46 Bənövşə

Salam Qadirzade

Yorumlar ve İncelemeler

Tümünü Gör
140 syf.
6/10 puan verdi
·
32 saatte okudu
Əsər haqqında uzun-uzadı yazmaq istəmirəm. Mənə görə sadəcə vaxt itkisidir. Düzü, əsərin ilk səhifələrini oxuduqca kitabı sevəcəyimi düşünmüşdüm, lakin daha sonra hadisələrin primitiv şəkildə irəliləməsi ürəyimi sıxmağa başladı. Əsərin sonu isə yarımçıq şəkildə qələmə alınmışdı sanki, daha əhatəli şəkildə təsvir edilə bilərdi
46 Bənövşə
46 BənövşəSalam Qadirzade · Qanun Nəşriyyatı · 2014536 okunma
Reklam
88 syf.
7/10 puan verdi
·
7 saatte okudu
Salam Qədirzadədən oxuduğum ikinci kitabıdır. Axıcı əsərdir. Ümumiyyətlə, Salam Qədirzadənin qələmi həlimdir. Belə kitablar üçün adam darıxır. O qədər doğma gəlir ki cümlələr. Adlar, işlədilən ifadələr – hamısı dilimizdə gündəlik istifadə edilən frazalar olduğu üçün belə əsərlər bizi tilsimləyir. Mən düşündüm ki, bu, real olmuş hadisədir. Amma Könülün doğum tarixinin S.Qədirzadəninki ilə eyni olması (aprelin 10-u) məni çaşdırdı. Hər nəysə, Könülün hiss etdikləri, əslində, hamımıza yad olmayan duyğulardır. Eşqin gözü kordur, necə deyərlər. Könülü Eminlə görmək istəyərdim. Əslində, Könül 1 səhvi ilə tamamilə həyatını sıfırdan qurdu. Məncə, o, bu səhvi etməli idi ki, istədiyi mövqeyə çatsın. Əgər real hadisə imişsə, ümid edirəm ki, Könül həyatının geri qalanında çox xoşbəxt olub. Zənnimcə, "Qış gecəsi" bu əsərə nisbətdə daha güclü idi.
46 Bənövşə
46 BənövşəSalam Qadirzade · Hedef Neşrleri · 2020536 okunma
140 syf.
10/10 puan verdi
·
Beğendi
·
32 saatte okudu
Salam Qadirzade
Salam Qadirzade
qələmi ilə tanış olduğum əsər... Belə başlayım ki, kitab bir neçə həftə öncə davamlı paylaşımlarını izlədiyim və çox bəyəndiyim bir oxucunun—
Vəfa Hafiz
Vəfa Hafiz
paylaşımında qarşıma çıxdı. Diqqətimi çəkdi, oxuyacaqlarıma əlavə etdim, amma kitab və yazıçı haqqında bir məlumatım olmadığı üçün o qədər də gözləntim yox idi. Oxuyub bitirəndən sonra isə... Oxuduğum kitablar arasında təsirli hissələr çox olub, lakin bütünlüklə məndə böyük iz buraxmış kitab—
Şeker Portakalı
Şeker Portakalı
olmuşdu. Ondan sonra ikinci kitab
46 Bənövşə
46 Bənövşə
oldu, hansı ki, başlanğıcdan sona qədər təsirində qaldım. #212396356 Hər kəsə oxumağı tövsiyə edirəm. Oxuyacaq olanlara xoş mütaliələr.
46 Bənövşə
46 BənövşəSalam Qadirzade · Qanun Nəşriyyatı · 2014536 okunma
140 syf.
