Alibala Abdulxalıqov

Alibala Abdulxalıqov
@Alibalaa
PA/Law
65 okur puanı
Mayıs 2024 tarihinde katıldı
Şu anda okuduğu kitap
Ən yaxşı zamanlar, ən pis zamanlar :
10/10
·464 syf.··
Beğendi
·
2025 16. kitabı
·
13 günde okudu
·
Okunma: 18 Haziran 2025 18:28
Təbii ki, dörd-dördlük klassikanı oxuduqdan sonra yazıya başlamaq üçün dəfələrlə fikrini toplamağa məcbur olursan. Fransa burjua inqilabı Avropanın düşüncə tərzini dəyişdirən, demokratiyanın yaranışı, inkişafı üçün taleyönümlü hadisə idi. Hər nə qədər tarixi tərəflərini araşdırsam belə, bu kitabda sosioloji yönümlərinin necə ön plana çıxdığına şahidlik etdim. "İki şəhərin hekayəti" təkcə Paris və Londonun harayı ilə kifayətlənməyərək, bütün bir dövrün insanlıq taleyini, kasıb xalqın səfalətini, aristokrat təbəqənin necə ədəbsiz, təkəbbürlü olduğunu bariz şəkildə əks etdirir. Əsəri oxuduqca zaman dilimini aşmaqla, özünü o dövrün savaş, küçə səhnələrində hiss etmə duyğusuna qərq olursan. Diqqətlə təhlil etdikcə görürsən ki, adı keçilən hər bir obraz, məkan Çarlz Dikkensin simvolizmində qurğunun tərkibi kimi hamısı bir birini tamamlayır. Hətta Londonda yerləşən Tellson bankı belə köhnəlmiş, işə yaramayan sistemi sətiraltı təsvir edirdi. Obrazların fərdi faciəsi üzərindən isə cəmiyyətin necə ağır dönəmlə qarşılaşdığını görmək mümkün idi. Romanla bağlı ən çox ortaya atılan tənqid ondan ibarətdir ki, inqilabda xalqın iştirakının ifrat dərəcədə qisasçılığa, zülmə çevrilməsidir. Corc Oruellin bununla bağlı mövqeyi ondan ibarət idi ki, müəllif inqilabın səbəblərini başa düşsə də, nəticələrindən dəhşətə gələrək bu metoda əl atıb. Hekayədə davranışları ilə məndə xüsusi simpatiya doğuran personajlardan biri Dr. Manette idi. 20 il yaxın müddətə Bastiliya həbsxanasında haqsız yerə saxlanılan həkim, sonrasında aldığı travmalarla insanın bərpa prosesinin simvolu kimi dəyərləndirilməlidir. Onun timsalında bir daha əmin oluruq ki, çəkdiyimiz acılar gücün, dirənişin inkişafına təkan verir. Dünya ədəbiyyatının ən fədakar obrazını unutmaq günah olardı. Synder Cartonun başlanğıcdan
İki Şehrin HikâyesiCharles Dickens · Can Yayınları · 202376,4bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
"Qaranlıqda qalan səslər"
9/10
·154 syf.··
Beğendi
·
2025 10. kitabı
·
20 saatte okudu
·
Okunma: 16 Mayıs 2025 11:53
Nə xoş mənə ki, yaxın dostumun əsəri haqqında incələmə yazmaq imkanı əlimə düşüb. Düşüncələrinə, fikirlərinə bələd olduğun birinin əsərini oxuduqca ayrı ləzzət alırsan. Buna baxmayaraq birinci hissənin epiloqunda deyildiyi kimi əsəri ən çox tənqid edənlərdən biri də məhz mən elə özüməm. Bunun da səbəbi isə müəllifin qələm gücünə bələd olmağımdır. Hər iki hissə dedektiv janra marağı olan oxucular üçün məncə əvəzsiz bir seçimdir. Əsərin sadə və oxucu olması oxucunu bir anda hadisələrin mərkəzinə ataraq, onda tezliklə əsəri sonlandırmaq istəyi yaradır. Bir çox oxucu tərəfindən birinci hissədə bədiilik problemi ortaya çıxarılmışdı. İkinci hissədə duyğusal təsvirlərlə yanaşı, gərgin və məntiqli dialoqlardan istifadə olunması bu nöqsanın aradan qaldırılmasını göstərir."Mənim qəhramanım olarsan?!" 2-ni özəl edən cəhətlərdən biri hər bir obrazın əvvəlcədən psixoloji xarakterinin ortaya qoyulması ilə sonradan həmin personajların davranışının buna uyğun əks etdirilməsidir. Müstəntiq Əlibəyli yalnız bir məqamda hadisələrə analitik deyil də, həssas yanaşdı. Bunun nəticəsində o istiqaməti səhv götürə bilərdi. Ümumilikdə Əlibəylinin şübhəlilər arasında motivləri araşdırmağı heyranlıq doğurur. Sonda ortaya çıxan qəhrəman isə öz keçmişi ilə üz-üzə gələn bir insandır. Hansı ki, həmin insan hamıya köhnə yarasının gözü kimi baxırdı. Əsərdə yeganə gördüyüm mənfi məqam isə məkan təsvirlərini daha real və canlı etmək olardı. Müəllifin timsalında gənc yazıçılara qarşı hakim kəsilmiş ön yarğını qırmaq isə biz oxucuların payına düşür. Redaktə mərhələsində əlindən gələn köməyi əsirgəməyən Vəfa Hafiz xanıma xüsusilə təşəkkür edirəm. "Əsl insan olmaq da qəhrəmanlıqdır. Çalışaq insanlığımızı itirməyək!..
