Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ləman Əliyeva

Ləman Əliyeva
@lamansbooks
𝙀𝙡 𝙦𝙪𝙚 𝙡𝙚𝙚 𝙡𝙞𝙗𝙧𝙤𝙨 Kitaplar, başka bir yerde olmak isteyen insanlar içindir.
·
Puan vermedi
Fransız yazıçı və şair Lui Araqon qırğız yazıçısı Çingiz Aytmatovun "Cəmilə" povestini "dünyanın ən gözəl eşq hekayəsi" adlandırır. Cəmilə varlı bir ailənin gəlinidir. Həyat yoldaşı Sadıqla evləndikləri illərdə II Dünya müharibəsi başlayır. Sadıq cəbhəyə getməli olur. Kəndin bütün kişiləri cəbhədə olduğuna görə qadınlar və
Cemile
CemileCengiz Aytmatov · Ötüken Neşriyat · 201932,6bin okunma
Reklam
352 syf.
·
Puan vermedi
·
4 günde okudu
ᴋᴀᴘıʟᴀʀı ᴋɪʟɪᴛʟᴇ! ᴋᴏʀᴋᴜ sᴏğᴜᴋ ʜᴀᴠᴀ ɢɪʙɪ ɪçᴇʀɪ sıᴢᴍᴀᴋ ɪsᴛɪʏᴏʀ... Təsəvvür edin ki, soyuq bir qış gecəsi həyətdən həyat yoldaşınızın maşınının səsini eşidirsiniz. İş səyahətindən geri döndüyünü fikirləşib onu qarşılamağa çıxırsınız. Amma yoldaşınız kimi geyinən, onun kimi davranan bu adamın, əslində, yoldaşınız olmadığını görürsünüz. Qorxuludur, elə deyilmi? Sarah'nın kabusları da elə bundan sonra başlayır. Ehtiyatlı davranmalıdır, çünki özü ilə bərabər qorumalı olduğu altı yaşında oğlu da var... Hadisələrin gedişatı haqqında daha çox danışıb spoyler vermək istəmirəm. Amma əsər barədə deyəcəklərim var. Göründüyü kimi, süjet xətti maraqlıdır və hadisələr də insanı müəyyən gərginlikdə saxlayır. Sona qədər hər şey yaxşıdır. Lakin əsərin sonuna yaxın Wulf Dorn tərzinə xas "ters köşe" nəticə gözləsəm də, təəssüf ki, məni başqa sonluq qarşıladı. Qısacası, düşünürəm ki, digərlərinə nisbətən bu roman sönük qaldı. Amma bir oxucu olaraq hələ də Wulf Dorn'un qələmini sevirəm və növbəti kitablarını da oxumağı düşünürəm. Bu tərzdə əsərləri mütaliə etməyi sevən oxuculara tövsiyə edirəm, sadəcə qeyd etdiyim kimi, gözləntilərinizi qarşılamaya bilər. Hər kəsə xoş mütaliələr!
Fobi
FobiWulf Dorn · Pegasus Yayınları · 20163,869 okunma
312 syf.
·
Puan vermedi
·
3 günde okudu
𝙰𝙼𝙰 𝙽𝙴𝙳𝙴𝙽 𝙺𝙾𝙽𝚄ş𝙼𝚄𝚈𝙾𝚁? - 𝙴𝚄𝚁𝚄𝙿𝙸𝙳𝙴𝚂, 𝙰𝙻𝙺𝙴𝚂𝚃𝙸𝚂 Yeni ildə yeni kitabla gəldim Çox az müddətdə oxuyub bitirdiyim kitab oldu. Hər səhifəsini gərginliklə vərəqləyəndə "məni daha nələr gözləyir" deyə maraqla düşündüyüm bir kitab oldu. Əsərdə 2 süjet xətti var. Birinci süjet xəttində hadisələr istedadlı rəssam Alicia Berenson və onun gündəliyində yazılanları, ikinci süjet xəttinə daxil olan hadisələr isə psixoterapist Theo Faber və onun həyatını əhatə edir. Süjet xətti ilə tanış olan oxucunu belə bir sual düşündürə bilər: "Bu insanların bir-biri ilə nə kimi bağlılığı ola bilər?" Alicia'nın həyat yoldaşı Gabriel'i - sevdiyi insanı öldürməsindən sonra sükuta qərq olması böyük bir müəmma yaradır. Psixoterapist Theo Faber əmindir ki, bu "səssiz" pasiyenti danışdıra biləcək. Bəs o eşidəcəklərinə hazırdırmı? Müəllifin tərzində Wulf Dorn əsərlərinin ruhunu hiss etdim. Oxucunu uzun müddət gərgin aurada saxlayan kitabda hadisələr çox dəqiqlik və incəliklə işlənib. Müəllifin yunan mifologiyasında yer alan əsatirə toxunması da, fikrimcə, çox uğurlu alınıb. Ümumilikdə, kitabı çox bəyəndim. Qeyd etdiyim kimi, Wulf Dorn tərzini sevənlər üçün ideal seçimdir. Hər birinizə xoş mütaliələr!