10/10 puan verdi
·
Beğendi
·
27 saatte okudu
İnanmıram.. bir kitab, bir əsər, bir hekayə bu qədərmi sehirli, möcüzəli olar.. Keçən dəfəki incələmədə də dedim:"Həyatımın bu yaşlarında bu kitabları oxuduğum üçün çox şanslıyam"- deyə. Bu aralar bir müddətlik həyatımı dəyişəbiləcəyim kitabları oxuymağı qərarlaşdırıram. Yəni, oxuyanlar bilir, oxumayanlara da deyim ki, bu əsər Salam Qədirzadə'nin dilindən yazılıb. Sadə bir qızın həyatının ən qəribə, acılı-şirinli, yaxşılı-pisli anlarında qeydə aldığı nimsərlövhə yerinə bənövşə çəkdiyi bu dəftəri, günlüyü yazıçıya təqdim edir. Tövsiyyə edirəm))
46 Bənövşə
46 BənövşəSalam Qadirzade · Qanun Nəşriyyatı · 2014536 okunma
Reklam
140 syf.
10/10 puan verdi
Hər vaxtınız xeyir olsun dostlar. Bugün qələmiylə ilk dəfə tanış olduğum, lakin Azərbaycan ədəbiyyatında öz sözünü demiş yazarlarımızdan biri olan Salam Qədirzadənin 🌸46 Bənövşə🌸 kitabını oxudum. Kaş ki, daha geniş olsaydı dedim içimdən.Kitab ilk məhəbbətini sonralar təsadüfən tanış olduğu oğlana dəyişərək uğursuz ailə həyatı quran bir qızın həyatından bəhs edir. Həyatda aşağı-yuxarı eyni yoldan keçən insan olaraq əsərin qəhrəmanını hardasa başa düşmək çətin olmadı mənə. Bəzən atdığımız addım səhv də olsa, o yoldan dönmürük. Həyatda etdiyimiz seçimlər bizə zaman zaman dərs olaraq geri qayıdır. Əgər o dərsi ala biləcək beynə və düşüncəyə sahibsənsə. Əsərin digər qəhrəmanı Dərya əslində mentalitetin evlilik problemini ortaya çıxarır. El qınağından çəkindiyi üçün qurduğu ailə ilə bir gənc qızı bədbəxt edir. Eminə gəlincə də mənim fikrimcə o sadəcə gecikmişdi. Məhəbbət isə gecikəni gözləmir. Çalışın gecikməyin. Sonra ömrünüzün sonuna qədər o qatarın arxasınca baxa baxa qalarsız.
46 Bənövşə
46 BənövşəSalam Qadirzade · Qanun Nəşriyyatı · 2014536 okunma
88 syf.
·
Puan vermedi
Kitabı oxuyarkən əsəbiləşməmək əldə deyil. Kitabı bəyəndim, oxumaqdan zövq aldım, lakin kitabda baş verən bir neçə hadisə pis təsir etdi. Könülün də dediyi kimi niyə insanların hamısı bir ürəklə yaşadıqları halda xislətləri müxtəlif olur? Çox maraqlıdır. Bir başqa mövzuda da Könül ilə eyni fikirdəyəm. Bəzən sevdiyimiz insanlar bizə "dərya" yox, "səhra" olur təəssüf ki. Amma onu bilirəm ki, bəzən verdiyimiz qərarlar bizi peşman edə və başımıza pis hadisələr gələ bilər, lakin yenə də o qərar verilməlidir deyə düşünürəm. Yoxsa həmişə ürəyimizdə "bəlkələr" qalacaq. Eynilə bu hekayədəki kimi. Könül Dəryanı ürəkdən sevib, onunla ailə qurmağa qərar vermişdi, amma Dərya onun sevgisinə layiq insan deyildi. Çox da spoiler vermək istəmirəm. Sadəcə son olaraq onu demək istəyirəm ki, Allah bizi gözəl insanlarla qarşılaşdırsın. Xoş mütaliələr.
46 Bənövşə
46 BənövşəSalam Qadirzade · Hedef Neşrleri · 2020536 okunma
140 syf.
