Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Parvana Aliyeva

Parvana Aliyeva
@AliyevaParvana
Gəlin, mümkün qədər qısa yazaq. Onsuz da həyatda söz əlindən tərpənmək olmur)
Teacher
Azerbaijan
1 Temmuz 1999
29 okur puanı
Mart 2022 tarihinde katıldı
200 syf.
3/10 puan verdi
Bol aforizm və alıntılarla dolu bir kitab)
Yazıçının qələmindən oxuduğum ilk kitab oldu. Kitabı özətləyəcək elə də böyük bir mövzu yoxdur. Kitab başdan ayağa yazıçıların aforizmləri ilə doludur. Alıntılarla bol olan bu kitab ümidsiz və təsəlliyə ehtiyacı olan biri üçün əla kitab ola bilər. Amma açığı mənim üçün vaxt itkisi oldu:) oxumasaz belə çox şey itirmiş sayılmazsınız. Uşaqlıqdan bəri eşitdiyimiz bəzi ibrətamiz hekayələri də əlavə etməyi unutmayıb yazıçı) kitabı oxuduğum zaman özümü virtual olaraq sosial şəbəkələrdə hiss etdim) sanki ordaki bütün sözləri, cümlələri bu kitaba tökmüşcəsinə kitabı yazıb. Kitabın süjet xətti yox vəziyyətindədir. Xəyal edəcəyin, dərin düşüncələrə dalacağın hadisələr baş vermir. Kitabı sosial şəbəkələrdə çox reklam olunduğunu və 1K da oxuyucu kütləsinin çox olduğunu gördüm və mən də oxumaq qərarına gəldim. Amma dəyməzmiş) Yazdıqlarım mənim şəxsi fikrimdir. Oxuculara təsir etməsin). Bir kitabı təriflədiyim kimi tənqid də edə bilərəm məncə ;) Bu qədər
Hayat Kaybettiğin Yerden Başlar
Hayat Kaybettiğin Yerden BaşlarMiraç Çağrı Aktaş · Indigo Yayınları · 20215,7bin okunma
Reklam
344 syf.
7/10 puan verdi
Somalili modelin acınacaqlı həyatı...
Təsirlənərək oxuduğum roman oldu deyə bilərəm Qəhrəmanımız elə yazıçının özüdür. Somalili model Varis Dirie. Gerçək həyatdan və hadisələrdən bəhs edən bu kitabı, hiss edərək və çox çətinliklə oxudum. Deməli hadisələr ilk olaraq Afrikada cərəyan edir. Balaca qız uşaqlarının 4-5 yaşlarında "qız sünnəti" olmaları adətinin yerinə
Səhra Çiçəyi
Səhra ÇiçəyiWaris Dirie · Qanun Nəşriyyatı · 20142,922 okunma
368 syf.
10/10 puan verdi
·
16 günde okudu
Dinlədiyim ilk səsli kitab)
Bu kitab Koreya ədəbiyyatından dinlədiyim ilk səsli kitab oldu( kitabı Dinlebi proqramından pulsuz şəklidə dinləmişəm) Düzünü desəm hardan necə başlayım heç bilmirəm. Kitabda qorxu-gerilim demək olarki ifrat dərəcədə hiss edilmir. Bütün hadisələr aramla baş verir. Kitab çox axıcı şəkildə irəlilədi mənim üçün. Baş qəhrəmanımız Yucin Han səhər oyanır və anasını qanlar içində görür və hadisələr elə burdan başlayır. Psixoloji problemi olsada Yucin mənə heç də itici xarakter olaraq gəlmədi) Əslində çox marağımı çəkdi. Onun düşüncələri, özü ilə monoloqları, səsli olmayan düşüncələri, verdiyi cavablar bu kitabı yaxşıki dinlədim deyə biləcəyim nüanslardan oldu. Sevmədiyim xarakter onun xalası oldu) bilmirəm niyə amma günahkar, psixoloji sarsıntılar keçirən Yucin olsada, xalasını sevə bilmədim. Və kitabdaki heç bir hadisə kitabın adıyla uyğun gəlmir, "yaxşı övlad" a dair bir mövzuya rast gəlmədim. Kitabı şiddətlə oxumağınızı tövsiyə edirəm. Həyəcanı və qorxunu aramla yaşayacağınız bir kitab olacağına əminəm. Mən sevdimsə demək ki siz də sevəcəksiniz bu kitabı :) Öncəliklə kitabı tövsiyə edən @flower_0000 , Kitabı pulsuz şəkildə dinləmək üçün hədiyyə etdiyinə görə
admiral914
admiral914
, və
Dronqo
Dronqo
təşəkkür edirəm)
İyi Evlat
İyi EvlatYou-jeong Jeong · Doğan Kitap · 2021105 okunma