Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯
Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Yuxugörmə yuxunun qoruyucusudur, o, iki çəkişən niyyətdən doğulur, bu niyyətlərdən biri yatmaq istəyi olaraq dəyişməz qalır, o birisi isə yatmağı əngəlləmək istəyən psixi qıcıqlanmanı ovutmaq istəyir; bu isə yuxugörmənin düşünülmüş psixi hadisə olduğunun sübutudur; onun iki başlıca özəlliyi isə yuxugörmədə ayıqlıqda yerinə yetməyən istəklərin gerçəkləşməsi və onların görüntülərlə (hallüsinasiya) yaşanmasıdır.
Beləliklə də, yuxunun bioloji anlamı dincəlmək, onun psixoloji göstəricisi isə dünyaya olan marağın itməsidir. Görünür, bizim öz xoşumuzla gəlmədiyimiz bu dünyayla ilişkilərimiz arasıkəsilmədən davam edə bilmədiyindən, biz bu ağırlığa dözə bilmədiyimizdən, aradabir bu ilişkiləri dayandırıb yuxuya dalmalı oluruq. Bununla da biz zaman-zaman dünyaya gəlməmişdən əvvəlki duruma qayıdırıq, bir az da doğrusunu desək, ana bətnində olduğumuz duruma dönürük. Bunun üçün biz, demək olar, ana bətninə çox bənzəyən bir durum yaradırıq, yatdığımız yerin qaranlıq, isti olmasına və burada bizi qıcıqlandıran nəsnələrin olmamasına çalışırıq.
Elmin ancaq ciddi şəkildə sübut olunmuş dəlillər üzrə yarandığını düşünmək böyük yanlışlıq olardı və elmdən belə bir dəqiqlik tələb eləməyin özü ona düzgün yanaşma deyildir. Elmə belə yanaşmanı çox vaxt özü üçün başbilənlər axtaran və dini inancları yozan kitablarda tapa bilmədiklərini elmi baxışlarda tapmaq istəyən kimsələr sərgiləyirlər.