Kitab Fələstin və İsrail arasındakı münasibətlərdən bəhs edir. Faktlarla,sübutlarla hər şey göstərili. Kitabın sevdiyim yanı yazıçının heç kəsin üstünə düşməməsi,sadəcə olanları, tarixi dəlillərlə bizlərə göstərməyə çalışması oldu.
Əsas obrazlar israilli Dalia və fələstinli Bəşirdir. Onları ayıran çox səbəb var,amma bir o qədər də onları bir birinə bağlayan səbəb az deyil. Eyni evi fərqli dövrlərdə paylaşan 2 insan. Onlar dostmu,düşmənmi?
Bəşirin ailəsi olan Hairi ailəsinin öz dədə-baba torpaqlarından,evləindən sürgün olunması və Dalianın ailəsi olan Eşkenazi ailəsinin Avropadan,Hitler siyasətindən qaçaraq yeni qurulmuş İsrail dövlətinə,Hairilərin boş qalan evinə yerləşməsi ilə 2 ailənin həyatı kəsişmiş olur. Limon ağacı isə Bəşirin atası Əhmət Hairinin evində əkdiyi,amma sonrakı bəhrəsini Eşkenazilərin istifadə etdiyi ağacdır.
Əsəri oxuyarkən göz yaşlarınızı tutmaq çətinki alına. Hər sətirdə müharibənin hər iki xalq üçün nə qədər əzablı keçdiyi vurğulanır.
Yaxşıki oxudum dediyim kitablardan oldu mənim üçün.
Bu ülkenin yaşamını nasıl gerçekleştireceğini daha fazla tartışacak iki insan bulamayız" dedi Dalia, ayağa kalkıp sandaletlerini ayağına giyerken. "Ama hala o kadar derinden bağlıyız ki .
Ve bizi bağlayan ne? Bizi ayıran şeyle aynı. Bu ülke."