Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Feride Bayramlı

608 syf.
8/10 puan verdi
·
3 günde okudu
“Bazen insan acının veya yanlış erkeğin tutsağı olur. Ve aşk... Nereden geldiği bilinmez bir şekilde ortaya çıkıp sevgiden körleşmeye sebep olabilir." Salam dostlar. Yeni ay və yeni iş həftəsində hamınıza bol bol enerji arzu edirəm. İş həyatımdakı narahatlıqlara görə kitab oxumağım xeyli geriləsə də, həftəsonunda gözəl bir kitab oxumağa vaxt etdim. "Zehra" kitabı mənim rəfimin təqaüdə çıxmış kitablarındandır))) Çünki 3 ildir rəfimdə yolumu gözləyirdi. Saraybosna savaşından bəhs edən kiktabda, Zehra "Begoviç" ailəsinin sonbeşiyidir. Kişilərin savaşa getməsiylə, ailəni bir arada saxlamaq və keçim yükü ananın üstünə düşür. Ana öz övladlarını qanadları altına alsa da, müharibənin sərt şilləsindən özünü qoruya bilmir. Çətin vəziyyətdə qalan ana, çarəni qaçmaqda görür. Əvvəlcə qızı Zehranı xilas etməyə çalışsa da, Zehra anasını bu yolda tək qoymur. Həyat yolu Danimarkaya qədər uzanan Zəhranın hekayəsini mən maraqla oxudum. İnşallah sizlər də bəyənərsiz.
Zehra
ZehraCarsten Nagel · Pegasus Yayınları · 2019177 okunma
Reklam
216 syf.
5/10 puan verdi
·
13 saatte okudu
"Torpağa su qatılanda palçıq, qan qatılanda Vətən olarmış" - bu məlum həqiqət kəndimizin iki şəhid anası, müqəddəs anası, ocaq anası Ziba xanımın dilində necə böyük səslənirdi, İlahi! Bir var, sən torpaqla bütünləşirsən, bir də var, torpaq səninlə bütünləşir. Salam. Hər vaxtınız xeyr dostlar.. Ölümüylə Azərbaycan xalqının "Böyük Vətən müharibəsi"ni başladan generalımız Polad Həşimovun həyat yolundan bəhs edən "Polad Həşimov xatirələrdə" kitabının təhlil edilmiş formasında yazılmış "Polad necə bərkidi?" kitabıyla sizləri tanış edim. Dediyim kimi və mənim fikrimcə, hər bir azərbaycanlı oxucu kimi, oxuduğu kitabdan təsirlənmiş və duyğulanmış İlqar Kamil yaşadığı hissləri bu kitabda qələmə alıb. Polad Həşimov ölümüylə tarix yazan sərkərdə kimi oldu hamının gözündə. Onun ölümüylə xalqın qəhrəman oğullarının ürəyində intiqam atəşi yandı. Və bu atəş 44 günə "ermənistan ordusunu" torpaqlarımızdan təmizlədi. Kitabı oxuyarkən "Polad Həşimov xatirələrdə" kitabını paralel oxuyurmuş kimi hiss etdim özümü. Təhlilimi elə kitabdakı bir alıntı ilə bitirmək istəyirəm... Bəli, insan olmaq! Və məncə, general Həşimov təkcə peşəkar hərbçi (oxu: dahi) olduğu üçün deyil, daha çox insan olduğu üçün belə şiddətlə sevildi - yəni Poladı Polad edən insanlığı, dürüstlüyü oldu. Elə işinin peşəkarı edən də!
Polad Necə Bərkidi
Polad Necə Bərkidiİlqar Kamil · Parlaq İmzalar · 202019 okunma
255 syf.
·
Puan vermedi
·
3 günde okudu
"Üzeyir bəy başını qaldırıb göyə baxır, aramsız yağan yağışın musiqisini dinləyirdi..." O Azərbaycan musiqi sənətinin dahisi... Azərbaycan Operasının banisi...Azərbaycan Dövlət Himninin bəstəkarı... O... Yaz yaz bitməz... müəllim, sənətkar, musiqiçi... Onun doğulduğu 18 sentyabr tarixi təqvimlərə - "Milli Musiqi Günü" kimi qeyd edilir... Xan nəşriyyatının "Xatirə" seriyasında bu səfərki seçimim "Üzeyir Hacıbəyli" oldu. Dahi bəstəkarın keçdiyi ömür yolunu onu sevən insanların, şagirdlərinin və həmkarlarının xatirələrində yaşatdıqları anılarla oxuyuruq bu kitabda... Kitabdakı xatirələrdə Üzeyir Hacıbəylinin 63 illik həyatının böyük bir parçası: Qori müəllimlər seminariyasında təhsil aldığı illər, Şərqin ilk operası “Leyli və Məcnun”un ərsəyə gəldiyi dövr, Azərbaycanda möhtəşəm musiqi quruculuğu illərini əks etdirən faktlar, “Koroğlu” operasının trium-fu, 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında milli musiqimizin təntənəli qələbəsi, II Dünya müharibəsi illərində yaşanan musiqi həyatımız, dahi bəstəkarın ömrünün son günləri geniş əksini tapıb. Bəzi xatirələr müxtəlif illərdə, bir sıra qəzetlərdə, jurnallarda dərc olunub, kitablara daxil edilib...
