Bəlanı insan təyin etmir və adam fikirləşir ki, o mücərrəd bir məfhumdur, qorxulu yuxu kimi bir şeydir və keçib gedəcək. Lakin bəla həmişə keçib getmir, qorxulu yuxular bir-birini əvəz edir və keçib gedən adamlar olur.
Məhəbbət və mənəvi təmizlikdən cana doyaraq nəhayət, qərara gəldim ki hələ ehtiyatda əxlaqsızlıq var - bu, əslində mükəmməl şəkildə məhəbbəti əvəz edir
Həyatla haqq-hesabı çürütmək üçün özünü könüllü qurban verirsən və bununla da özün haqqında müəyyən rəy formalaşdırırsan. Öləcəksən, onlarsa fürsətdən istifadə edib sənin ölümünlə bağlı səfeh və ağlasığmaz səbəblər uyduracaq.
Andın nə mənası var? İnsanı bir şeyə bağlayan and deyil! Əgər adam hiss edirsə, özü də dərindən hiss edirsə ki, bir fikir onun qəlbinə hakim kəsilib - bu kifayətdir. Bundan başqa adamı heçnə bağlaya bilməz.