📚🔔 Tatil zili çaldı!
Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞
Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Bir məsələni də bilmək lazımdır ki, psixoloji travmalar zamanı normal ruhi vəziyyətə qayıdaraq ayağa qalxması insanın yalnız özündən asılıdır. Əgər sən özün istəməsən, başqa heç nə bunu edə bilməz.
Əslində, optimist ona görə optimist deyil ki, şəraiti yaxşıdır, pessimist də ona görə bədbəxt və qəmli deyil ki, düşdüyü həyat şəraiti bərbaddır. Xeyr, оnların fərqi ətrafa olan baxışlarında, malik olduqları həyat fəlsəfəsindədir.
Sabahattin Alinin “Kürk Mantolu Madonna” əsəri insanın daxili dünyasına enən, onun görünən və görünməyən tərəflərini göstərən bir əsərdir. Əsərin əsas fikri odur ki, insanı yalnız zahiri görünüşünə görə tanımaq olmaz. Biz çox vaxt insanları üzlərinə, davranışlarına və mövqelərinə görə qiymətləndiririk. Amma hər bir insanın daxilində kəşf olunmamış bir dünya, gizli hisslər və sirlər var.Raif bəy obrazı da bunu aydın şəkildə göstərir. İlk baxışda passiv, sakit, heç bir iddiası olmayan bir insan kimi görünən Raif bəy, əslində dərin hisslərə, zəngin bir daxili aləmə sahibdir. Əslində Raif bəy də Marianın şəkildə gördüyü qədərinə,yəni xarici görünüşünə vurulmuşdu.Sabahattin Ali bu əsərdə təkcə bir sevgi hekayəsi danışmır. O, insanın daxili və xarici dünyası arasındakı fərqi, cəmiyyətin stereotiplərinin insan həyatına təsirini göstərir. Əsər həm də insanın tanınmaq və anlaşılmaq istəyini vurğulayır. Raif bəyin ən böyük faciəsi də bu idi.O, həyatını başqalarının onu anlamamasının kölgəsində keçirir.Əsəri oxuduqca insan düşünür. Biz əslində insanları nə qədər tanıyırıq? Onların iç dünyasını görmədən verdiyimiz hökmlər bizi necə yanıltır?
Kürk Mantolu MadonnaSabahattin Ali