Bəlkə də hamının başına gəlib. Kimsə sənə " bu, həqiqətdir" deyir, sən də o insana ürəkdən inanırsan. Ancaq müəyyən müddət keçəndən sonra sənə məlum olur ki, onun dediyi heç də həqiqət deyilmiş. Sən ona inandığın üçün çox məyus olursan, çalışırsan ki, bir daha ona inanmayasan. Ancaq daima düz yaşadığına inandığın insanın sənə yalan dediyini başa düşəndə hər şeyə inamın ölür.