Başqa varlığa olan məhəbbətin gücü mənə özümü unutdurmuşdu və bununla bərabər – qəribə paradoks idi – indi öz həyatıma daha az dəyər versəm də, heç vaxt indiki qədər yaşamaq istəməmişdim. Fikirləşirdim ki, axı mənim həyatım heç vaxt belə anlamlı olmayıb.
Mən it qabağından qaçan tülkülər kimi gah bu yana, gah o yana qaçıram, mən görürəm ki, həyat və elm hey irəli, irəli gedir, mən isə qatara gecikən kəndli kimi hey geridə qalıram.