Alibala Abdulxalıqov

Alibala Abdulxalıqov
@Alibalaa
PA/Law
65 okur puanı
Mayıs 2024 tarihinde katıldı
Şu anda okuduğu kitap
Əziyyətə dəydi
"Mənim qəhrəmanım olarsan?!2" Uzun bir fasilədən sonra artıq oxucuların görüşünə gəldi! İlk hissənin çapından sonra aldığım dərslər, oxucuların səmimi rəyləri və iradları mənə yol göstərdi. Fikrimcə indi daha güclü süjet xətti, dərin duyğular və sürprizlərlə dolu fərqli bir ikinci hissə ilə qarşınızdayam Bu kitabın ərsəyə gəlməsində verdiyi dəyərli dəstəyə görə əlfəcin nəşriyyat evinə xüsusi təşəkkürümü bildirirəm. Sizin sayənizdə bu hekayə yeni nəfəs aldı. Ümid edirəm ki, "Mənim qəhrəmanım olarsan?!2" həm xeyirli, həm uğurlu, həm də oxucusuna yol yoldaşı olacaq bir əsərə çevriləcək. Kitab artıq öz qəhrəmanını gözləyir... Sifariş üçün birbaşa müraciət edə bilərsiniz! Mənim Qəhrəmanım Olarsan?! 2 Ehtiram Babaşov
1000Kitap
Reklam
Mənim qəhrəmanım olarsan?!2
Əsl "qəhrəman"ın axtarışında tezliklə görüşmək ümidi ilə Ehtiram Babaşov Mənim Qəhrəmanım Olarsan?! 2
1000Kitap
Artıq yayındadı...
Mücrü nəşriyyat evi ilə razlışadıq. Kitabın çapını və satışını Mücrü nəşriyyat evi həyata keçirəcək. İnşAllah xeyirli düşərli və davamlı olar✨Maraqlanan, kitabı kitab kimi oxumaq istəyən( mən özüm də pdf oxumağa çətinlik çəkirəm), dəstək olmaq istəyən hər kəs buyurub əldə edə bilər✅ Öncədən hər kəsə təşəkkürlər, çox sağ olun❤️🙏🏼 Mənim Qəhrəmanım Olarsan?! Ehtiram Babaşov
1000Kitap
9/10
·116 syf.··
Beğendi
·
2025 4. kitabı
·
2 saatte okudu
·
Okunma: 01 Şubat 2025 09:34
Ehtiram Babaşovun "Mənim Qəhrəmanım Olarsan?!" kitabı duyğulara toxunan və oxucunu düşünməyə vadar edən bir əsərdir. Kitabı oxuyanda hiss edirsən ki, müəllif təkcə bir hekayə danışmır, həm də öz iç dünyasını açır. Ana itkisi kimi ağır bir mövzuya toxunması, insanın keçirdiyi daxili mübarizələri və bu mübarizədə qəhrəman axtarışını göstərməsi əsəri daha təsirli edir. Müəllifin dili olduqca sadə və axıcıdır. Sanki bir dostun sənə öz həyat hekayəsini danışır və sən də onu səssizcə dinləyirsən. Kitabda bəzi yerlər var ki, insanı düşündürür – biz həqiqətən öz həyatımızın qəhrəmanıyıqmı, yoxsa kiminsə qəhrəmanına ehtiyacımız varmı? Əlbəttə ki,əsərdə də deyildiyi kimi hər kəsin həyatında qəhrəman kimi gördüyü biri olur,kimin atası,kinim anası,kiminin isə qardaşı və s. Hekayədə bəzi məqamlar daha dərindən işlənə bilərdi, amma bu, kitabın səmimiliyini azaltmır. Əsas odur ki, oxucu oxuyanda hiss edir ki,– bu, yazılmış bir roman deyil, yaşanmış bir hekayədir. Və bəlkə də, ən təsirli cəhət də elə budur. Tövsiyyə üçün @Zlfqarli sizə minnətdarlığımı bildirirəm
Mənim Qəhrəmanım Olarsan?!Ehtiram Babaşov · Mücrü Nəşriyyatı · 202549 okunma
Spoiler ola bilər.
7/10
·116 syf.··
2025 8. kitabı
·
2 saatte okudu
·
Okunma: 01 Şubat 2025 20:31
Polisiyə və roman janrlarının birləşdiyi bu əsərdə hər şey adi bir qəhrəmanlıq hekayəsi kimi başlayır. Yolda hücuma məruz qalan bir qızı "xilas edən" oğlan əslində öncədən planlaşdırılmış bir ssenarinin içindədir.Əsl məqsədi isə bu qəhrəmanına çevrildiyi qızın ailəsinə daxil olub inamını qazanmaq və sonda istədiyinə nail olmaqdır. Əsərin ən güclü personajlarından biri isə bütün bu cinayətləri ifşa etməyə çalışan obrazdır. O həqiqətə çatmaq üçün çətin bir mübarizə aparır və nəticədə oxucunu gözlənilməz bir finala aparır. Əsər təkcə bir cinayətin hekayəsini deyil, həm də manipulyasiya, güvən və xəyanət mövzularını dərindən əks etdirir. Əgər gərginlik dolu bir roman axtarırsınızsa, oxumağınızı tövsiyə edirəm)
Mənim Qəhrəmanım Olarsan?!Ehtiram Babaşov · Mücrü Nəşriyyatı · 202549 okunma
Reklam