Üzeyir Hacıbəyli Xatirələrdə
Üzeyir Hacıbəyli XatirələrdəKolektif · Xan Nəşriyyatı · 201911 okunma

Okur Takip Önerileri

Tümünü Gör
159 syf.
9/10 puan verdi
·
7 saatte okudu
Reşat Nuri Güntekin
Reşat Nuri Güntekin
"-Uğranılan haksızlıklara ve hakaretlere koyun gibi tahammül etmemek insanlığın başlangıcıdır evlât... Daima söylerim ya... Bu hayatta nezaket sökmez.." Salam dostlar. Hava şəraitindən asılı olmayaraq enerjinizin yüksək olmasını diləyirəm. Sizlərə bugün olduqca geniş oxucu kütləsi olan, kitab dünyasına gözəl əsərlər bəxş edən və yüksək reytinglə ekranlaşdırılmış romanların müəllifi Reşat Nuri Güntekinin "Acımak" əsəriylə gəldim. Bir atanın övladını pis niyyətli ana və nənəsinin əlindən qurtarmaq üçün mübarizə aparmasından və bu yolda özünü fəda etməsindən bəhs edən kitab bizlərə olduqca gözəl dərslər verir. Kitab kiçikhəcmli olduğundan çox şey danışmadan mövzuyla sizləri tanış edim. Yazar, cumhuriyet öncesinde yeni mezun, idealist genç bir mülkiyelinin iş ve sosyal yaşamdaki çatışmalarını ve uyumsuz ilişkilerini anlatırken, dönemin memuriyet yaşamına, köhne yapısına ait önemli ipuçları da veriyor. Şehirden kasabalara sürüklenirken, ardında birer birer ilkelerini de bırakan genç adam hatalı bir evlilikle korkunç bir sona doğru sürükleniyor. Acı ve sefaletle dolu ortamdan tesadüfle sadece kızı Zehra’yı kurtarabiliyor. Acımak; aile içi ilişkileri ve sorumluluklarını, adeta ders verir gibi gözler önüne seriyor.
Acımak
Acımak
Acımak
AcımakReşat Nuri Güntekin · İnkılâp Kitabevi · 202139,4bin okunma
240 syf.
·
Puan vermedi
·
3 günde okudu
Cənubi Azərbaycan
İlkin Rüstəmzadə
İlkin Rüstəmzadə
"Qəhrəmanlar heç vaxt ölmürlər. Dilədikləri həyatı yaşamasalar da, uğrunda döyüşdükləri, xəyalında olduqları şeyləri qazanmasalar da, unudulmurlar." Salam dostlar. Ümid edirəm ki, həyatınızda hər şey qaydasındadır. Sizlərə yenə Azərbaycan ədəbiyyatının yeni nəsil yazıçılarından İlkin Rüstəmzadənin qələmindən "Bahar Mehi" kitabıyla gəlmişəm. 1992-ci il təvəllüdlü yazıçımız, Cənubi Azərbaycanda baş verənləri və eyni zamanda əsərin qəhrəmanıyla şəxsən görüşərək, onun yaşadıqlarını da reallığı ilə qələmə almışdır. Real hadisələr əsasında yazılmış əsərdə bir-birini izləyən hadisələr, müxtəlif insan taleləri, tarixi faktlar geniş panoramada təsvir olunmuşdur. Kitaba bayılmasam da, Cənubi Azərbaycanda baş verənlərlə maraqlanan oxucular üçün olduqca manidar seçim ola biləcək kitabdır. Hamıya xoş günlər diləyirəm.
Bahar Mehi
Bahar Mehi
Bahar Mehi
Bahar Mehiİlkin Rüstəmzadə · Qanun Nəşriyyatı · 202312 okunma
Reklam
352 syf.
