Və bəlli oldu ki, hər şeyin öz yerində, hər işin öz vaxtında, hər sözün öz üslubunda olmasına dair maniakal ehtirasım heç də nizamlı zəka sayəsində mövcud deyil, əksinə, bu, təbiətimin nizamsızlığını gizlətmək üçün fikirləşib tapdığım sistemdir.
Mən onu (pişiyi) müəyyən saatlarda yeməyə, terrasdakı torpaqlı yeşikdən istifadə etməyə alışdırmaq istədim, amma heç cür ona təlqin edə bilmədim ki, ev–mülkiyyət haqqına görə onundur, əsla hərbi qənimət deyil.