Luvr muzeyində sakitlik hökm sürürdü və onlardan başqa heç kəs yox idi. Tədricən onlara elə gəldi ki, sanki sehirli bir qalada oturublar və pəncərələr qorxudan, özbaşınalıqdan, haqsızlıqdan kənar, uzaq dünyalara– yaşama sevincinə, geniş duyğulara, böyük xəyallara və ruhun sarsılmaz görüntüsünə açılırdı.
Mühacirlərin əsas problemləri aclıq, qalacaq yer və iş icazəsi olmadığı üçün heç bir işə başlaya bilmədikləri zamandır. Aclıq və yaşayış yeri qayğısı onların savaşmalı olduğu ölümcül düşmənlərdir, boş, dəyərsiz zaman isə onları içəridən gəmirən, güclərini əmən düşməndir, eləcə də yorucu gözləmə, daim kölgə kimi onları izləyən və iflic edən qorxu.
"Başa düşürəm", Kern dedi. "Mən Almaniyadan qovulmuşam, çünki mənim yəhudi atam var. Siz isə mənə kömək edə bilmirsiniz, çünki mənim xristian anam var. Məzəli dünyadır!"