Havva Taghizada

Havva Taghizada
@Avai
Arkadaşın olmadığı zamanlarda kitaplar arkadaşın olsun.
Qəlblərdən süzülməsə, işığın əsl mahiyyətinə qovuşmaq müşkül məsələdir. Bütün bu səfərin sonunda itki yaşayanın təkcə mən olmadığımın, hər evin bir kədəri olduğunun fərqinə varırdım. Ürəyimin yarası toxtadıqca atamın mənə nə demək istədiyini və bu yollara düşmə səbəbini anlamış olurdum.
Sayfa 24 - Mimta Yayımları·Kitabı okudu
Kitap Alıntısı
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Yaşadığımız həyatın illər sonra bir hekayə kimi başqaları tərəfindən oxunacağını düşünək və özümüzə bu sualı verək – oxucularımız həyat hekayəmizi necə qarşılayacaq? Maraqla qarşılayacaq, yoxsa bu hekayə onlara darıxdırıcı gələcək? Hekayəmiz oxucunu həvəsləndirəcək, yoxsa onda ikrah doğuracaq? Oxucu bu hekayədən nə isə öyrənə biləcək, yoxsa bunu vaxt itkisi hesab edəcək? Yaddaqalan sayacaq, ya unudulmağa məhkum? Bu hekayə təkrar-təkrar oxunan olacaq, yoxsa elə yarıdaca tərk edilən?
Sayfa 331 - TeasPress Nəşriyyat·Kitabı okudu
Kitap Alıntısı
Məncə, hər kəsin həyatında bir Dan ulduzu olmalıdır, – dedim. – Elə bir ulduz ki, onun işıq saçsın, əlindən tutub qaranlıqlardan çıxartsın. Şərt deyil ki, bu ulduz səmada parıldayan ulduzlar-dan olsun. Ulduzlar təkcə səmada olmur, Yer üzü-nün də öz ulduzları var... və mən xoşbəxtəm ki, o ulduzlardan biri də mənim həyatıma doğub.
Sayfa 320 - TeasPress Nəşriyyat·Kitabı okudu
Kitap Alıntısı
Xoşbəxtlik çatılası mənzil deyil; xoşbəxtlik gedilən yolun özüdür. Bu yolu çətinliyi və dolanbaclığı ilə qəbul etmək, daşı və kəsəyi ilə sevmək lazımdır. Nəhayət, xoşbəxtlik həyat tərzidir – istək, inam və ümidlə bəzənmiş həyat tərzi. Xoşbəxt olmurlar, qızım, xoşbəxt yaşayırlar... Mənim xoşbəxtliyimin mənbəyi də xoşbəxtlik axtarışını bir kənara qoyub həyatımda olan gözəl anların həzzini yaşamaqdır.
Sayfa 316 - TeasPress Nəşriyyat·Kitabı okudu
Kitap Alıntısı
Çünki xoşbəxtlik qanadlarından tutub saxlamağımızı sevməyən kəpənək kimidir – o, uçmağı, dünyaya qanad açmağı sevir. Bizim xoşbəxtliyimiz əhatələndiyimiz kainatın xoşbəxtliyi ilə qarşılıqlı əlaqədədir. Öz daxilimizdə xoşbəxt olmadan kainatın xoşbəxtliyinin bir parçası ola bilmərik. Eyni zamanda, bizim kimi zərrələrindən yaranan kainatı xoşbəxt edə bilmədən də öz daxilimizdə səadət tapa bilmərik.
Sayfa 315 - TeasPress Nəşriyyat·Kitabı okudu
Kitap Alıntısı