-Bu mənim dostumun uşaqlıq şəklidir : o gün sizə dediyim adamın...
-Sizin öldürdüyünüz adamın?
Cemma qeyri-ixtiyari olaraq diksindi. Bu dəhşətli sözü o necə asanlıqla, necə amansızca söylədi!
Söhbət vaxtı o, əlini əlimin üstünə qoyaraq, mübahisəyə qızışıb mənə daha yaxın oturduqda və onun ilahi nəfəsi dodaqlarıma toxunduqda, mənə elə gəlir ki, tufana düşüb boğuluram.
25 İyul
Sizdən yalnız bir xahişim var: mənə yazdığınız məktublara qum səpməyin. Bu gün aldığım bir məktubu dodaqlarıma aparan kimi, dişlərimin altında qum xırçıldadı.