Təbiət elmləri haqqında orta məktəb biliklərindən əlavə çox da məlumatı olmayanlar üçün zaman-zaman anlaşılmaz cümlələr ehtiva etsə də, əsərin keyfiyyətinə söz ola bilməz. İki görkəmli alman maarifçilik nümayəndəsinin başına gələn əhvalatlarla, şəxsi həyatları, düşüncələri, yürütdükləri mühakimələr, elmlə ifrat dərəcədə, asılılıq səviyyəsində olan münasibətləri ilə yaxından tanış olmaq böyük bir zövq idi, fikrimcə. Bu əsər adi bir macəra romanından çox daha artığıdır, yazıçının ifadə tərzi isə olduqca xoşagələndir, uğurludur, baxmayaraq ki, tərcüməçi tərcümə prosesində mümkün qədər müəllifin yazı manerasını saxlamağa çalışdığını, amma azərbaycanca səlisliyini itirməsin deyə dilin qrammatik-sintaktik ifadə vasitələrinə uyğunlaşdırmalı olduğunu qeyd edib. Buna rəğmən, istər oxucunu həyəcanlandırmağı, istərsə də müəyyən mətləblər üzərində düşündürməyi bacardığını nəzərə alsaq, orijinallığından çox bir şey itirmədiyini düşünürəm.
Anasının qocaldığını da çox tez hiss etdi. Dərisi öz şumallığını itirir, qaməti əyilir, gözlərindəki parıltı azalır və illər keçdikcə üzündə təzə-təzə qırışlar yaranırdı. Bilirdi ki, bu hamıda belə olur, ancaq anasının belə olmasına dözə bilmirdi. Anası gözləri önündə əriyib gedir, o isə heç nə edə bilmirdi.
Varlığın özü miskin bir təsadüfdür və buna ən yaxşı misal da insanın nə vaxtsa özündən asılı olmayaraq dünyaya gəlməsi, doğulduğu zəmanənin əsirinə çevrilməsidir.
Səriştəsiz birinin qələmindən çıxsaydı, bəsit bir macəra romanından artıq ola bilməyəcək bu əsər Cek Londonun əvəzsiz üslubu ilə hətta dünya klassiklərinin bəzilərini kölgədə qoya biləcək səviyyəyə çatmışdır. İnsanın daxili aləmi, düşüncələri, hissləri kimi mücərrəd anlayışları bu qədər mükəmməl tərzdə qələmə almağı bacaran yazıçı bu əsərdə o qədər dərin obrazlar yaradıb ki, bütün əsər başdan-sona onların dialoqları və monoloqları üzərinə qurulsaydı belə, oxumağa dəyərdi.
Əsər isə olduqca dolğundur. Heyrətamiz güc, bu gücün qarşısında əzilənlər, savaşanlar, məğlub olanlar, sayəsində öz ayaqları üzərində durmağı bacarmağı öyrənənlər, əxlaqi dəyərlər və onlarla mühitin yaratdığı məcburi vəziyyətlərin çəkişməsi, nifrət və mərhəmət, qorxu, məhəbbət, yaşamaq eşqi və bunun uğrunda əbəs yerə olub-olmamasından asılı olmayaraq mübarizə. Əsərdə, demək olar ki, yox yoxdur. Və onu oxuduqca, belə fərqli bir baş obrazı tanıdıqca, bir daha "niyəmi Cek London?" sualının cavabı öz-özünə aydınlığa qovuşur.
Dəniz CanavarıJack London · Qanun Nəşriyyatı · 20218,3bin okunma