Arif Ma

Arif Ma
@Arif014
Ankara / Bilgisayar
4 okur puanı
Ekim 2025 tarihinde katıldı
Bir dənizdir birdə mən
Durmuşam sahildə tənha, bir dənizdir, bir də mən Gözdən itmiş sanki dünya, bir dənizdir, bir də mən Vaxt var idi birgə idik, sevgilim, mən və dəniz İndi yox heyf ol dilara, bir dənizdir, bir də mən Cümlə aşiqlər səni görmək ümidin üzdülər Göz dikən yoluna bica bir dənizdir, bir də mən Axşam oldu, hamı yatdı, həsrətindən yatmayan Görməyən heç vaxtı rö’ya bir dənizdir, bir də mən Çoxları görcək səni öz eşqin e’lan eyləyib Çağlayan eşqinlə amma bir dənizdir, bir də mən Bir zaman Məcnun idi divanə, səhra məskəni İndi yox Məcnun, nə səhra, bir dənizdir, bir də mən Fəhmi, həsrət üçbucağı çəkdi tale ruhuma Yaxşı bax, bir qəmli xülya, bir dənizdir, bir də mən
Kitab şərtidir.Şair İlqar Fəhmi
Alıntı
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Ilqar Fehmi - Saxta Yağışdır
Gözünün yaşını tökmə, Bu soyuq ahı yığışdır, Bu bulud süni buluddur , Bu yağış saxta yağışdır. Dünənin qəhqəhəsiylə Bu günün naləsi eyni, Gülüşün ağlamağınla Arası bircə qarışdır, Məni yorma, sənə qurban, Bu yağış saxta yağışdır... Həyəcanla dolu sözlər , Bu tərəddüd dolu gözlər , Üşüyən nəmli baxışlar , Iti kirpikdəki yaşlar , Mənə çoxdankı tanışdı. Daha yox təsiri qəlbə, Bu yağış saxta yağışdı. Necə ağlarsa buludlar, Necə oynarsa umudlar Necə şimşək çaxar olsa, Necə sellər axar olsa, Soyuq olsun ya da isti, Nə olar, ağlama bəsdi, Fərqi yox, yazdı ya qışdı, Nə qədər yağsa da yağsın, Bu yağış saxta yağışdı...
Füzuli qəzəl
Canımı canan istəmiş, minnət canıma Can nədirki verməyim cananıma
Şiir