Fatimə Şəfiyeva

8/10
·264 syf.··
2024 11. kitabı
·
25 günde okudu
·
Okunma: 12 Eylül 2024 22:44
Bu Rövşən Abdullaoğlunun ikinci kitabıdır ki oxuyuram. Belə bir yazıçını çox geç kəşf etdiyimi düşünürəm. Axıcılıq möhtəşəmdir. Bu kitaba başlayanda tərəddüd edirdim. Afrika və qəbilələr mövzusu məni heç vaxt cəzb etməmişdi. Kitab qida zənciri və insanlıq arasında əlaqəni, mübarizəni göstərir. Belə izah edim ki, kitabda bir çox qəbildən bəhs olunub və bu qəbilələrdən biri digər qəbilələrin yemidir. Çox əvvəldən digər qəbilə fərdlari efeləri yem olaraq seçmiş bu illərlə belə davam etmişdi. Bəlkə də qida zəncirinin tələbi budur. Amma efelərdə insandır və onlar yem olmağı qəbul etmirlər. Dəhşətlisi de odur ki Afrikada hələ də buna bənzər hadisələr baş verir. İnsanlar bir birini ovlayib yeyir. Amma məncə bu məsələylə şahid olmaq üçün Afrikaya getmək ora nəzər salmaq lazim deyil. Elə, dünyanın hər yerində bu dəhşət baş verir. Bəlkə də insanlar bir birlərini yemirlər amma bunu etmək üçün başqa üsul tapıblar . İnsanlar bir birini inanc ,dil, irq fərqliliyinə görə didirlər. Necə ki digər qəbilələr Efeləri din və görünüş fərqliliyinə görə xor görüblər. Ətrafımıza baxdıqda insanların daim qınağı çıxış yolu kimi görməyi bizə yad deyil. İnsanlar empatiyadan uzaqlaşırlar.( Əlbəttə ki istisnalar olub.məsələn: lano, maqu kimiləri və sairə).Çünki insan eqoist varlıqdır. Onunçün tək doğru öz doğrularıdır. Başqasının tanrısını özün ki ilə müqayisə etmək qorxudur bəlkə də bizləri. Nə isə sonda onu demək istəyirəm ki, birgün Azərbaycanda animasiya sahəsi inkişaf etsə bu hekayəni anime versiyasını görmək mükəmməl olardı.Ümid edirem ki birgün bu hekayəni animasiya olaraq yada salacağam.
Ləpirçi: Mən Yeməli DeyiləmRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2020244 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?

Fatimə Şəfiyeva

, bir kitap okudu
8/10
·264 syf.··
25 günde okudu
·
2024 11. kitabı
Rövşen Abdullaoğlu
8.9/10 · 244 okunma
“Konvoyla ilerliyorum çünkü kendi iradesi olmayan bir golem'im ben. Çünkü rüzgârın yol boyunca sürüklediği bir tutam pamuk artığıyım. Nereye gideyim, söyler misin? Hem ne için? Burada hiç değilse konuşabileceğim insanlarla bir aradayım. Yanlarına yaklaştığımda konuşmalarını yarıda kesmeyen insanlarla. Hatta benden hoşlanmasalar bile, arkamdan atıp tutmak yerine bunu yüzüme söyleyen insanlarla. Denizcilerin hanına neden gittiysem, aynı nedenle aralarındayım şimdi. Çünkü benim için hiçbir şey fark etmiyor. Yönümü çevirebileceğim bir yerim yok. Yolun sonunda ulaşmak isteyebileceğim bir hedefim de.”
Sayfa 61·Kitabı okuyor
Səni sevməyəndən sevgi dilənmə,sənə güvənməyənə nəsə isbat etməyə çalışma. Çünki xeyri yoxdur
İnsanlar özləri kimi olmayanları heç vaxt sevməzlər.Qorxarlar ,maraqlanarlar , heyrətlənərlər,ancaq sevməzlər. Biz onlar kimi deyilik. Ancaq yenə de onlardanıq, Lano
Sayfa 63 - Maqu·Kitabı okudu