Kitabı sərgidən aldım. Əlimə aldəm ki, incə 139 səhifə. Dedim əladı ki, bir neçə saata bitər Kitabmı bitti, mənmi bittim bilmirəm Demək olar ki, bir az döyüşdüm bu kitabla.
Əslində klassik əsərlər, xüsusən də fəlsəfi monoloqlarla dolu olanlar mənə həmişə ağır gəlib. Bu kitabın da ilk 44 səhifəsi, yəni o birinci hissəsi məni çox çətinə saldı. O uzun-uzadı, bitmək bilməyən cümlələr, fəlsəfi analizlər... Həqiqətən dərk etmək üçün özümü çox məcbur etdim. Cəmi 139 səhifəlik kitab olsa da, elə hiss edirəm ki, sanki 1300 səhifə oxumuşam, elə bil beynim idman eləyib yorulub.
Qərara gəldim ki, klassiklərə qışa qədər ara verim. Məncə, bu cür soyuq, dumanlı və ağır atmosferli kitabların öz vaxtı var, onlar tam qışın havasına uyğundur. Üstəlik hər kitabın öz oxuma yaşı və zamanı olduğunu düşünürəm. Yazılanları başa düşsəm də, bu cür ağır fəlsəfi-psixoloji rus klassikləri üçün hələ bir az zamanım var sanki.
İndi havalar isinir, ruhum daha rəngarəng, əyləncəli, sevgi dolu və ya fantastik hekayələr axtarır.
Kitabı zor da olsa bitirdim və sanki, beynimdə qəribə bir boşluq yarandı. O hissə var idi e, deyir hər şeyi dərindən anlamaq əslində bir xəstəlikdir. Həyatda hər detalı analiz eləməyə çalışanda insan donub qalır, hərəkət eləyə bilmir.
Kitab oxumaqdan başqa məşğuliyyətin olmadığı o anlar mənə çox tanış gəldi, amma insan bəzən real həyatdan qaçmaq üçün o səhifələrə sığınır.
Bir də o məşhur 2x2=5 məsələsi... Həqiqətən azad olduğunu hiss eləmək üçün insanın bəzən özünü məhv etməyə, məntiqsiz addımlar atmağa ehtiyacı varmış.
Qısası, ağır idi, yordu, amma özümlə bağlı bəzi gizli gerçəkləri də üzümə vurdu. Amma hələlik bu qədər "yeraltı" bəsdir, indi bir az günəşli hekayələrə keçmək vaxtıdır!