İnsan dünyanı öyrənir, alim ikən savadsız olur. Hökmdarlar danışdığı zaman həqiqəti deyil, məkan və zamanı nəzərə alırlar. Padşahın vicdanına inanma, o, sənin köməyinlə əldə etdiyi silahını sənin öz başında da imtahan edə bilər. Padşahın dilindən tez-tez eşitdiyimiz vicdan və sadəqət kəlmələri də insan qəlbini şikar etmək üçün bir tələ vəzifəsini icra edir.
İnsanların bədbəxtliyi burasındadır ki, onlar bir-birini öyrəndikləri zaman onların qəlbindəki xain məqsədləri oxuya bilmirlər. Onlar lisanın quraşdırdığı asimani kəlmələrə aldanırlar. Milyonları bir nəfər padşaha baş əydirən səbəb bir olsaydı, onunla mübarizə aparmaq o qədər də çətin olmazdı. Lakin padşahın mövqeyini möhkəm edən səbəblərin sayı onun icra etdiyi haqsızlığın sayından daha artıqdır.
Padşah acizləri əsirlikdə saxlamaq üçün qüvvətlilərdən özü üçün bir yaltaq ordusu düzəltmişdir. Avamlar, düşüncəsizlər, mövhumatçılar padşahlıq kəlməsinin ilahi bir kəlmə görünməsi yolunda böyük bir vəzifə bitirirlər.
📚🔔 Tatil zili çaldı!
Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞
Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Bəşəriyyəti idarə edən ancaq tərbiyədir. Bəlamız burasındadır ki, hökümət qanunları tərtib olunduğu zaman, xalqın tərbiyə və səadəti nəzərə alınmamışdır. Bu qanunlar yalnız bir miqdar idarəedici xalqın səadətini düşünərək tərtib olunmuşdur. Sən bu xalqa diqqət ver, bunların hazırkı həyatını başqa bir kəndin xalqı üçün də qurmaq mümkündür. Lakin qoymazlar. Bu həyat və quruluş idarəedici adamlar üçün əlverişli deyildir.
Xalq cəbhədən qalib bir surətdə qayıdan ordunu qarşılamaq üçün küçələrə çıxmışdı. Lakin çoxları öz oğul və qardaşlarını qalib qayıdan ordunun cərgəsində görmürdü. Mizraq və qılıncdan salamat qurtaranların bir çoxu aclıqdan və xəstəlikdən məhv olmuşdu. Matəm və kədəri qələbənin saxta və aldadıcı pərdəsi ilə gizlətməyə çalışanlar küçələrdə böyük bir fəaliyyət göstərirdilər. Nə ağlamağa, nə də ölənlərdən danışmağa imkan var idi. Bu barədə Gəncə hakimi qəti tapşırıq vermişdi. Gəncə xalqına ancaq küçələrə çıxmaq və "Yaşasın Atabəy Məhəmməd! Yaşasın Zəfər!" - deyə qışqırmaq icazəsi verilmişdi.