Bir müddət sonra elə bir mərhələyə gəlir ki insan, bütün enerjisi tükənmişcəsinə hadisələrə öyrəşir. Heç bir rasional tərəfi olmayan hadisələrə belə. Əksəriyyət insanın sahib olduğu fikirlərdən daha fərqli bir fikirə sahib olduğu, qopuqluq həqiqəti kədərləndirsə də, nadir hallarda rastlaşdığı eyni fikirli insanlarla həmsöhbət olmaq sevindirir o mərhələyə qədər. Danışırsan, sahib olduğunuz eyni fikirlər sənə olmazın ləzzətin verir. Daha sonra isə səninlə eynifikirli insanlar belə səni xoşbəxt eləmir. Nə belə bir sevinc yaranır səndə, nə də dəyər yüklədiyin mövzuların cazibəsi. Bu da sənin insanlarla olan münasibətlərinə çox böyük təsir göstərir. Ətrafından insanlar bir bir azalır, azalan adamların yerinə çox az sayda kimlərsə gəlir. Yeni dostlar, insanlar qazana bilmədiyin bir anda yavaşdan həyatındakı insanları itirirsən. Sonda başa düşürsən problemi :sənin insanlarla olan münasibətlərindəki qopuqluq elə bir formaya gəlir ki, heç bir halda özünü bərpa edə bilmir. İnsanlarla münasibətə başlamaq, çox önəmli bir işə başlamaq kimidi. Böyük bir enerjiyə, özünü prosesə tam mənada verməyə və əməlli bir korluğa ehtiyacın var. Hələ başlanğıcda böyük bir uçurumun üstündən tullanmalı olduğun zaman var,oturub düşünsən, o addımı ata bilmirsən. Dediyim bu mərhələdəki insan isə əmindi ki, artıq o gərəkli sıçrayışı heç vaxt edə bilməyəcək qədər enerjidən yoxsundur.