“Anna öz sadə və qara paltarında gözəl idi, onun qolbaqlı dolğun qolları gözəl idi, mirvari boyunbağılı möhkəm boynu gözəl idi, pərişan düşmüş saçlarının qıvrım hörükcükləri gözəl idi, balaca ayaqlarının və əllərinin zərif və xəfif hərəkətləri gözəl idi, lakin onun gözəlliyində nə isə dəhşətli və zalım bir şey vardı.”