·
Puan vermedi
·
Beğendi
·
18 saatte okudu
46 Bənövşə… Həcmi kiçik olsa da, həyata real gözlə baxmağa vadar edir. O reallıq ürək açan olmasa da görməyə məcbur edilirsən. Kitab Bütün hər şeyin gözəl olduğu xəyallar dünyasından çıxarıb iyrənc bir reallığa atır səni. Könülün təsvir etdiyi bənövşələr və yaşadığı hadisələr. Bəlkə də elə özü biləmədən boynu bükük bənövşə təsvir edərkən özünü təsvir edirdi?! Hisslərimiz düşüncələrimizin qarşısı kəsdiyi an özümüz özümüzü kədərə təslim edirik. Real olan bir şey var: Fəzilənin etdikləri və dedikləri inandırıcı olmasa və gözəl səslənməsə də həqiqət idi. Acı həqiqətləri isə heç vaxt qəbul edə bilmirik.
46 Bənövşə
46 BənövşəSalam Qadirzade · Qanun Nəşriyyatı · 2014536 okunma
140 syf.
7/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Günlerin bir günü yazar Salam Qadirzade`nin yanına bir kadın gelir. Kadın yazar olmak isteyen ikiz kız kardeşinin iki adet günlüğünü okumasını Qadirzade`den rica eder. Yazar başlar okumaya. Ve ortaya bu kitap çıkmıştır.. 46 Bənövşə ( bənövşə Türkçe hangi çiçek bilmiyorum maalesef) ismi nereden çıkmış derseniz: Günlüğün sahibi Gönül her yeni gün için anılarını yazdığı günlüğüne tarih ile yok, bir boynu bükük "bənövşə" çizerek başlıyor. Kitap sade dilde yazılmış. Elinize almanızla bitirmeniz bir oluyor. Zaten cep boy olarak yayınlanmış. Biraz kitap hakkında bilgi vermek gerekirse; Gönül, heykeltıraş (ismi Derya) bir adama aşık olur. Gözü ondan başka kimseyi görmez. Eskiden aşık olduğu, huyu suyu düzgün Emin`i bile unutur. Varsa yoksa Derya vardır artık onun için. İlk defa anne/ babasına yalan söyler. Etrafa karşı kulaklarını tıkar. Derya`nın kusurlarını görmezlikten gelir. Babasının biricik kızını kimse henüz üzmemişken, ilk göz yaşını döker, ilk ihanet darbesini yer.. Hikaye 1969 yılında keleme alınmış olsa da olaylar sanki günümüze hitap ediyor. Benim için gizemli kalan meselelerden biri; bu günlük olayı doğru mu yoksa yazarın kurgusu mu? Gizemi çözmem dileği ile :)
46 Bənövşə
46 BənövşəSalam Qadirzade · Qanun Nəşriyyatı · 2014536 okunma
Reklam
140 syf.
6/10 puan verdi
·
Beğendi
·
36 saatte okudu
Salam Qədirzadə-46 Bənövşə 5/5 Salam Qədirzadənin qələmi ilə ilk tanışdığım zamandan bəri çox sevməyə başladım yazı üslubunu, özünü ifadə edişini və hadisələrə yanaşma şəklini. Hər daim yazıçının bu kitabını mənə çox önərirdilər. Məndə fürsət bu fürsət deyib bu səfər ki, Bakıya gedişimdə aldım. Kitab o qədər axıcı idi ki, bir nəfəsə bitti. Hər
46 Bənövşə
46 BənövşəSalam Qadirzade · Qanun Nəşriyyatı · 2014536 okunma
140 syf.
7/10 puan verdi
·
24 saatte okudu
Salam Qədirzadə-46 Bənövşə
Əsər insan həyatının gənclik dövründə yaşadığı sevgiyə müxtəlif yanaşmaları təsvir edir. Yazıçı insan və sevgi münasibətlərini müxtəlif subyektlərin xarakter və davranışında bizə çatdırır. Könül-Gənclik dövrünün pak sevgisi ilə addım atmağa çalışan, mövqeyini obyektiv şəkildə ortaya qoymağa çalışan obraz. Dərya-Nə vaxtsa sevdiyini düşündüyü qadına(Könül) qarşı münasibətləri dəyişən obraz. Emin-Böyüdükcə uşaqlıq qayğısı sevgiyə çevrilən obraz.
46 Bənövşə
46 BənövşəSalam Qadirzade · Qanun Nəşriyyatı · 2014536 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.