Sonuncu dəfə müəllifdən oxuduğum "20 min lye su altında" kitabı mənə o qədər sıxıcı, xoş olmayan təsir etmişdi ki, 6-7 il kitablarına yaxınlaşa bilmədim.
Ruslarda gördüyüm "Balaca kuçə uşağı", "Avara Tommi" kitablari axtarişa verdiyimdə , saytlar bu kitablari da hər internetə girişimdə önümə qoyurdu.
Kitab bir məktəbdən 8-15 yaş aralığında olan 15 uşağın, tətil gəzinti uçün mindikləri gəminin kəndirinin çozulməsiylə , gəminin okeana açılmasıyla başlayır. Uşaqların 2-3 aylıq planladıqları tətil 2 ilə çevrilir.
Uşaqlarîn adada qurduqları şəraitdə , ovçuluqda, qrupun idarə edilməsində komanda işi əsərin əsas qayəsidir düşünürəm.
Əsərin sonunda müəllifin qeydi də bunu təsdiqləyir:
Bütün uşaqlar yaxşı bilməlidir ki, işləməklə, sağlam düšüncəylə, cəsarətlə yenməyəcəyiniz təhlükə, öhdəsindən gələ bilməyəcəyiniz heç bir əngəl yoxdur.
Çılğın Donifan, ədalətli Brayan, Gordon ən gözəl,gözə çarpan obrazlar idi.
6-cı siniflər üçün uyğundur.