Cep Boy

46 Bənövşə

Salam Qadirzade
Sovet dövründə onminlərlə oxucunun qəlbinə yol tapan tanınmış yazıçı Salam Qədirzadənin “46 bənövşə” əsəri dövrünün ən çox oxunan və populyarlıq qazanan əsərlərindəndir. Günlərin bir günü Mənzərə adlı bir xanım yazıçının çalışdığı redaksiyaya gəlir və yazıçıya əkiz bacısı, yazıçı olmaq arzusu ilə gündəliklər yazan Könülün iki dəftərini gətirir və bu dəftərlərə baxmasını, fikir bildirməsini xahiş edir. Böyük fransız yazıçısı və filosofu Alber Kamünün “…Var olmaq, yaşamaq, ölümә doğru getmәk demәkdir. Ölüm maһnının son sözüdür. Biz, necə deyәrlәr, ölüm cәzasına mәһkum olunmuş, ancaq һökmü nә vaxt vә һarada yerinә yetirilәcәyini bilmәyәn, yoldaşlarının isә hәr gün edam edildiyini görәn kimsәsiz insanlarıq” epiqrafı ilə başlayan gündəliklər olduqca maraqlı dildə qələmə alınıb. Sovet gəncliyini, o illərin sevgi və iztirablarını, gəncliyin əyləncə və məşğuliyyətlərini anlamaq üçün bu əsər olduqca maraqlıdır. Təsvir olunan hadisələr, mövzunun əlvanlığı, gənclərin duyğu və düşüncələri o qədər səmimi, şirin və təsirli dillə qələmə alınıb ki, kitabdan ayrıla bilməyəcəksiniz.
Yazar:
Salam Qadirzade
Salam Qadirzade
Tahmini Okuma Süresi: 3 sa. 58 dk.Sayfa Sayısı: 140Basım Tarihi: 2014Yayınevi: Qanun NəşriyyatıOrijinal Adı: 46 Bənövşə
ISBN: 9789952266740Ülke: TürkiyeDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
140 syf.
6/10 puan verdi
·
32 saatte okudu
Əsər haqqında uzun-uzadı yazmaq istəmirəm. Mənə görə sadəcə vaxt itkisidir. Düzü, əsərin ilk səhifələrini oxuduqca kitabı sevəcəyimi düşünmüşdüm, lakin daha sonra hadisələrin primitiv şəkildə irəliləməsi ürəyimi sıxmağa başladı. Əsərin sonu isə yarımçıq şəkildə qələmə alınmışdı sanki, daha əhatəli şəkildə təsvir edilə bilərdi
46 Bənövşə
46 BənövşəSalam Qadirzade · Qanun Nəşriyyatı · 2014538 okunma
Reklam
140 syf.
·
Puan vermedi
·
23 saatte okudu
Bəli öncəliklə kitabı mənə tövsiyyə edən @flower_0000 'a təşəkkürlərimi bildirirəm🫂 Kitab haqqında deyəcəyim bunlardır: çox axıcı və maraqlı bir kitab idi. Hər kəsə tövsiyə edirəm. Xoş oxumalar.
46 Bənövşə
46 BənövşəSalam Qadirzade · Qanun Nəşriyyatı · 2014538 okunma
140 syf.
10/10 puan verdi
·
Beğendi
·
32 saatte okudu
Salam Qadirzade
Salam Qadirzade
qələmi ilə tanış olduğum əsər... Belə başlayım ki, kitab bir neçə həftə öncə davamlı paylaşımlarını izlədiyim və çox bəyəndiyim bir oxucunun—
Vəfa Hafiz
Vəfa Hafiz
paylaşımında qarşıma çıxdı. Diqqətimi çəkdi, oxuyacaqlarıma əlavə etdim, amma kitab və yazıçı haqqında bir məlumatım olmadığı üçün o qədər də gözləntim yox idi. Oxuyub bitirəndən sonra isə... Oxuduğum kitablar arasında təsirli hissələr çox olub, lakin bütünlüklə məndə böyük iz buraxmış kitab—
Şeker Portakalı
Şeker Portakalı
olmuşdu. Ondan sonra ikinci kitab
46 Bənövşə
46 Bənövşə
oldu, hansı ki, başlanğıcdan sona qədər təsirində qaldım. #212396356 Hər kəsə oxumağı tövsiyə edirəm. Oxuyacaq olanlara xoş mütaliələr.
46 Bənövşə
46 BənövşəSalam Qadirzade · Qanun Nəşriyyatı · 2014538 okunma
Reklam
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.