Sessiz Hasta
Sessiz HastaAlex Michaelides · Domingo Yayınevi · 20234,451 okunma

Okur Takip Önerileri

Tümünü Gör
481 syf.
·
Puan vermedi
·
20 günde okudu
instagram.com/p/C0eQlD-ozJu/?... Maya Duran İstanbul Universitetində çalışan 36 yaşlı boşanmış qadındır. İşi ilə əlaqədar 1942-ci ildən Amerikada yaşayan professor Maximilian Wagnerlə görüşməli olur. Romanda da onların tanışlığı fonunda keçmişdəki hadisələr işıqlandırılır. Zülfü Livaneli əsərdə hadisələri həm Mayanın, həm də professorun dilindən verir, bununla da oxucunu bəzi tarixi hadisələrlə tanış etmiş olur. Baş qəhrəmanların dilindən danışılan II Dünya müharibəsi, müharibə ərəfəsi və ondan sonra Türkiyəyə gələn alimlər, yəhudi soyqırımı, Krım türkləri, "Struma" gəmi faciəsi və s. kimi toxunulan mövzulara görə "Serenad" bir tarixi romandır. Əsasını tarixi hadisələr təşkil etsə də, oxucu romanı oxuyanda sıxılmır. Çünki danışılanlar Maya Duran və Maximilian Wagnerin avtobioqrafiyası əsasında öyrənilir. Eyni zamanda romanı oxuyan oxucu Maya Duranın həyatı, ailə münasibətləri ilə də tanış olur. "Serenad" irihəcmli roman olsa da, rahat oxunur və əmin olun, o qədər maraqlı hadisələrə yer verilib ki, sevə-sevə oxuyacaqsınız. ~Xoş mütaliələr!~
Serenad
SerenadZülfü Livaneli · Doğan Kitap · 2020136,9bin okunma
264 syf.
·
Puan vermedi
·
25 saatte okudu
"ᴇşᴇʀ ᴅüɴʏᴀsıɴı ᴅəʏɪşᴍɪş ɪɴsᴀɴıɴ çıʀᴘıɴᴛıʟᴀʀıɴı ᴜsᴛᴀʟıǫʟᴀ ᴛəsᴠɪʀ ᴇᴅɪʙ" Bu sözlər "Bookpage" internet portalının kitab haqqında yazdıqlarıdır. Kitab gənc Hanna Beykerin intiharından sonrakı hadisələrdən bəhs edir. Hadisələr Kley adlı gəncin evinin qapısında ayaqqabı qutusu tapması ilə başlayır. Müəmmalı qutunun içində nömrələnmiş kasetlər var. Kasetləri dinləmək ilk əvvəl əyləncəli görünsə də, içində bəhs edilənlər heç də əyləncə xarakteri daşımır... Netflix'də kitabın süjeti əsasında eyniadlı mini serial çəkilib. Serialı tam izləməsəm də, düşünürəm ki, 1-ci sezonda yekunlaşmalıdır. Çünki kitabdakı hadisələr də elə 1-ci sezonda əhatə olunur. Süjeti bəyəndim, müəllifin ötürmək istədiyi mövzu, əslində, çox dərin mahiyyət daşıyır. Kitabın sonunda müəllifin cavablandırdığı suallara əsasən deyə bilərəm ki, buna nail də olub. Təbii ki, Hanna obrazına oxucuların, eləcə də mənim münasibətim birmənalı deyil. Lakin bu obraz öz xarakteri və yaşadıqları ilə oxucuların həyatına nələrisə qata bilib, zənnimcə. Xoş mütaliələr!