Mənim Qəhrəmanım Olarsan?! 2Ehtiram Babaşov · Əlfəcin Nəşriyyatı · 202524 okunma
10/10
·430 syf.··
Beğendi
·
2025 7. kitabı
·
7 günde okudu
·
Okunma: 10 Şubat 2025 13:22
Üzərimdə bu qədər təsir bağışlamış kitab haqqında incələmə yazmasaydım doğru olmazdı hərhalda. İlk olaraq başlayaq əsərin müəllifindən. İrvin Yalom eksistensial psixoterapiyanın əsas nümayəndələrindən biri hesab olunur. Maraqlısı isə odur ki, qeyd etdiyim psixoterapiyanın yönəldiyi əsas psixoloji problemlər(ölüm qorxusu, azadlıq, tənhalıq, həyatın mənasızlığı) bu əsərdə də geniş şəkildə işıqlandırılmışdı.Əsər fəlsəfə və psixologiyanın vəhdəti olmaqla yanaşı, aid olduğu dönəmin ideoloji sistemini, əxlaq və etik qaydalarını da əks etdirməsi ilə də əhəmiyyət kəsb edir. Kitabın əsas süjet xətti Nitsşe ilə doktor Breuer arasındakı "ağıl oyunları" ilə izlənən qarşılama ilə əhatə olunur. Breuerin Nitsşeni terapiya etməsi ilə başlanan proses sonradan doktoru xəstə roluna çevirərək qəribə forma almış olur. Fridrix Nitsşenin məşhur "üst insan" nəzəriyyəsinin izlənimləri filosofun həkimlə dialoqlarında ortaya çıxır. Əvvəldən sona kimi insanın tam azadlığını, sosial, əxlaq, din kimi məfhumların ortaya çıxardığı qaydalar çərçivəsindən çıxmaq lazım gəldiyini müdafiə edir. Nitsşeyə görə insan özü öz dəyərlərini yaratmaq iqtidarında olmalıdır. Bundan əlavə Nitsşe üçün ən böyük həqiqət insanın özünün kəşf elədiyi həqiqət hesab olunurdu. Bu dediklərimlə paralel filosof nə qədər məğrur, qürurlu davranış ortaya qoysa da, sonda gözyaşlarına hakim olmaması həyatın bizim üçün çarəsizlik payı deyildimi? İnsan oğlu bu periodlardan sonra nələrisə dəyişməyə çalışmalıdır. Doktor Breuer isə sağalana kimi konformist davranışın bariz nümunəsi idi. Baş verən hadisələrə insan kimi reaksiya verməkdən məhrum olmuşdu sanki. Doktorun terapiya dönəmində Nitsşe ilə dialoqlarında onun çəkdiyi acıları, məyusluqları hiss etməmək əldə deyil (hər nə qədər şəxsiyyət olaraq buna layiq olsa da). Breuerin timsalında
Nietzsche AğladığındaIrvin D. Yalom · Ayrıntı Yayınları · 202469,9bin okunma
İşıqlı dünyadan, dostdan, aşinadan ayrı düşən şair...
