıCharles Bukowski · Metis Yayınları · 20126,8bin okunma
Reklam
150 syf.
10/10 puan verdi
Müşfiq kimi bir insana hər kim olsa aşiq olar... Şair qəlbi kövrək olur deyirlər, həqiqətən də Müşfiq kövrək, zərif, incə ruhlu bir insandır. Kaş ki, onunla bir dövrdə yaşasaydım da onun şeirlərini öz dilindən eşitsəydim... Müşfiq haqqında yazmaq istədiyim o qədər sözlər varki. Lakin bu kitab mənim üçün özəl və özəl biri üçün oxudum deyə heç bir alıntı etmədim. Və kitab haqqında da çox şey danışmaq istəmirəm. Bir sözlə sənə vuruldum Mikayıl Müşfiq♡
Müşfiqli Günlərim
Müşfiqli GünlərimDilbər Axundzadə · Kitab Klubu Nəşriyyatı · 2019284 okunma
344 syf.
10/10 puan verdi
Yenə qərəzli başladığım kitabdan biri daha:) Əslində bu kitabı qardaşım üçün almışdım, oxumaq fikrim yox idi. Çünki mövzu nədənsə cəlb etmirdi məni. @Revan1199 və
Cərulla Heydər
Cərulla Heydər
çox sevdikləri kitab olduğundan tövsiyyə etdikləri üçün oxudum. Çox təşəkkür edirəm ki məni belə bir kitabla tanış etdilər, nə yaxşı ki tövsiyyələrini dinləmişəm:) Kitab haqqın
Ovod
OvodEthel Lilian Voynich · Qanun Nəşriyyatı · 20121,836 okunma
224 syf.
10/10 puan verdi
Spoilər ola bilər, cavabdeh deyiləm:D
24 sərbəst iş yazmalı olduğum halda kitabı bitirəcəm deyə sərbəst işlərim qaldı:D Amma kitabın hər səhifəsinə dəyər deyə düşünürəm:) İlyas Əfəndiyevdən oxuduğum ilk kitab oldu. "Söyüdlü arx" 1958ci ildə yazdığı ilk roman olub. Kitabın mövzusu: Nuriyyə adlı yetim bir qızın həyatından və onun uzaq bir kənddə başına gələnlərdən bəhs olunur. Tələbəlik illərində gənc bir leytnantla tanış olur və onlar arasında ilk görüşdən böyük bir sevginin təməli qoyulur. Lakin tale onları ayırır. İllər sonra sevdiyi insanla qarşılaşır, amma onun evli olmasını öyrənən zaman Nuriyyənin bütün ümidləri qırılır... Kitabın mövzusu sıradan gələ bilər, lakin kitabın içərisində nakam sevgi ilə yanaşı, zəhmətkeşlik, əzmkarlıq, dostluq da aşılanır. Kitabın əsl məğzi, bir qadının öz sevgisi uğrunda nələrə tab gətirə biləcəyini, qadın sevgisini, eşq acısı və qısqanclığı zərif və gözəl formada oxucuya çatdırılır. Kitab da mənə ən çox təsir edən Nuriyyənin yaşadıqları oldu. Ömrü boyu əziyyət çəkmiş bu qız aktrisalıq edərək qəlbi ağlasa da ətrafındakılara gülüş bəxş edə, onlara nələrsə öyrədə bilirdi. Kaş ki, hər kəs bu qız kimi güclü, mərd, işinə can yandıran, tək öz mənafeyini düşünməyən insanlar olsa... "Mən özümü öz böyük eşqimə qurban verirdim. Mən cəfakeş bir eşqin ali səadəti ilə sevərək, gülümsəyərək ölürdüm. Mən, uğrunda həlak olduğum oğlanın xəyalını özümlə birlikdə əbədiyyətə aparırdım..." - Bu sətirlərə ürəyimi qoydum...♡ Bu alıntıdan sonra, artıq sözə ehtiyac yox deyə düşünürəm...
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 2020772 okunma
267 syf.
