Biz zehnimizdəki kəlmələrlə yaşamımıza bir anlam qatırıq. Bəzən xoş sözlərin təsirilə gülümsəyir, bəzən də bəd kəlmələrlə yaralanırıq. Yolumuza davam edərkən isə istəmədən unutmamaq üçün yanımıza sevdiklərimizin xatirələrini alırıq. Üzərimizdə daşımalı olduğumuz kəlmələrə layiq olmağımız da bizim öncəliyimiz olmalıdır. Bu, ifadə etdiyimiz gərəkli kəlmələri həm də yaşamaqdır.