13 Səbəb
13 SəbəbJay Asher · Yay Nəşriyyatı · 20183,620 okunma
Reklam
384 syf.
·
Puan vermedi
·
5 günde okudu
Doro kiçik qardaşının ölümündən sonra ağır travma alır və depressiya keçirir. Uzun bir müddət sonra anası ilə yeni həyata başlamaq üzrədir. Amma yeni həyata adaptasiya olduğu müddətdə Doro hələ də ətrafdakılara yaxşılaşdığını sübut etməyə çalışır. Ən əsası isə qardaşının öldüyü gecə Dorothea'nın xatırlamadığı, ya da xatırlamaq istəmədiyi hansı hadisə baş verir? Müəllifin qeyd etdiyi kimi, bu əsərdə obrazlar təxəyyül məhsulu olsa da, hadisələrin çoxu "dünyanın əsl üzü"ndə baş verənlərə əsaslanıb. Hər kəsin içində bir qaranlıq var; bəs əsas olan nədir? O qaranlıq tərəflərimizi yalnız düşüncələrdə saxlamaq, yoxsa içimizdəki qaranlıqla mübarizə aparmaq? İndiyə kimi Wulf Dorn qələmindən "Psikiyatrist", "Şizofren", "Oyunbaz" əsərlərini oxumuşam. Müqayisə etsəm, "Hain yüreğim" romanı onların yanında nisbətən sönük qalır. Lakin bu, qətiyyən "Əsəri oxumayın!" şüarı deyil. Çünki ən başlıcası, müəllifin toxunduğu mövzu çox əla bir seçimdir. İkinci nüans isə müəllifin ustalığıdır. Həmişə qeyd etdiyim kimi, bu dəfə də vurğulamaq istəyirəm ki, əsəri oxuduqca hadisələr kino lenti kimi göz önündən keçir; səbəb isə müəllifin təsəvvür lövhəsi yarada bilmək qabiliyyətidir. Bu janrı sevənlər üçün "Hain yüreğim" gözəl seçimdir. Hər kəsə xoş mütaliələr!
Hain Yüreğim
Hain YüreğimWulf Dorn · Pegasus Yayınları · 20152,136 okunma
384 syf.
·
Puan vermedi
·
14 günde okudu
𝙷𝙸ç𝙱𝙸𝚁 𝙷𝙸𝙺â𝚈𝙴 𝙼𝚄𝚃𝙻𝚄 𝚂𝙾𝙽𝙻𝙰 𝙱𝙸𝚃𝙼𝙴𝚉. Yenə bir Wulf Dorn kitabı ilə gəldim Amma bu, digərlərindən fərqli olaraq, oxunması çətin olan kitab idi; ilk səhifələr durğun irəliləyirdi. Həm də Wulf Dornun hansısa əsərini oxuyarkən bu qədər gərgin olduğumu xatırlamıram - bu mənim üçün triller janrında olan əsərlərin əsas özəlliyidir. Yenə birnəfəsə oxuya biləcəyiniz kitabdır, amma həssas insanlara oxumağı tövsiyə etmirəm. Fikrimcə, müəllifin qələmi o qədər güclüdür ki, özünüzü ya hadisələrin iştirakçısı, ya da şahidi kimi hiss edirsiniz. Əsərin süjetinə gəldikdə, kitabın üz qabığında da yazıldığı kimi: "AŞIK OLUR, TAKİP EDER, ÖLDÜRÜR" sloqanı nə qədər bəsit bir məzmun canlandırsa da, əmin olun ki, hadisələr o qədər mürəkkəb, maraqlı, axıcı və qarışıqdır. Hadisələr "Şizofren" kitabında tanış olduğumuz baş rol Jan Forstnerin ətrafında dönür. Evinə göndərilən güllər, imzasız məktubların sahibinin bir pasiyenti, ya da tanışı olduğunu düşünür. Əsas hadisələr naməlum şəxsin saysız-hesabsız zənglər vasitəsilə öz məhəbbətini elan etməsi ilə başlayır, çünki psixiatr məhz bundan sonra izlənildiyinin və çıxılmaz vəziyyətdə olduğunun fərqinə varır. Wulf Dorn qələmindən oxuduğum 3-cü və ən çox bəyəndiyim kitab oldu. Xoş mütaliələr!🪻
Oyunbaz
OyunbazWulf Dorn · Pegasus Yayınları · 20164,634 okunma
432 syf.
