Kitab, real hadisələr əsasında yazılmışdır. Hadisənin üstündən 25 il keçdikdən sonra hərbiçi Anton Hofmiller özü hekayəni Zweig’a danışır.
Uzun nə isə yazmağa ehtiyac yoxdur, Hofmiller, sən, duyğularını idarə edə bilməyən, verdiyi qərarın arxasında dura bilməyən, mərhəmət etdikdə belə bunu bildirərək edən, düşdüyü vəziyyətin necəliyindən xəbərsiz, ancaq özünü düşünən ( o qıza yaxşılıq eləmək istəyəndə belə özün özünü yaxşı adam bilməyin üçün əlləşirdin), hər şey pis günə düşəndə də duxu çatıb səbəb olduğun fəlakətin axrasında dura bilməyəcək qədər zəifsən. Yol ilə gedirsən, bir qəşəng gül görürsən düzdü mü, səndə onu iyləyəcək burun yoxdursa, niyə qırırsan axı o gülü. Mərifətin qanacağın olsun, adam kişi olar.