8/10 puan verdi
Kitaba necə bir incələmə yazmalı olduğumu bilmirəm. Əslin də kitab haqqın da söyləmək istədiyim çox sözlər var ancaq hisslərimi sözlərlə ifadə edə bilməyəcəyimdən qorxuram. Kitabın mövzusu 1940cı illərdə yaşayan iki gəncin heç bir maddi, mənəvi dəstək almadan maddi çətinliklər içərisində evlənməsi və 40cı illərin millətçilərinin vəziyyəti. Kitab
İçimizdeki Şeytan
İçimizdeki ŞeytanSabahattin Ali · Yapı Kredi Yayınları · 2019171,8bin okunma
600 syf.
10/10 puan verdi
Güclü qadın obrazı Ceyn Eyr.
Oxuduğum ən gözəl klassiklərdən biri. Güclü, əzmkar, kübar qadın obrazı Ceyn Eyr♡ 600 səhifəlik bir möhtəşəm kitabın hər səhifəsini yaşadım, hər sətirinə gülümsədim. Sevgi kitabıdır demək doğru deyil. Çünki bu kitab da həm dram, həm qorxu, həm sevinc, həm də sevgi var. Hadisələr o qədər gözəl qələmə alınıbdır ki, təxəyyülüm də həmin hadisələri mən də yaşayırdım. Yazıçının oxuyuca müraciətini isə çox sevdim, kitab sanki mənlə danışırdı :) Kitabın əsl məğzi məncə kişilərin qadınlardan üstün olmadığını, zahiri görünüşün heçbir zaman önəmli olmadığını, kədərli olduğunuz zamanlarda "mütləq xoşbəxt görünməliyik" kimi rollara ehtiyac olmadığını, duyğularınızı gizləməyib açığa qovuşdurduğunuz zaman heç bir şey itirmədiyinizi oxucuya çatdırmaqdır. Kitabın süjet xətti Ceyn Eyr adlı bir qız atasız, anasız qaldıqdan sonra dayısı arvadı və onun 3 uşağının yaşadığı evə sığıntı olaraq yerləşir. Bir müddət sonra yatılı məktəbə gedərək özünü təkmilləşdirir və müəllim olur. Məktəbdən sıxılınca özünə daha yaxşı bir iş axtarır və bir malikanədə kiçik bir qıza dərs vermək üzrə mürəbbiyə'liyə başlayır. Malikanənin sahibinə aşiq olur və hər şey burada başlayır... Hər insanın( əsasən də qızların) oxumalı olduğu bir kitabdır məncə. İndidən oxuyan hər kəsə xoş mütaliələr:) Kitabı bir müddət sonra yenidən oxumaq istəyirəm ancaq bu dəfə türk dilin də oxuyacam.
Ceyn Eyr
Ceyn EyrCharlotte Brontë · Qanun Nəşriyyatı və Əli və Nino Nəşriyyatı · 201331,3bin okunma
Reklam
408 syf.
9/10 puan verdi
Sevgini çoxda romantikaya girmədən( belə desək vıcıxlaşdırmadan), lakin bütün hissləri gözəl ifadə edərək anladan bir eşq kitabı idi. Bir çoxlarına görə çox sıxıcı bir kitabdır. İlk başlarda mənə də elə gəlirdi. Kitab ilk başlayan zaman hadisələr o qədər sakit cərəyan edir ki, istər istəməz sıxıcı gəlir kitab. Ancaq kitaba davam elədikcə sevdim. Kitab daha çox "evlilikdən başqa dərdiniz yoxdu sizin?" dedirtən kitab kimi gəlir, lakin mənə görə diqqətlə oxunarsa daha çox şey öyrənmək olar. Kitab da sevmədiyim qızların evlilikdən başqa xəyalları olmaması. Hər qızın bir idealı, məqsədi olmalıdır. Evlənmək, həyat yoldaşı olmaq, ana olmaq- bütün bunlar əlbəttə vacib məsələlərdir, lakin bir ideal, məqsəd deyil. Atadan mirasın qızlara qalmaması, oğlan övladının vacibliyi, oğlun yoxsa bütün mirasın qohumlardan olan bir oğlana veriləcək olması- bunlar o dönəmdəki qadın haqqının olmamasını göstərir. Kitab da kişi obrazları içərisində ən sevdiyim Mister Darsi oldu. Kollinz obrazını isə heç sevmədim-_- Qadınlarından isə Missis Bennet və Lidiya obrazından iyrəndim. Ceyn isə hər zaman öz sakit təbiətini qoruyan bir obraz. Əsas obraz Elizabet isə özümə yaxın bildiyim və ən sevdiyim qız obrazlardan oldu. Romanda olan hər obraz real həyatımızda qarşılaşdığımız, var olan xarakterlərdir. Məncə hər kəsin bir şans verməli olduğu kitablardandır. İndidən oxuyan hər kəsə xoş mütaliələr :)
Qürur və Qərəz
Qürur və QərəzJane Austen · Qanun nəşriyyatı · 075,9bin okunma
400 syf.