·
Puan vermedi
·
3 günde okudu
“Geçmişten kalan her şeyden kurtuluyorum ki, gelecekte yeniden doğabileyim“ yanıtını verdi bana... İllər əvvəl Azərbaycan dilinə "Norveç meşəsi" adıyla tərcümə olunan və orjinal adı "Noruwei no Mori" olan "İmkansızın şarkısı" kitabı yapon ədəbiyyatının sevilən yazarı Haruki Murakami əsəridir. O vaxt yaxşı yadımdadır ki, kitab bizim oxucuların böyük marağına səbəb olmuşdu. Mən də "Norveç Meşəsi"ni oxumuşdum. llər sonra bilmədən türkcəsini əldə etdim və sonradan bildim ki, bu həmin kitabdır. Açığı oxusam da, yadımda qalmamışdı kitab. Ona görə yenidən oxudum və sevdim. Yapon ədəbiyyatında araşdırıb daha maraqlı kitablar əldə edəcəm inşallah. 37 yaşındaki Toru Watanabe’nin Hamburg’a yaptığı uçak yolculuğu esnasında Beatles’in “Norwegian Wood” şarkısını dinlemesi ile başlar. Bu şarkı, onu 20 yıl önceki üniversite yıllarına götürür. O dönemde yedikleri ve içtikleri ayrı gitmeyen en yakın arkadaşı Kizuki’nin intihar etmesi ile hayata bakış açısı tamamen değişir. İntihar eden Kizuki’nin kız arkadaşı Naoko da ablasını intihardan kaybettiği için bu intihar onu derinden sarsar. Ortak acılara sahip Watanabe ve Naoko yakınlaşmaya başlar. Naoko, bu trajik ölümün etkisini atlatamaz ve sanatoryuma yatar.
İmkansızın Şarkısı
İmkansızın ŞarkısıHaruki Murakami · Doğan Kitap · 201510,7bin okunma
672 syf.
·
Puan vermedi
·
5 günde okudu
Əhmədiyyə Cəbrayılov
Kitab var vaxt keçirir, kitab var ömür keçirir... Hekaye paylaşımlarımdan bu kitabın mende ömür keçirdiyini hiss etdiniz yeqin ki... Amma mene Ehmediyye Cebrayılovdan daha çox atası Mikayıl kişinin yaşadıqları təsir etdi. Dörd oğul övladını (ikisinin 17 yaşında) cebheye aparırlar və kişi bala dərdindən əməlli başlı çökür. Kitab haqqında nə danışsam azdır. Yazılış tərzindən mi danışsam... hekayenin möhtəşəmliyindən mi danışsam... amma inanın ki, kitabın hər cümləsində yazar @shainsinaria nın böyük əməyini, zəhmətini, apardığı araşdırmaları hiss edirsən. Almanların, rusların, müharibənin abu-havasından çıxmaq olmur. Kitab təkcə Əhmədiyyə Cəbrəyılovun bioqrafiyası deyildi, Stalinin, Hitlerin və İkinci Dünya Müharibəsinin də bioqrafiyası idi. Danış danış bitməz... Mütləq oxuyun.. @libraff.az kitab evinə təşəkkür edirəm ki, kitabı 70 faiz endirimə salmışdı. Azerbaycanın Şəki rayonunun Oxud kəndindən Fransaya uzanan həyat yolunu mütləq oxuyun...
Bir Ömür İki Tale
Bir Ömür İki Tale
Bir Ömür İki Tale
Bir Ömür İki TaleŞain Sinaria · Teas Press · 08 okunma
660 syf.