·
Puan vermedi
·
17 günde okudu
𝚈𝙴𝙽𝙸 𝙶ü𝙽𝙴𝚈 𝚁𝙾𝙼𝙰𝙽ı... 𝙻𝙸𝚁𝙸𝙺 𝙱𝙸𝚁 𝙱𝙰ş𝙻𝙰𝙽𝙶ıç. -𝚂𝙾𝚄𝚃𝙷𝙴𝚁𝙽 𝙻𝙸𝚅𝙸𝙽𝙶 Şimali Karolinada "bataqlıq qızı" adlandırılan Kya anasının, ardınca isə bacı-qardaşlarının evi tərk etməsindən sonra uzun illər atası ilə bataqlıq ərazidə yaşamağa başlayar. Gənc qız ailə üzvlərindən sevgi və qayğı görməsə də, əsərdə onun insanlarla hər şeyə rəğmən necə
Kya'nın Şarkı Söylediği Yer
Kya'nın Şarkı Söylediği YerDelia Owens · Salon Yayınları · 20221,802 okunma
145 syf.
·
Puan vermedi
·
5 saatte okudu
"ᴅüɴʏᴀ üᴢᴇʀɪɴᴅᴇ ᴋᴀʜᴋᴀʜᴀ ᴠᴇ ɢüʟᴇʀ ʏüᴢʟüʟüᴋ ᴋᴀᴅᴀʀ ʙᴜʟᴀşıᴄı ᴏʟᴀɴ ʙɪʀ şᴇʏ ʏᴏᴋᴛᴜʀ." Gec də olsa, "Yeni il"i bu kitabla yekunlaşdırıram Kobud, simic və laqeyd təbiətli Ebenezer Scrooge yeddi il öncə - Yeni il günü vəfat edən dostunun ruhu tərəfindən ziyarət edilir; bu, Marley'nin ruhudur və ona dəyişmək üçün bir şans verər. Scrooge üç ruh tərəfindən keçmişə, indiyə və gələcəyə aparılır və beləliklə, həyatını dəyişdirəcək bir qərara addım atmış olur. Kitab haqqında çox danışmayacağam, oxumağı tövsiyə edirəm Çox irihəcmli deyil, amma çox dərin və ibrətamiz mahiyyəti var. Kitab bizə nəyi öyrətdi? •Həyatdan zövq alaraq yaşamağı •Xeyirxah əməllər və davranışlarla yadda qalmağı •Ən əsası, gülümsəməyi bacarmağı Oxuduqca zövq aldım. Yeni ili özündə çox da detallı, gözəl təsvir edən və müəllifin qələmindən oxuduğum ilk əsərlərdən olduğu üçün mənimçün daha dəyərli idi. Ən çox bəyəndiyim isə maraqlı təsvirlər və dialoqlar oldu. Hər kəsə xoş mütaliələr!
Bir Noel Şarkısı
Bir Noel ŞarkısıCharles Dickens · İthaki Çocuk Klais · 20197,3bin okunma
398 syf.
·
Puan vermedi
·
7 günde okudu
Müəllifin qələmindən oxuduğum 2-ci və 2023-cü ilin ilk kitabı
ʙᴇʟᴋɪ ɪʏɪʟᴇʀ ᴍᴀsᴀʟʟᴀʀᴅᴀ, ʜᴏʟʟʏᴡᴏᴏᴅ ꜰɪʟᴍʟᴇʀɪɴᴅᴇ ᴠᴇʏᴀ ʀᴏᴍᴀɴʟᴀʀᴅᴀ ᴋᴀᴢᴀɴıʏᴏʀᴅᴜ, ᴀᴍᴀ ɢᴇʀçᴇᴋ ᴅüɴʏᴀ ᴋöᴛüʟᴇʀᴇ ᴀɪᴛᴛɪ. Psixiatr Jan Forstner uğursuz evlilikdən və işini itirdikdən sonra doğulduğu yerə - Kahlenberg'ə geri dönür. İyirmi üç il əvvəl itkin düşmüş qardaşına, həmin ərəfədə yol qəzasında həlak olan atasına görə özünü günahlandıran Jan mənəvi
Şizofren
ŞizofrenWulf Dorn · Pegasus Yayınları · 20165,4bin okunma
Reklam
256 syf.