9/10 puan verdi
Spoilər ola bilər
Kitabı bir neçə saatdı bitirsəm belə hələ də kitab qarşımda boş boş baxıram. Sonunun belə olacağını və bu qədər mənə təsir edəcəyini düşünmürdüm... Yazıçı kitabda kasıbçılığı, çarəsizliyi, iradəli olmağı, ümidləri, sevgini elə gözəl ifadə edib ki, Martin obrazını oxuduğumuz zaman onun keçirdiyi hissləri sizdə onunla bərabər
Martin İden
Martin İdenJack London · Qanun Nəşriyyatı · 201791,2bin okunma
64 syf.
·
Puan vermedi
Cemal Süreyadan oxuduğum ilk kitab idi. Ancaq kitabı sevə bilmədim. Bir çox şeirləri anlaya bilmədim. Çox güman ki problem məndə(. Bəlkə də ilk dəfə üçün düzgün şeir kitabını seçməmişəm. Yaxud da normal sakin beyinlə oxumadım deyə kitaba haqsızlıq edirəm. Ümid edirəm ki digər kitablarını sevərək oxuyacam :)
Üvercinka
ÜvercinkaCemal Süreya · Yapı Kredi Yayınları · 200818,5bin okunma
240 syf.
10/10 puan verdi
unutmayacam səni Raif əfəndi♡
Əslində kitaba incələməni yazmışdım sadəcə silindiyi üçün yenə yazacam) Sabahattin Ali'dən oxuduğun ikinci bir əsər. "Kuyucaklı Yusuf"u çox bəyənməsəm də bu kitabı çox sevdim. Kitabı sevən qədər sevməyən də var. Burda kı obrazlar da özümdən bir şeylər tapdığım üçün bu qədər sevdim bəlkə də. İncələməyə başlamadan öncə bunu deyim ki, kitabı hər yerdə gördüyüm üçün qərəzli bir şəkildə almışdım. Lakin hər səhifə də kitaba daha da bağlandım. Raif əfəndi-səssiz, içinə qapanıq, utancaq bir adamdır. Nə iş yerində nə də evində varlığı belə hissedilməz. Mariya- bütün cəmiyyət tərəfindən qəbul edilən və davranışları idarə edən sosial normaları rədd edən azad bir qadın ruhuna sahibdir. Mariya və Raif əfəndi bir çox baxımdan bir-birilərinə bənzəyirlər. Hər ikisinin incəsənət tutqusu, həyata qarşı laqeyd mövqeləri və hər ikisinin də öz iç dünyaların da yaşamaları... Kənardan baxıldıqda tamamilə zidd xarakterə sahibmiş kimi görünən bu ikilinin əslində o qədər çox ortaq mövqeləri var ki... Və onları bir yerə gətirən də elə bu ortaq mövqelər idi. Sonlara yaxınlaşdıqca kitabı tək başınıza oxumayın) qəlbinizə toxunacaq bir hekayə ağlamamaq əldə deyil. Gözünüzdən ən azı iki damla yaş düşəcək, biri Mariya, digəri Raif əfəndi üçün...♡
Xəz Paltolu Madonna
Xəz Paltolu MadonnaSabahattin Ali · Qanun Nəşriyyatı · 2023315,1bin okunma