10/10 puan verdi
·
36 saatte okudu
- Biz hər zaman bir-birimizə aidik, Şura. Və nə olursa olsun, bir-birimizə aid olaraq qalacağıq. Biz bir-birimizin qanındayıq, xatirələrindəyik. Şərtlər necə olursa olsun, bu dəyişməyəcək. Gecenin ucunda, Çalıquşu, Veda və bir çox serialın kitablarıyla zaman-zaman tanış oluram. Bu dəfəki seçimim "Kurt Seyit ve Şura" əsəri oldu. Startv-də 21 bölüm yayımlanmış seriala həyat verən kitabda- Kurt Seyit türk əsilli bir rus əsgəridir. O bir dəvətdə Şurayla qarşılaşır və ona aşiq olur. Bu qarşılaşmadan öncə və sonrasında həyatında bir çox qadın olmasına baxmayaraq, o Şuranı heç vaxt unutmur. Tale onları ayırır. Çünki Seyidin ailəsi bu münasibəti qəbul etmir. Ailəsini və böyüdüyü torpaqları tərk edərək, Şurayla başqa bir yerdə yeni həyata başlasa da, bu yolda da onları bir səhv anlaşılma ayırır. "Sevgi əməkdir"- deyir Çingiz Aytmatov. Şuranın uğruna həyatını dəyişdiyi adam, qadınını dinləmədən, gedir onu başqasıyla aldadır. Əslində isə onlar yorulmuşdular. Mübarizədən, sonlarını görməməkdən... Daha sonra mövzu Mürvət və ailəsinə gəlir. Kitabın sonunu bilməyən yoxdur məncə amma men yenə oxuyacaqlara hörmətimdən postumu burda yekunlaşdırım. Çünki Mürvətə və ailəsinə çox hirsləndim))))
Qurd Seyid və Şura
Qurd Seyid və ŞuraNermin Bezmen · Teas Press Nəşriyyatı · 02,255 okunma
538 syf.
10/10 puan verdi
·
9 günde okudu
Gülme, kadın cinselliğinin gizli tarafıdır; fizikseldir, temeldir, tutkuludur, hayat vericidir ve bu yüzden uyarıcıdır. Genital uyarılma gibi bir hedefi olmayan bir cinsellik türüdür. Sadece o an için, bir sevincin cinselliğidir; özgürce uçan, yaşayıp ölen ve kendi enerjisiyle yeniden yaşayan hakiki ve şehevi bir sevgidir. Kutsaldır, çünkü fazlasıyla iyileştiricidir. Şehevidir, çünkü bedeni ve onun duygularını uyandırır. Cinseldir, çünkü heyecan vericidir ve haz dalgalarına neden olur. Tek boyutlu değildir, çünkü gülme, İnsanın kendisi kadar başkalarıyla da paylaştığı bir şeydir. Bir kadının en vahşi cinselliğidir. Qadınların daxili və xarici dünyasını, analığını, övladlığını, ruhunu, ürəyini, sevgisini, dostluğunu və eyni zamanda həyatla necə mübarizə apardıqlarını özündə cəmləşdirən bir kitabla qarşınızdayam. Kitabı ilk səhifələrdə normal şərtlərdə yarımçıq qoyacağımı düşündüm amma yanıldım. Sevərək oxudum. Kitab hekayələrə bölünərək, həmin hekayələr üstündən qadının dünyasını bizlərə şərh edir. Kitab tek bir mövzu ətrafında döndüyü üçün, hissə hissə oxumağınızı tövsiyyə edirəm. Çünki psixoloji olaraq yükü ağır kitabdır və xüsusilə yeni oxucularımıza maraqlı gəlməyə bilər. Kitaba baxarkən bir daha istədiyim kitabları alacaq gücdə olduğum üçün necə böyük bir xoşbəxtliyə nail olduğumu gördüm.
Kurtlarla Koşan Kadınlar
Kurtlarla Koşan Kadınlar
Kurtlarla Koşan Kadınlar
Kurtlarla Koşan KadınlarClarissa P. Estes · Ayrıntı Yayınları · 20217,8bin okunma
192 syf.
·
Puan vermedi
·
6 saatte okudu
"Nitekim ki deniz de bağrına atılan taşı unutur ama o taş yine oradadır ve oradan bir daha çıkmaz." Salam dostlar. Yeni iş həftəsində hamınıza bol bol uğurlar... Sizlərə oxuyarkən dənizin mavi gözəlliyini və qoxusunu hiss edəcəyiniz bir kitabla gəlmişəm. Barış Akarsunun filmində görüb, filmdən çıxıb əldə etdiyim "Aganta Burina Burinata" kitabının qəhrəmanı Mahmuddur. Atası və əmisi dənizçi olan Mahmud özü də dənizçi olmaq istəyir. Lakin ailəsi ona bu yolda dəstək olmur. Çünki övladının bir peşə sahibi olmasını istəyirlər. Sonralar həyat elə gətirir ki, Mahmud dənizçi olsa da, sonrada torpağa qayıdır. Kitab haqqında çox danışmaq istəmirəm amma mənim kimi dəniz tutkunu olan insanların rəfində mütləq olsun bu əsər. Hamınıza xoş günlər diləyirəm həftə ərzində....
Aganta Burina Burinata
Aganta Burina BurinataHalikarnas Balıkçısı · Bilgi Yayınevi · 20224,762 okunma
Reklam
552 syf.