·
Puan vermedi
·
11 saatte okudu
Aqata Kristi - Staylzda müəmmalı hadisə Agatha Christie - The mysterious affair at styles •Müəllifin ilk detektiv romanıdır. •Hamının sevdiyi personaj Erkül Puaro Aqata Kristinin ilk romanından tanınıb və onun 33 roman, 51 hekayəsində əks olunub. Bu qəhrəman onun son romanlarının birində vəfat edir və maraqlıdır ki, naşirlər bu kitabı çap eləməkdən boyun qaçırırlar. Bu səbəbdən də əsər yazıldığı müddətdən çox gec çap olunur. •Aqata Kristinin qələmindən oxuduğum bir neçə kitabdan biridir. Hansı ki, müəllifin "On zənci balası" əsəri ilə birgə ən çox bəyəndiyim romanları sırasına daxil oldu. •Əsərdəki hadisələr çox maraqlı süjet xəttinə malikdir. Hadisələrin gərginliklə davam etməsi əsəri yarıda buraxmağa qoymur. Çünki oxucu hadisələrin necə, hansı istiqamətdə və nə ilə nəticələnib bitməsini öyrənmək üçün can atır. Çox bəyəndim, oxumağı tövsiyə edirəm və əminəm ki, detektivlə maraqlananların daha çox diqqətini çəkəcək. •Tərcüməyə gəldikdə isə, bəzi yerlərdə qrammatik səhvlər gözümdən qaçmadı. Ümid edirəm, növbəti nəşrlərdə bu qüsurlar aradan qaldırılacaq. Xoş mütaliələr!
Staylzda Müəmmalı Hadisə
Staylzda Müəmmalı HadisəAgatha Christie · Qanun Nəşriyyatı · 02,980 okunma
304 syf.
·
Puan vermedi
·
24 saatte okudu
𝙷𝙴𝙿𝙸𝙼𝙸𝚉 𝙷𝙰𝚃𝙰𝙻𝙰𝚁 𝚈𝙰𝙿ı𝚈𝙾𝚁𝚄𝚉, 𝙰𝙼𝙰 𝙴𝙼𝙸𝙽 𝙾𝙻, 𝙴𝙽 𝙱ü𝚈ü𝙺 𝙷𝙰𝚃𝙰 𝙸𝙽𝚂𝙰𝙽ı𝙽 𝚂ü𝚁𝙴𝙺𝙻𝙸 𝙾𝙻𝙰𝚁𝙰𝙺 𝙺𝙴𝙽𝙳𝙸𝚂𝙸𝙽𝙸 𝚂𝚄ç𝙻𝙰𝙼𝙰𝚂ı𝙳ı𝚁. Çoxumuz
Işıl Işık
Işıl Işık
'ı YouTube videolarından tanıyırıq. Paranormal və sirli hadisələr, müxtəlif əfsanələri araşdıran videolarında olduğu kimi müəllifi olduğu kitablar da böyük maraq və həvəslə oxunur. Qorxu, detektiv, gerilim janrlarını sevdiyim
Tünelden Önceki Beyaz Ev
Tünelden Önceki Beyaz EvIşıl Işık · Yediveren Yayınları · 20211,535 okunma
308 syf.
·
Puan vermedi
·
32 saatte okudu
instagram.com/p/CgzDYYeMK-I/?... ʜəʀ ɪɴsᴀɴıɴ ǫᴀʀşısıɴᴀ ᴏɴᴜɴ üçüɴ ʜəʀ şᴇʏɪ ᴇᴛᴍəʏə ʜᴀᴢıʀ ᴏʟᴀɴ ʙɪʀ şəxs ᴍüᴛʟəǫ çıxıʀ ᴠə ʜəᴍɪɴ ɪɴsᴀɴ ᴍüᴛʟəǫ ᴏ şəxsɪɴ ǫəᴅʀɪɴɪ ʙɪʟᴍɪʀ: 𝙷ə𝚈𝙰𝚃 𝙱𝙴𝙻ə𝙳𝙸𝚁, 𝙱𝙰ş𝚀𝙰 𝙲ü𝚁 𝙾𝙻𝙼𝚄𝚁. Çoxdan oxumaq istədiyim, gözləntilərimin çox yüksək olduğu bu əsər ilk baxışda adına görə məhəbbət romanına bənzəsə də, özündə
Ayrılıqların Təkrarı
Ayrılıqların TəkrarıXəzər Süleymanlı · Mücrü Neşriyyatı · 202169 okunma
304 syf.
