Varis Yolçuyev yaradıcılığından oxuduğum ilk kitab.Bu kitab yazıçının ilk kitabıdır. Əsasən mövzusu real həyatdan götürülüb.Hadisələrin baş vermə ardıcıllığı bir o qədər də təsirli mövqe bəxş etmədi mənə. Romandan gözləntim böyük idi , oxucular tərəfindən hədsiz dərəcədə təriflər yağdırıldığı bir roman idi. Amma "vauu" dediyim bir roman olmadı doğrusu...romandakı gedişatdan dərs çıxarmaq, Nailənin etdiklərini isə etməmək lazımdır.Bütün olanlardan sonra çirkli bir keçmişi olan Nailənin güclü bir qadın kimi göstərilməsi doğru nümunə deyil. Güclü qadın uğursuz bir sevgiyə görə zəif xarakter sərgiləməzdi. Axı, nə olursa olsun o bir adam öldürmüş, bir qadının ölümünə,ailəsinin dağılmasına,3uşağın yetim qalmasına səbəb olmuş və əxlaqsızlıq etmişdi və bu tək çıxış yolu ,məcburiyyət kimi göstərilmişdi. Baxmayaraq ki bu Nailə tərəfindən atılacaq ən ucuz addım idi.