10/10 puan verdi
·
29 saatte okudu
İnqilab Vəlizadə
İnqilab Vəlizadə
Salam dostlar. "Allah gözəl insanlarla qarşılaşdırsın" deyə bir dua var. Mən bu duanın hikmətini kitab dünyasında görürəm. Sizləri bugün Azərbaycan ədəbiyyatından İnqilab Vəlizadənin "Nakam Məhəbbət" romanıyla tanış edəcəm. İbrahim və Ayşənin "Nakam Məhəbbəti" mənə Ə.Hacızadənin "İtkin gəlin" əsərini xatırlatdı hardasa. Bir qadını pis gözlərdən və təkliflərdən qorunmaq üçün özünü "kişi" cildinə salmağa məcbur edən topluma bir daha nifrət etdim. Kitabın mövzusuna gəlincə də, yolları uşaqlıqda bir evdə rastlaşan, bir evin içində böyüyən Ayşə və İbrahim böyüdükcə bir-birilərinə sevgiylə bağlanır. Lakin bu sevgi İbrahimin oxumağa göndərilməsi ilə başlamadan "Nakam Məhəbbət"ə dönür. Ayşə sevdiyi adam uğrunda əziyyətlərə, çətinliklərə düşür. Qızı mentalitetin "evlilik" donu geyindirdiyi zorakılığın qurbanına çevirmək istəsələr də, Ayşə zindana düşmə bahasına da olsa, bütün çətinliklərə dözür. Sığındığı, güvəndiyi hər adamın "şərəfsizliyindən" də qorunmağı bacarır. Kitabı oxuyarkən, "kişiyəm" deyib, ortalıqda gəzən insanların nəfsi işə düşəndə necə azğın bir varlıq olduqlarının bir daha şahidi oldum. Kitabı tapıb oxumağa çalışın.. çox gözəl idi...
Nakam Məhəbbət
Nakam Məhəbbət
Nakam Məhəbbət
Nakam Məhəbbətİnqilab Vəlizadə · Qartal Nəşriyyatı · 20001 okunma
234 syf.
9/10 puan verdi
·
6 saatte okudu
Bəzən bir kitabın adı səni elə çəkir ki, nə olur-olsun o kitabı alıb oxumalısanmış kimi hiss yaranır səndə. Həmişə bizim daxili orqanların pərdəarxası işləri mənə maraqlı olub. Bu kitab sayəsində az da olsa nəsə öyrənə bildim. Keçmiş MTN, indiki DTX-nın fəaliyyətində Heydər Əliyevin böyük rolunu bilmirdim məsələn. "Bakı Metrosu" hadisəsinin erməni tərəfinə əsir düşmüş Azərbaycanlı tərəfindən törədilmiş terror aktı olduğunu bilmirdim. Kitabda çox maraqlı məlumatlar olsa da, daha geniş yazılsaydı yaxşı olardı. Lakin mənə elə gəlir ki, bu kitab 500-600 səhifə də olsaydı da, mən doymazdım. Kiçikhəcmli olsa da, geniş və dərin mövzulara toxunulub kitabda... oxumağınızı tövsiyyə edirəm.
Gizli Cinayətlər
Gizli Cinayətlərİlham Tumas · Bakı, Mücrü Nəşriyyatı · 20239 okunma
144 syf.
10/10 puan verdi
·
4 saatte okudu
"Ölüm döşeğinde. Dudaklarımı ilk ve son defa size uzatırım. Aşkımızın son ve ebedi bir veda hatırası olur. Bunu unutmayın. Ben sizin yanınızda ölmek isterim ve bütün hayatımda çektiğim kederlerin mükâfatı olarak bu saati bekliyorum." Sevdiyi insanın yanında ölmək elə hər kəsə nəsib olacaq xoşbəxtlik deyil. Kitabın adı "Ölmüş Bir Kadının Evrak-ı Metrukesi"dir... Fikret xəstəliyi üçün getdiyi xəstəxanada daha ağır bir xəstəliyə düçar olur. Evli olduğunu bilmədiyi bir həkimə vurulur və daha sonrası fəlakət... Nejat onu xoşbəxt etməyən bir evliliyin içinə həbs olmuşdu. Fikret vicdanının səsini eşidərək sevdiyi adamdan qaçır və gedir özündən yaşca böyük adamla evlənir. Sonrası spoi olar deyə danışmıram amma kitabı sevərək oxudum. Bir qadının eşqi ilə ləyaqəti arasında incə bir çizgi var... Bu kitabda da onu oxuyacaqsınız.