9/10
·174 syf.··
2025 3. kitabı
Dilbər Axundzadənin"Müşfiqli günlər "əsəri Müşfiqin həyatını, yaradıcılığını öyrənmək üçün əvəzsiz bir seçimdir. Ümumiyyətlə məşhur şəxsiyyətlərin həyat yolunu, xatirələrini öyrənmək mənim üçün həmişə maraq oyadıb. Bu əsərlə paralel sovet repressiyaları zamanı qadınların yaşadığı ağır həyatdan bəhs edən Ülviyyə Tahirin "Aljir" əsərini oxumağım dövrün ictimai-siyasi vəziyyəti ilə daha dərindən tanış etməklə yanaşı həm də bu əsəri mütaliə etmək istəyimi artırdı. Bu əsəri fərqli edən cəhət məncə, Dilbərin Müşviqin də şeirlərindən də istifadə edərək sadə, axıcı bədii üslubu oxuculara təqdim etməsidir.İndiyə kimi oxuduğum əsərlərdə Müşviqlə Dilbərin saf sevgi nümunəsinə rast gəlmişdim desəm doğru olmaz yəqin ki. Əsərin əvvəlindən axırına kimi Müşviqin ailəsinə, insanlara qarşı nəcib insaniyyəti onun şəxsiyyət kimi hansı pillədə olduğunu göstərir.Müşviqin dediyi kimi gör həyatda necə daş qəlbli, iyrənc adamlar olub ki belə sənətkarlara böhtan atıb, onun həyatına qıyıblar. Dövrün görkəmli yazıçılarının Müşfiq haqqında xatirələri isə əsərə ayrı gözəlllik qatan məqamlardandır. Dilbər də əsərdə ən az yarı qədər sevdiyi insana sədaqət nümunəsi göstərir. Dilbərin həbsxanada olarkən "Mənə deyirlər dəli olmusan.. Mən yarımın yolunda ölməliyəm. Müşviqim gəlsin, atam gəlsin... Gedin, qapını, döyün, deyin atam gəlib məni aparsın" deyə sayaqlaması nə qədər acı səhnə olsa da, eyni zamanda Dilbərin məhəbbətinin ifadəsi idi. Dilbər Axundzadənin 1988-ci ildə Mikayıl Müşviq haqqında verdiyi müsahibəsində simasında həsrəti, nisgili görmək ürək parçalayan səhnədir. Fikirlərimin sonunu əsərdə mənə xüsusilə təsir edən şeir parçası ilə bitirmək istəyirəm : Sevgilim, həyata məhəbbətlə bax! Bu sulu, torpaqlı dünya gözəldir. Yer gözəl, göy gözəl, təbiət gözəl, Asiman gözəldir, dərya
Müşfiqli GünlərDilbər Axundzadə · Xan Nəşriyyatı · 2019417 okunma
9/10
·272 syf.··
2024 62. kitabı
·
32 saatte okudu
·
Okunma: 03 Aralık 2024 17:43
İlk olaraq əsərin yazılma tarixçəsi ilə bağlı maraqlı məqamı qeyd etmək istəyirəm. Antoni Börcess xərçəng xəstəliyinə görə ömrünə 1 ildən az qaldığını öyrənir. Buna görə də həyat yoldaşının tək qaldıqdan sonra maddi rahatlığını fikirləşərək kitablar yazmağa başlayır. Bu dönəmdə yazılan kitablardan biri də "Mexaniki Portağal" idi. Sonradan isə həkimin yazara yanlış diaqnoz qoyduğu ortaya çıxır. Nəticə etibarilə yazıçı məşhur olur. Distopik əsərdə əsas ortaya qoyulan problemlər azad iradə, yaxşılıq və pislik, vicdan məfhumu çıxış edir. Qeyd edəcəyimiz süjet XX-ci əsrin 60-cı illərindəki İngiltərə küçələrinin acınacaqlı vəziyyətini təsvir edir. Əsərin qəhrəmanı Aleks 15 yaşında olmasına baxmayaraq, qoşulduğu qrupla birlikdə ağıla gələ biləcək hər cür əxlaqsız əməl törədir. Gedişatda dostlarının qurduğu tələ nəticəsində Aleks həbsxanaya düşməli olur. Burada isə Aleks cinayətkarları cəmiyyətə qazandırmaq məqsədilə təcrübə obyektinə çevrilir.Elmdə "Ludoviko taktikası" kimi bilinən metod qəhrəmanın üzərində yoxlanılır. Aleks məcbur edilərək özündə dəhşət əks etdirən filmlərə baxmalı idi.Nəticədə bədənini pis hiss etməsi ilə filmlərdəki qəddarlıq arasında bağlantı qurması onda pisliyə nifrət oyadırdı. Lakin bunun səbəbi Aleksin iradəsi deyil də, bədəninin tələbi idi.Lakin din xadiminin dediyi kimi seçim edə bilməyən biri insanlıqdan çıxmış hesab olunur. Aleks azadlığa çıxdıqdan sonra təbii olaraq daxili ziddiyyətlərlə dolu hisslər keçirir və intihar etməyə cəhd edir. Bu mərhələdən sonra isə Aleks sərbəst iradəsinə qovuşmuş olur. Yenə də murdar əməllər Aleksi izləməli olur. Əsərin sonunda isə nə qədər təəccüblü olsa da, Aleks yaxşı biri olmağa qərar verir və evlənmək, oğul atası olmaq sevdasına düşür. Sonda onu qeyd edim ki əsər, fərqli üslubuna, süjet xəttinin dinamikasına,
Alıntı
Mexaniki PortağalAnthony Burgess · Qanun Nəşriyyatı · 2021112,9bin okunma