·
Puan vermedi
·
5 günde okudu
"səɴɪɴ ꜰᴀɴᴛᴀᴢɪʏᴀʟᴀʀıɴ səɴɪ öʟüᴍᴅəɴ xɪʟᴀs ᴇᴅɪʙ" Leyla adının mənası "gecə", "zərif və incə zanbaq" deməkdir. Fəqət müharibə özünün ən çılğın vaxtlarını doya-doya yaşamaq istəyən bu gənc qızın zərifliyini də, incəliyini də bir göz qırpımında məhv etdi. Müharibənin başlaması ilə Leyla həm uşaqlığını, həm gəncliyini, həm də ailə sevgisini itirdi, sanki birdən-birə böyüdü. 1992-1995-ci illər ərzində davam edən müharibə Bosniya serbləri ilə Bosniya müsəlmanları arasında gedirdi. Əslində, hər ailə bu savaşın onlardan yan keçməyəcəyini bilirdi, amma Leyla birdən-birə hər şeyini arxada buraxıb yeni həyata nə zaman və necə atıldığını belə başa düşmədi. Müharibənin gedişatı boyu Bosniyalı qızın olduğu müxtəlif mühitlər həm aurası, həm də iyrənc ruhlu insanları ilə seçilirdi. Oxuyarkən Rövşən Abdullaoğlunun "Relslər üzərində uzanmış adam" əsərini xatırladım. Adri ilə Leylanın taleləri onları Bosniya-Serbiya müharibəsində birləşdirir. Hər ikisi bu amansız mübarizənin qurbanı olmuş, həyat eşqini, gəncliklərini, sevinc və gülüşlərini geridə buraxmağa məcbur qalmışdılar. Leylanın bu qədər iztiraba dözə bilməsi əsl möcüzədir. Təəssüf ki, Leylanın qan donduran hekayəsi real hadisələrə əsaslanıb. İnsanlar necə zalım ola bilir? Bu zülmlərin səbəbi nədi? "Leyla" məndə dərin iz buraxacaq əsərlərdən oldu. Kitab yetkinlik yaşına çatmamış şəxslərə, həmçinin əsəbi və ürəyi zəif olanlara məsləhət görülmür.
Leyla
LeylaAlexandra Cavelius · Parlaq İmzalar · 20177,4bin okunma
88 syf.
·
Puan vermedi
·
15 saatte okudu
Getdikləri oteldə evli qadınla subay baron arasında başlayan gizli münasibət fonunda 12 yaşlı Edqarı, onun daxili dünyasını oxucuya göstərmək istəyən Stefan Zweig, əslində, hansı mövzuya toxunub?  Əsər otelə gələn baronun təklikdən gileylənməsi, lakin diqqətini çəkən bir qadının bütün düşüncələrinə hakim kəsilməsi ilə başlayır. Məhz bundan sonra baron həmin qadınla yaxınlaşmağı qarşısına məqsəd qoyur və hətta buna qadının 12 yaşlı oğlu vasitəsilə nail olmaq istəyir. Sonda istəyinə nail olurmu? Bəs Edqar bütün bunlara necə münasibət göstərir? Edqar ağır xəstəlikdən yenicə sağalıb anası ilə otelə istirahət üçün gələn azyaşlıdır. Obrazla tanış olanda asanlıqla daxili dünyasını öyrənən oxucuya məlum olur ki, azyaşlının sevgiyə, isti münasibətə və qayğıya ehtiyacı var. Buna görə də, ünsiyyət qura bildiyi birinə "dost", "yaxın insan" kimi yanaşır. Bəs hər şey onun gördüyü və arzu etdiyi kimidirmi? Hadisələrin gedişatı boyu Edqarın başqa hansı problemlərlə üz-üzə qaldığını da görmüş oluruq. Müəllif digər əsərlərində olduğu kimi oxucunu maraqlı süjet və qələminin axıcılığı ilə valeh etməyi bacarıb. Həcmi o qədər böyük olmasa da, özündə çox əhəmiyyətli məsələləri ehtiva edir. Ona görə də oxumağı tövsiyə edəcəyim əsərlər sırasına daxil oldu. Xoş mütaliələr!
Yakıcı Sır
Yakıcı SırStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 202042,1bin okunma
34 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.