Ölmüş Bir Kadının Evrak-ı Metrukesi
Ölmüş Bir Kadının Evrak-ı Metrukesi
Güzide Sabri Aygün
Güzide Sabri Aygün
Ölmüş Bir Kadının Evrak-ı Metrukesi
Ölmüş Bir Kadının Evrak-ı MetrukesiGüzide Sabri Aygün · İş Bankası Kültür Yayınları · 20212,137 okunma
314 syf.
·
Puan vermedi
·
11 saatte okudu
Irvin D. Yalom
Irvin D. Yalom
"Şöyle söyleyeyim: bu dünyadaki herkes temelde yalnızdır. Zordur, fakat öyledir ve bununla yüzleşmemiz gerekiyor.." Salam dostlar. Ümid edirəm ki, hər şey qaydasındadır. İsti havanı sevsəm də, bu istilər anormaldır və günlərim təəssüf ki, evdə keçir. Onsuz da bu yaydan əlimi üzmüşəm))) Sizlərə bugün iki dəfə yarımçıq qoyduğum İ.Yalomun "Annem ve hayatın anlamı" kitabıyla gəldim. Yalomun qələmini sevsəm də, nə yalan deyim bu kitabını çox da bəyənmədim. Xəstə və psixiatr arasındakı münasibətlərdən bəhs edən kitabın mövzusuyla sizləri baş başa buraxıram. Yalom, kanser gibi "ürkütücü" bir hastalığa sahip insanların kendi kendilerini iyileştirmeyi başarma güçlerinin yanı sıra çağdaş tıbbın sınırlarını sergilemekten çekinmiyor. Annem ve Hayatın Anlamı, ölüm üzerine, insanın daha anlamlı yaşamak için verdiği kişisel mücadeleler üzerine derin gözlemler içeren bir kitap.
Annem ve Hayatın Anlamı
Annem ve Hayatın Anlamı
Annem ve Hayatın Anlamı
Annem ve Hayatın AnlamıIrvin D. Yalom · Kabalcı Yayınevi · 20021,952 okunma
224 syf.
·
Puan vermedi
Kahraman Tazeoğlu
Kahraman Tazeoğlu
"Ama hata ilkinde hatadır." dedi. "İkincide kaderin olur. Kendi hikâyeni yazmalısın Adal. Kendi hikâyesini yazamayan başka hikâyelere meze olur. Efendisi olduğu hayatın kölesine dönüşür ve yalnızca köleler başkaları tarafından kurtarılmayı bekler. Unutmamalisin; başkasının hikâyesinde figüran olmak seni kendi hikâyende kahraman yapmaz.“ Salam dostlar. Ümid edirəm ki, hər şey qaydasındadır həyatınızda. Mənim iş həyatımda bugün son gündür və buna görə də bir az duyğusalam. Nəysə mövzumuz o deyil. Kahraman Tazeoğlu qələmindən oxuduğum artıq səhv etmirəmsə, üçüncü kitabdır və sevərək oxudum. "Yalnızım çünkü sen varsın"- bir kitabın adı ancaq bu qədər duygusal ola bilər deyə düşünürəm. Kitab kiçikhəcmli olduğundan çox şey danışmaq istəmirəm. Kahraman Tazeoğlunun kitablarının çalışacam ki, hamısını rəfimdə toplayım. Bayram və istirahət günlərində hamınıza kitablı və uğurlu dəqiqələr diləyərək kitabın mövzusuna keçirəm. Kahraman Tazeoğlu Yalnızım Çünkü Sen Varsın ile bu kez aşktan öteye geçiyor. Başka hayatların dokunuşlarıyla tamamlanan bir karakteri doğuran Tazeoğlu, öncesiz ve sonrasızlığını keşfedecek olan Efil'in rehberliğinde histerik bunalımlara düşen talihsiz ruhlara kendinizden daha yakın olmanızı sağlıyor. Yalnızlığımızı tek bir bedenle sınırlandırmamıza ve aşkı adadığımız kişiyle derecelendirmemize rağmen insan olarak acılarımızın benzerliğiyle aslında ne kadar da yalnız olmadığımızı göreceksiniz.
Yalnızım Çünkü Sen Varsın
Yalnızım Çünkü Sen Varsın
Yalnızım Çünkü Sen Varsın
Yalnızım Çünkü Sen VarsınKahraman Tazeoğlu · YEDİVEREN YAYINLARI · 2021359 okunma
84 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.