Havva Taghizada

Havva Taghizada
@Avai
Arkadaşın olmadığı zamanlarda kitaplar arkadaşın olsun.
Dünya dəyişir, ancaq biz dəyişmək istəmirik. Dəyişən dünya ilə köhnə metodlarla rəqabət aparmağa çalışırıq.
Sayfa 149 - TeasPress Nəşriyyat·Kitabı okudu
Kitap Alıntısı
Reklam
Darvinin bu sözünü yazın bir yerə və unutmayın: “Həyatda sağ qalanlar ən güclü olanlar deyil, dəyişikliklərə uyğunlaşa bilənlərdir”.
Sayfa 149 - TeasPress Nəşriyyat·Kitabı okudu
Kitap Alıntısı
Siz çox zəhmətkeş olduğunuz üçün deyil, işinizi düzgün qurmaqda səriştəsiz olduğunuz üçün çox işləyirsiniz. Almaniyada axşam saat altı olan kimi, hamı iş yerini tərk edib gedir – kimi evinə dincəlməyə, kimi də restorana, bara əylənməyə. Biz almanlar işləməyi bacardığımız kimi, yaşamağı da bacarırıq. Yaxşı yaşamağın göstəricisi yaxşı istirahətdir. Almanlar yaxşı istirahət etdikləri üçün səhər işə də gümrah, təzə beyinlə gəlirlər və ortaya keyfiyyətli iş qoyurlar. Məhz buna görə də alman məhsulları hər zaman öz keyfiyyəti və dayanıqlılığı ilə dünyada seçilib.
Sayfa 148 - TeasPress Nəşriyyat·Kitabı okudu
Kitap Alıntısı
Artıq həyatda təsadüflərə inanmırdım. Mənə görə, həyat səbəb və nəticə tənliyinin məntiqi həlliydi. Bu tənliyin sağ tərəfində qalan həlli və cavabı sol tərəfdəki məchulları necə seçəcəyimdən asılıydı. Həyatdan düzgün nəticələr ala bilmək üçün onun qarşıma qoyduğu çətin tənlikləri düzgün həll edə bilməliydim.
Sayfa 140 - TeasPress Nəşriyyat·Kitabı okudu
Kitap Alıntısı
Uğursuz insanlar kimi oturub bəxt adlı tənbəl bir mələyin qapımı döyməsini gözləmək istəmirdim. Elə etməli, elə yorulmadan çalışmalıydım ki, bu mələk özü həvəslənərək ayağıma gəlsin. Mən öz bəxtimi özüm yaratmalı idim. Dəyişərək ətrafımdakı dünyanın da faydalı dəyişikliyinə öz töhfəmi verməliydim.
Sayfa 140 - TeasPress Nəşriyyat·Kitabı okudu
Kitap Alıntısı
Reklam