Alibala Abdulxalıqov

Alibala Abdulxalıqov
@Alibalaa
Bir az böyük, amma olsun
Ancaq özümü lap uzaqda, aydan da o tərəfdə hiss edirəm, sanki, uzaq bir planetə düşmüşəm, məntiqin, həqiqətin ünü oralara yetmir və daxilimdən gələn bir səs kiminsə adını haraylayır. Bilirəm ki, məni sehirləyən bu ad deyil, ancaq buna baxmayaraq, haraylayır, görür, cavab gəlmir, yenə haraylayır, bu dəfə də cavabı sükut olur. Bu sükutda neçə-neçə haraylar batıb, heç birinə cavab çıxmayıb... Özü də bunu bilir, ancaq yenə haraylayır. Bu haray vüsal gecələrinin, ölümün harayıdır, nəşənin və getdikcə itirilən şüurun harayıdır, cəngəlliklərin, səhraların harayıdır! Bu haraylara min cür cavab taparam, ancaq heç biri mən deyən olmayacaq, çünki o cavab mənim imkanım xaricindədir, ona heç vaxt əlim yetməyəcək...
Reklam

Alibala Abdulxalıqov

, bir kitap okudu
Puan vermedi·80 syf.·
2024 53. kitabı
Mirza Fetali Ahundov
8.9/10 · 404 okunma
– Adam indi unutduğu şeyi sonralar ömrü boyu axtarmalı olur, müsyö. – Elədir. Ancaq unudulmayan şeylər də adamın ömrünü cəhənnəm əzabına döndərir.
Alıntı